Bu gün Fed həlledici qərarını açıqlayacaq
Bu gün Bakı vaxtı ilə saat 22:00-da ABŞ Mərkəzi Bankı (Fed) növbəti həlledici faiz qərarını açıqlayacaq.
ABŞ Mərkəz Bankının bu həftəki yığıncağında 2019-cu ildə 3-cü dəfə faiz endirminə gedəcəyinə qəti baxılır, ancaq iqtisadçılar Fed-in daha çox endirimi siqnalı verib verməyəcəyi məsələsində bölünmüş vəziyyətdədirlər.
“Marja” xəbər verir ki, Fed-in faizləri 1,75% - 2% aralığından 1.5% - 1.75% aralığına endirəcəyi gözlənilir.
Fed İyul iclasında faizləri 25 bənd azaldaraq 2,25% - 2,50% aralığından 2% - 2,25% aralığına, Sentyabr ayındakı iclasında isə 25 bənd azaldılaraq 2% - 2,25% aralığından 1,75% - 2% aralığına endirmişdi.
Makro iqtisadi göstəricilərin pisləşməsi, ABŞ və Çin arasındakı ticarət müharibəsi və qlobal iqtisadi artıma dair narahatlıqlar Fed-i faiz endiriminə məcbur edir.
Mütəxəssislər, əgər Fed hazırkı faizləri dəyişməyərək uyğun olduğunu bildirsə və məlumatları izləyəcəkləri ritorikasını təkrarlasa, bunun gözləməkdə olacağı mənasına gələcəyini və "şahin" bir sürpriz olacağını bildirirlər.
Faiz qərarından sonra Fed-dən veriləcək mesajlar bazarlar üçün daha əhəmiyyətli olacaq.
"Barclays" və "Morgan Stanley"ə görə, Fed bu həftə faiz endirdikdən sonra faiz endiriminin sonuna gəlindiyinə eyham edə bilər.
"JP Morgan" və "Bank of America" Fed-in daha çox faiz endirimi üçün açıq qapı buraxa biləcəyini qeyd edir.
"TD Securities" Fed rəsmilərinin bir sonrakı hücuma qədər "səbirli" olacaqları fikirindədir.
BANK OF AMERICA
"Bank of America"nın (BofA) mütəxəssisləri "Açıqlamada ilk abzasdakı ton təmkinli ola bilər, məşğulluq yaradılmasının mülayim olduğu vurğulana bilər. Fed-in inflyasiya barədə şərhində də dəyişiklik gözləmirik. Sözlü istiqamətləndirmə yəqin ki, eyni qalacaq və daha çox faiz endirimə açıq olduqları kimi bir tonda olacaq", - bildiriblər.
BofA mütəxəssisləri zəif göstəricilər səbəbindən növbəti faiz endiriminin Dekabr ayında olacağını, Dekabrda endirim siqnalının "ralliyə" səbəb olacağını deyiblər.
MORGAN STANLEY
"Morgan Stanley" iqtisadçıları bu gün 25 bənd endirimdən sonra Fed-in gözləməyə keçəcəyini proqnozlaşdırırlar.
JP MORGAN
"JP Morgan"nın analitikləri Fed-in Dekabrda və sonra daha çox faiz endiriminə yəqin ki, açıq qapı buraxacağını bildiriblər.
TD SECURİTİES
"TD Securities"in analitiklər bu gün endirimdən sonra Fed-in gələn ilin ilk rübünə qədər müvəqqəti bir fasiləyə gedəcəyini bildiriblər.
"FED ABŞ İQTİSADİYYATINI QLOBAL LƏNGİMƏDƏN QORUYUR"
"Commerzbank"ın ABŞ və Fed iqtisadçısı Cristoph Balz, Fed-in bu həftəki yığıncağında ehtimalla faiz endiriminə gedə biləcəyini deyib. Fed-in artan qlobal risklərə reaksiya verdiyini qeyd edən Balz, bankın ABŞ iqtisadiyyatını qlobal yavaşlamadan qorumağa çalışdığını dilə gətirib.
Üfüqün naməlum olduğunu, dekabr ayında edilə biləcək bir endirimin daha haqlı görülə biləcəyini qeyd edən Balz, dekabr ayında da bir faiz endirimi gözlədiyini qeyd edib. Balz, "Fed etdiyi faiz endiriminin "xarici mühitin pisləşməsində bir sığorta olaraq" başa düşülməsinin davam etməsini istəyir" şərhini etdi.
Cristoph Balz, yaxın gələcəkdə ABŞ-da inflyasiyanın daha çox zəifləməsi vəziyyətində ABŞ Mərkəzi Bankının (Fed), siyasət faizini sıfır səviyyələrinə doğru sala biləcəyini qeyd edərək, "Bu zaman faiz endirimləri, pisləşən qlobal iqtisadiyyatdan sığortalanmaq üçün tədbir olmayacaqdır, bir iqtisadi böhranla mübarizəyə xidmət edəcəkdir",- deyib.
Daha çox mütəxəssis, "Fed bu həftə faiz endirəcək, sonrası üçün yəqin ki, səbrli olacağı siqnalını verəcək" ifadəsini istifadə edirlər.
Müştərilərin xəbərləri
City Park Mall-da böyük açılış – Mobil və elektron avadanlıqların satışı şəbəkəsinin ən böyük mağazası istifadəyə verilir
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
10 saat əvvəl
Kabab evində at əti şübhəsi – Fəaliyyəti dayandırıldı, sahibkar məsuliyyətə cəlb olundu
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
BOKT investorlara illik 15% gəlir təklif edir - Faizi hər ay ödəniləcək
-
14 saat əvvəl
Restoran və kafelərdə yeni dövr başlayır – sifarişdən ödənişədək hər şey rəqəmsallaşır
-
15 saat əvvəl
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib, Mustafa Abbasbəyli nazir müşaviri olub
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Rumıniya Azərbaycandan neft idxalını 20 %-ə yaxın artırıb
“ALFA KAPİTAL BOKT”un xalis mənfəəti 104 dəfə artıb
BOKT yüksək faizlə borclandı – Hərracın nəticələri
Ən çox oxunanlar
Restoran və kafelərdə yeni dövr başlayır – sifarişdən ödənişədək hər şey rəqəmsallaşır
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib, Mustafa Abbasbəyli nazir müşaviri olub
Toxum bazarında yeni dövr başlayır – Prezident yeni Qanunu təsdiqlədi - GMO toxumlarının satışına qadağa qoyuldu
Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur ®
ABB insan kapitalının idarə olunması sahəsində daha 2 nüfuzlu beynəlxalq mükafat qazandı! ®
Avqustun 20-də gözlənilən hava şəraiti
City Park Mall-da böyük açılış – Mobil və elektron avadanlıqların satışı şəbəkəsinin ən böyük mağazası istifadəyə verilir



















