“Lenovo Global Technology” Azərbaycanda törəmə şirkətini təsis etdi
16 oktyabr 2019-cu il tarixində “Lenovo Global Technology Azerbaijan” MMC dövlət qeydiyyatından keçib.
Vergilər Nazirliyinin saytında qeyd olunur ki, “Lenovo Global Technology Azerbaijan”-ın qanuni nümayəndəsi Rusiya Federasiyası və MDB ölkələrində “Lenovo Global Technology” şirkətinə rəhbərlik edən Dmitri Parşindir.
"Lenovo Global Technology" şirkərinə data mərkəzləri üçün məhsullar istehsal edən 6 zavod, həmçinin 7 ETTKİ mərkəzi və dünyanın müxtəlif ölkələrində məlumat emalı mərkəzləri üzrə texnologiyaların təkmilləşdirilməsi üçün 46 laboratoriya məxsusdur. Şirkətin bütün qitələrdə nümayəndəlikləri var ki, o öz həlləri və xidmətlərini 160-dan çox ölkədə müştərilərə təqdim edir.
“Hüquqi şəxsin təsis olunması Azərbaycanın həm dövlət sektoru, həm də bank sahəsində həyata keçirilən irimiqyaslı layihələr sayəsində mümkün olmuşdur. Bu layihələrdən biri də Azərbaycan Mərkəzi Bankı üçün "Blockchain Texnologiyasına əsaslanan Rəqəmsal İdentifikasiya Sistemi"dir”, – deyə "Lenovo Global Technology" şirkətinin MDB ölkələrində hyperkonverqent infrastruktur biznesinin inkişafı üzrə meneceri, Azərbaycan, Tacikistan və Türkmənistanda satış təmsilçisi Rasim Bəxşi bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
10 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
10 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
11 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
11 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
12 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır



























