250 min manata qədər avans veriləcək - YENİ QAYDALAR

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti kənd təsərrüfatı məhsullarının istehsalçılarına avans məbləğinin ödənilməsi qaydalarını təsdiq etmişdir.
Bu Qaydalar, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın 3.6.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və ərzaq istehsalçılarına və ya satıcılarına avans ödənilməsi qaydasını müəyyən edir.
Qaydaların 1.2-ci bəndinə əsasən, ərzaq istehsalçılarına və ya satıcılarına, növbəti ildə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-yə təqdim edəcəkləri ərzaq məhsulları üçün, müvafiq qaydada müəyyən edilmiş qiymətlərə uyğun olaraq həmin məhsulların (emal olunmuş ərzaq məhsulları istisna olmaqla) dəyərinin 25 faizi oktyabrın 30-dək avans qismində ödənilir. Avans istehsalçı və ya satıcı olan hüquqi şəxslərin hesablaşma hesablarına və fiziki şəxslərin cari (xüsusi kart) hesablarına köçürülməklə ödənilir. İstehsalçılara və ya satıcılara avansların verilməsi ilə bağlı işlərin təşkili Cəmiyyətin nəzdində 1 sədr, sədr muavini, 5 üzvü olan tərkibdə yaradılmış Komissiya tərəfindən həyata keçirilir. Komissiya, növbəti il üçün istehsal və ya tədarük sifarişi verilməsi nəzərdə tutulan məhsulların siyahısını, müraciətlərin qəbul edilməsi qaydalarını, şərtlərini və tələb olunan sənədlər barədə məlumatları kənd təsərrüfatı məhsullarının istehsalçılarına regional struktur vahidlləri vasitəsi ilə və Cəmiyyətin rəsmi veb səhifəsində elan edilməsi işini təşkil edir. İstehsalçılara və ya satıcılara avansların ödənilməsi bu Qaydanın 4.3 bəndində nəzərdə tutulmuş bölgüyə əsasən 3 min manatdan 50 min manatadək yaradılmış Komissiyanın qərarına əsasən, 50 min manatdan yuxarı avans məbləği İdarə Heyətinin qərarına əsasən verilir.
AVANSLARIN VERİLMƏSİ QAYDASI VƏ ŞƏRTLƏRİ
İstehsalçı və ya satıcı növbəti ildə Cəmiyyətin sifarişi əsasında istehsal edəcəyi və ya satacağı məhsul və ya məhsullara avans ödənişi almaq üçün bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun tərtib etdiyi ərizəsini 01 aprel-01 sentyabr tarixlərində, elektron və ya yazılı qaydada Komissiyaya təqdim edir. Həmin ərizəyə aşağıdakı sənədlər də əlavə olunur:
- İstehsalçı haqqınada məlumat (hüquqi sənədləri, torpaq sahələri, texnika vasitələri, avadanlıqları və işçi personalı)
-Torpaq sahəsi icarədədirsə 5 hektara qədər müqaviləni icra hakimiyyətinin İƏD nümayəndəsi tərəfindən, 5 hektardan çox olduğu halda notariat tərəfindən təsdiq edilmiş icarə müqaviləsi.
-Vergi borcuna dair arayış
-Mərkəzi Kredit Reyestrindən çıxarış (kredir borcunun olub-olmamasına dair)
-Yetişdiriləcək və təqdim olunacaq məhsulların müvafiq kriteriyalar üzrə (sort, ölçü, tərkib, təmizlik, fiziki vəziyyəti, qablaşdırılması və s.) keyfiyyət göstəriciləri haqqında ətraflı məlumat
Cəmiyyət bu Qayda çərçivəsində əməkdaşlıq etdiyi istehsalçının sahəsində istənilən vaxt yerində baxış keçirə, sahəyə qulluq prosesilə tanış ola, məhsullardan nümunələr götürə və təsbit etdiyi çatışmazlıqlarla bağlı istehsalçını məlumatlandıra və çatışmazlığın aradan qaldırılmasını tələb edə bilər.
AVANS MƏBLƏĞİ VƏ ONUN HESABLANMA QAYDASI
Veriləcək avansların ümumi məbləği hər bir kənd təsərrüfatı məhsulu üçün; kiçik, orta və böyük istehsalçı kateqoriyaları üzrə ayrı tənzimlənir. Ödəniləcək avansların həcmi, kiçik istehsalçılar üzrə 3 min manata, orta ölçülü istehsalçılar üzrə 50 min manata və böyük ölçülü istehsalçılar üzrə 250 min manata qədər ola bilər. Bir istehsalçıya, hər məhsul üzrə təyin edilmiş kateqoriyalar üçün ayrı-ayrılıqda olmaqla bir neçə məhsul üçün avans ödənişi edilə bilər. Lakin ümumi avans məbləği böyük istehsalçılar üzrə nəzərdə tutulmuş maksimal həddən artıq ola bilməz. İstehsalçının Cəmiyyətə təqdim etdiyi bütün məlumatlar həqiqətə uyğun olmalıdır.
MƏHSULLARIN SATIN ALINMASI QAYDASI
Ərzaq məhsullarının hər bir növü üzrə satınalma qiymətini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi müəyyən edir. İstehsalçı təyin olunmuş alış qiymətindən razı olmadıqda avans götürdüyü məbləğdə həmin dövr üçün portal qiymətinə istehsal etdiyi kənd təsərrüfatı məhsulunu Cəmiyyətə satmağa öhdəsinə götürür. İstehsalçı ona ödənilmiş avans məbləği dəyərində istehsal etdiyi məhsulu satmaqdan imtina etdiyi təqdirdə 10 (on) gün müddətində, qeyd-şərtsiz Azərbaycan Respublikası Mərkəzi Bankının həmin dövr üçün müəyyən etdiyi uçot dərəcəsinə uyğun olaraq faizlər də hesablanmaqla geri qaytarılır. Yetişdirilən və təqdim olunan məhsulların keyfiyyət göstəriciləri nəzərdə tutulduğu kimi olmadıqda Cəmiyyət onun satış qiymətini aşağı sala (analoji məhsulların orta bazar qiymətini tətbiq edə) və ya ümumiyyətlə satınalmadan imtina edə bilər. Bu halda istehsalçıya ödənilmiş avans məbləği 10 (on) gün müddətində, qeyd-şərtsiz Azərbaycan Respublikası Mərkəzi Bankının həmin dövr üçün müəyyən etdiyi uçot dərəcəsinə uyğun olaraq faizlər hesablanaraq ödənilmiş avans məbləğinə əlavə olunaraq Cəmiyyətə geri qaytarılır.
Komissiyasının qərarına uyğun olaraq avans verilən istehsalçılara dair məlumatlar elektron qaydada Cəmiyyətin rəsmi internet saytında yerləşdirilir və hər bir istehsalçı üzrə əldə olunan nəticələr mütəmadi olaraq həmin məlumatlara əlavə olunur.
İstehsalçılara avansların təyinatı üzrə verilməsi və büdcə vəsaitlərinin səmərəli istifadə olunması ilə bağlı Cəmiyyətin Daxili Nəzarət Xidməti tərəfindən mütəmadi qaydada müstəqil şəkildə (digər bölmələrin iştirakı olmadan) nəzarət tədbirləri həyata keçirilir və nəticələri ilə bağlı məlumatlar hər ay Cəmiyyətin İdarə Heyətinə hesabat verilir. Avansların verilməsi prosesində şəffaflığın təmin edilməsi məqsədilə, ehtiyac yarandıqda Cəmiyyət tərəfindən müstəqi audit şirkətlərinin xidmətlərindən istifadə olunur. Bu Qaydada dəyişikliklər Cəmiyyətin İdarə Heyətinin qərarı ilə edilə bilər. Lakin bu barədə istehsalçıların tam məlumatlandırılması təmin edilir.
Məlumat üçün bildirək ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti regionlar üzrə 778 nəfər fermerlə istehsal olunacaq məhsulların tədarük olunması, 509 nəfərlə isə avans verilməklə əkin işlərinin aparılması haqda müqavilələr imzalamışdır. Fermerlərlə müqavilələrin imzalanması prosesi davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 25 d. əvvəl
- 27 d. əvvəl
-
30 d. əvvəl
Avropa İttifaqı 2025-ci il üçün iqtisadi artım proqnozlarını azaltdı
-
-
1 saat əvvəl
"Bakıda mənzil qiymətləri bahalı dünya şəhərləri ilə müqayisə edilə biləcək səviyyəyə çatıb"
- 1 saat əvvəl
-
3 saat əvvəl
"Happy Kids" uşaq əyləncə mərkəzinin fəaliyyəti dayandırıldı
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambığın təhvil verilməsinin təsdiq edilməsi prosesi elektronlaşdırılacaq
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Britaniya şirkəti “Gilar” qızıl yatağında tammiqyaslı hasilata başlayıb
Son Xəbərlər

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycanda heyvan xəstəliklərindən azad zonalar yaradılır

Avropa İttifaqı 2025-ci il üçün iqtisadi artım proqnozlarını azaltdı

Sabahın hava proqnozu açıqlanıb

Azercell rəsmi olaraq “Əla İş Yeri” kimi tanınıb!

AYNA: "Astara” gömrük postunda 80-dən çox avtomobil gözləyir
Ən çox oxunanlar

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Həftəsonu bank kartlarından oğurlanmış pulun məbləği açıqlanıb

Bank Respublika növbəti dəfə “Azərbaycanda ən fəal emitent-bank” adına layiq görüldü

Əqli Mülkiyyət Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb

"Unibank"ın idarəetmə orqanlarına dair məsələlər müzakirə ediləcək
