“Bu yaxınlarda yeni hotellər açılacaq”
“Bu yaxınlarda həm Bakıda, həm regionlarda yeni hotellərin açılışı gözlənilir”.
Bunu açıqlamasında Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.
"Biznes nümayəndələri ilə aparılan danışıqlar onu göstərir ki, ölkədə yeni hotellərin tikintisinə maraq var. Azərbaycana səfər edən turistlər Bakı və Abşeron yarımadası ilə yanaşı, ölkənin şimal, şimal-qərb, Gəncə və cənub istiqamətlərinə üz tuturlar. Turizm infrastrukturu və kadr potensialı bu istiqamətlər üzərində inkişaf etdirilir”, - deyə o, qeyd edib.
K.Quluzadənin sözlərinə görə, hazırda dövlət 3 və ondan az ulduzlu otellərin istifadəyə verilməsində maraqlıdır: "Ölkədə 600-a yaxın otel fəaliyyət göstərir. Ölkədə əsasən bahalı turizm infrastrukturu yaradılıb. Amma bu günün çağırışı ucuz, daha az ulduzlu hotellərin mövcüdluğu ilə bağlıdır. Çünki, Azərbaycana orta və aşağı büdcəli turistlər cəlb edirik, onlar üçün həmin xidmətlər formalaşdırılmalıdır. Regionlarda 3 və ondan az olan hotellərin tikilişinin intesivləşməsini istəyirik. Bu istiqamətdə dövlət biznesə dəstək verir”.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
10 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
10 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























