"İçkidən 4 nəfər ölüb, 1 nəfər isə kor olub"
"Son bir həftə ərzində içkidən zəhərlənmə ilə bağlı ümumilikdə 8 hadisə baş verib".
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu hadisələr nəticəsində 13 nəfər zərərçəkən olub, onlardan 4-ü ölüb, biri isə görmə qabiliyyətini itirib.
AQTA sədri bayram günlərində qidalanma ilə bağlı əhaliyə və ictimai iaşə obyektlərinin rəhbərlərinə də müraciət edib. O bildirib ki, bayram günlərində ictimai iaşə obyektlərində müraciət və istehlak çox olur:
"Yeni il bayramı ilə əlaqədar müxtəlif ictimai iaşə müəssisələrində, restoran, şadlıq saraylarında hazırlıq gedir. Ailələr də fərdi qaydada bayrama hazırlıq edirlər. Bu günlərdə hər bir vətəndaş özü də qida nəzarətçisinə çevrilməlidir. İctimai iaşə obyektlərinin sahiblərini daha diqqətli olmağa səsləyirik. Onlar öz məsuliyyələrini dərk etməlidilər".
Q.Təhməzli bildirib ki, qış turizmi ilə əlaqədar Azərbaycana çoxlu sayda xarici vətəndaşlar gəlir: "Bu məqsədlə də ictimai iaşə obyektlərinin sahiblərinə səslənirəm ki, onlar ölkənin imicini də nəzərə almalıdırlar, onların hər hansı yanlış hərəkəti Azərbaycanın nüfuzuna mənfi təsir göstərə bilər".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
2 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
3 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























