Dəvələrə təlim keçməklə qoruqlara turist cəlb edilməsi planlaşdırılır
Xıdırlı kəndi Salyanın Xəzər dənizinin sahilində yerləşir. Burada əhali əsasən maldarlıqla məşğuldur. Bu kəndi məşhurlaşdıran isə Xıdırlıda dəvə təsərrüfatının olmasıdır.
Nazirlər Kabinetinin 1999-cu il 27 aprel tarixli qərarı ilə Abşeronda “Qobu” damazlıq dəvəçilik təsərrüfatı yaradılıb. Bu, ölkənin ən böyük dəvəçilik təsərrüfatlarında biridir. Təsərrüfatın yaradılmasında səbəb genefondu qorumaq və bu sahəni ölkədə inkişaf etdirməkdir.
Hazırda təsərrüfat “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Abşeron Regional İdarəsinin Salyan rayonunun Xıdırlı kəndindəki “Hamamdağ” qışlağında yerləşir. Birlik sürünü böyütmək və bu təsərrüfatı inkişaf etdirmək məqsədi ilə tədbirlər planı hazırlayıb. Dəvələrin yeni qapalı şəraitə uyğunlaşması və saxlanılması üçün müvafiq yerlər tikilir.
Təsərrüfatda 87 baş dəvə var ki, onun da 33 başı ana dəvədir. Bu heyvanların ətindən, südündən və yunundan istifadə olunur. Dəvə südü 50 faiz yağlılığa və yüksək qidalılıq dərəcəsinə malikdir. Buna görə təbabətdə daxili orqanların xəstəliyinin müalicəsində istifadə olunur. Azərbaycanda turizmin, o cümlədən ekoturizmin inkişaf etdiyini nəzərə alaraq, müəssisəyə məxsus dəvələrə təlim keçməklə Qobustan, Qızılağac və Şirvan qoruqlarına turist cəlb edilməsi planlaşdırılır.
Əməkdar müəllim, zooloq Gülşən Piriyeva bildirir ki, dəvənin yunu və südü xalq təbabətində çox istifadə olunur: “Dəvə südündən mədə-bağırsaq, ağ ciyər xəstəliklərində, həmçinin bədənin zəifliyi zamanı istifadə edirlər. Dəvənin yunundan toxunan müxtəlif geyimlər isə revmatizm xəstəliyinin qarşısını almaqla, həm də insanı soyuqdan qoruyur”.
Xıdırlı sakinləri deyirlər ki, ata-babalardan qalan bir deyim əslində həqiqətə uyğundur: “Dəvə oynayanda qar yağar”. Bu, boşuna deyilmiş söz deyil. Kənd sakinləri dəfələrlə bu misalı sınaqdan keçiriblər. Dəvə şıltaqlıq edən vaxtı hava qəfildən dəyişir. İki-üç saat sonra havada buludlar toplanaraq yağış və qar da yağıb. Buna adət etmiş kənd sakinləri dəvə oynayanda bilirlər ki, hava tez bir zamanda dəyişəcək.
Dəvənin kinli olmağına gəlincə, sakinlərin sözlərinə görə, əslində vurmasan, incitməsən, bu heyvan olduqca mehribandır.
Xıdırlıda dəvənin yunu hətta bərəkət rəmzi kimi qapılardan da asılır. Bir sözlə, dəvə Salyan şəhərinin 50 kilometrliyində yerləşən Xıdırlı kəndinin əsl rəmzinə çevrilib. Qalır bu sahəni daha da inkişaf etdirmək.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
10 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
10 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti

























