"AAAF Park sakinlərinin 600 min manata yaxın borcu yaranıb"
AAAF Park Yaşayış Kompleksinin sakinləri bu dəfə istilik sistemindən şikayətçidir. Sakinlər bildirib ki, kompleksdə işıq və qazla bağlı problemlər olsa da, ötən il istilik təmin olunub. Ancaq bu ildən etibarən istiliyin verilməsi də dayandırılıb. Binalarda qaz olmadığından, işıq da fasilələrlə verildiyindən sakinlər evləri qızdırmaq üçün alternativ vasitə tapa bilmirlər.
“AAAF İnşaat” MMC-nin mətbuat katibi Kənan Məstəliyev məsələylə bağlı açıqlamasında bildirib ki, kompleksin qış mövsümünə kimi qazlaşdırılması planlaşdırıldığından istiliyin verilməsinin dayandırılması qərarı verilib:
“İstilik əvvəlcədən də alternativ bir variant kimi düşünülmüşdü. Məqsəd qazın verilişi təmin olunana qədər sakinlərə qış mövsümündə xidmət etmək idi.
Ancaq sakinlərin bir çoxu istilik enerjisi borcunu ödəməkdən boyun qaçırıb. AAAF Holdinq olaraq dəfələrlə bu şəxsləri qaz, işıq, istilik və digər komunal ödənişlərini vaxtı-vaxtında edərək digər sakinlərə həmin xidmətləri göstərməyə yardımçı olmalarını istəmişik. Ancaq bu problem hələ də öz həllini tapmayıb. Hazırda sakinlərin ödəməli olduğu 600 min manata yaxın borc yaranıb. Qeyd olunan rəqəm heç də kiçik deyil və ödənilməsi asan olmur. Hazırda biz bu borcu da hissə-hissə ödəyir, azaldılaraq bitirilməsi üçün çalışır, eyni zamanda, Kompleksimizin qaz təminatı ilə bağlı problemlərini ən qısa zamanda həllinə çalışırıq.
Kompleksin bir sıra küçələrində qaz təminatı uzun müddətdir var. Digərlərində də bu işləri aparırıq. Məsələn, 12 saylı küçədə və B kompleksində sayğaclaşma başa çatıb, qazın açılışı üçün bütün sənədlər təqdim edilib, “Azəriqaz” QSC tərəfindən verilişi gözləyirik. Eyni zamanda, 21 və 26 saylı küçələrdə sayğaclaşma və sənədləşmə işləri bitmək üzrədir. Digər küçələrdə də eyni işlər fasiləsiz şəkildə aparılır. Biz ilin sonuna qədər ən azından sayğaclaşma işini başa çatdıraraq müvafiq sənədləri təqdim etmək üçün çalışırıq”.
K. Məstəliyevin sözlərinə görə, ay sonuna kimi Kompleksin işıqla bağlı problemi birdəfəlik həllini tapacaq:
“Elektrik enerjisinin verilişində yaranan problemlərin həlli üçün şirkətimizlə dövlətin müvafiq orqanları arasında təhvil-təslim prosesi yekunlaşmaq üzrədir. Yaxın günlərdə bu işlərin başa çatdırılması planlaşdırılır. “Azerenerji” ASC Xırdalan şəhərində yeni yarımstansiyanın istismara verməyi və Kompleksimizin bu yarımstansiyaya qoşulması planlaşdırılır. Bununla yanaşı, biz, şirkət olaraq 7 km-dən çox daxili xətləri, həmçinin ərazidə yerləşən iki daxili kiçik yarımstansiyanı da yeniləyirik və bu proses ən qısa zamanda - bir neçə gün ərzində başa çatdırılacaq. Yəni, Kompleksdə işıq problemi bu ayın sonuna kimi kökündən həll olunacaq”.
Qeyd edək ki, ötən gün də Kompleksdə elektrik verilişində problem yarandığı üçün sakinlər redaksiyamıza müraciət ünvanlamışdı.
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 saat sonra
- 8 saat əvvəl
-
9 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 10 saat əvvəl
-
11 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib























