Borca girməzdən öncə özünüzə verəcəyiniz suallar
Cari və potensial mikromaliyyə müştərilərinin maliyyə savadlılığının artırılması üçün artıq altıncı ildir DÜŞÜN, BORC AL! kampaniyası keçirilir. Kampaniya bu il də oktyabr ayı boyunca davam edir.
Kampaniya beynəlxalq müştəri mühafizəsi standartlarını və maliyyə savadlılığını təşviq edən beynəlxalq təşkilat – Mikromaliyyə Mərkəzi (MFC) tərəfindən təşkil edilir.
Kampaniya bu il Albaniya, Azərbaycan, Bolqarıstan, Bosniya və Herseqovina, Monteneqro, Gürcüstan, Polşa, Kosovo, Moldova, Rumıniya, Serbiya, Tacikistan, Ukrayna və Yunanıstan da daxil olmaqla, 16 ölkədə həyata keçirilir.
Azərbaycanda oktyabr ayı ərzində Kampaniyanı Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) dəstəkləyir.
Azərbaycan Mikromaliyyə Assosiasiyasndan "Marja"ya daxil olmuş məlumatda deyilir ki, DÜŞÜN, BORC AL! Kampaniyası məsuliyyətli şəkildə və təhlükə yaratmayan məbləğdə kredit götürə bilmələri üçün müştərilərin borca girməzdən öncə özlərinə verməli olduqları sualların məcmusunu təqdim edir. Kampaniya ərzində AMFA geniş spektrli informasiya tədbirləri, o cümlədən, video mesajlar, posterlər, broşürlər və sairdən istifadə etməklə, cari və potensial müştəriləri maarifləndirməyə çalışacaqdır. Kampaniyanın bəzi materialları ilə AMFA-nın Facebook səhifəsini izləyərək tanış ola bilərsiniz.
AMFA Kampaniya çərçivəsində nə planlaşdırır?
AMFA komandası müştərilərin düzgün borclanma anlayışını qavraması üçün onlarla sıx əlaqədə olaraq vacib mesajları onların diqqətinə çatdıracaqdır. Təşkilat veb səhifəsində və digital platformalarında aşağıdakı 5 əsas suallara cavab verən postlar paylaşılır və müxtəlif materiallar hazırlanır:
- Nə qədər borc götürməli olduğumu necə təyin edə bilərəm?
- Nə qədər ödəyəcəyimi bilirəmmi?
- Mən müqaviləni tam başa düşürəmmi?
- Bankdan narazıyamsa nə etməliyəm?
- Borcun məbləğini necə idarə edə bilərəm?
Geniş ictimaiyyətin istifadəsi üçün MFC onlayn şəkildə ev təsərrüfatının Maliyyə Sağlamlığının Yoxlanması üçün alət təqdim edir. Bu alət istifadəçilərə maliyyə vəziyyətlərini nə qədər yaxşı idarə etdiklərini yoxlamaq üçün imkan yaradır və hansı sahədə vəziyyətlərini daha yaxşıya doğru dəyişə biləcəklərini göstərir.
Qeyd edək ki, bu ildən etibarən MFC tərəfindən mikro və kiçik bizneslərin Maliyyə Sağlamlığının Yoxlanması üçün yeni alət hazırlanmışdır və test mərhələsindədir. İstifadəçilərdən toplanan rəylər əsasında alət növbəti illər üçün daha da təkmilləşdiriləcəkdir.
Siz də müvafiq olaraq 13 və 24 suala cavab verərək ev təsərrüfatınızın və ya biznesinizin maliyyə sağlamlığını qiymətləndirə bilərsiniz. Alətlərdən istifadə etdikdən sonra fikir və təkliflərinizi program@amfa.az elektron poçt ünvanına yazaraq bizimlə bölüşə bilərsiniz.
#2019BWC #BorrowWisely#financialeducation həştəqlərindən yararlanaraq, Kampaniyanı AMFA və MFC-nin sosial şəbəkə hesablarında daha yaxından izləyə bilərsiniz.
Kampaniya haqqında hər hansı sualınız yaranarsa, program@amfa.az elektron poçt ünvanına yazaraq layihə köməkçisi Ləman Haqverdiyeva ilə əlaqə saxlaya bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 19 saat sonra
-
8 saat əvvəl
Kartdan-karta köçürmələrə SƏRT LİMİT – Gündə cəmi 5 əməliyyat!
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
İlk dəfə Rabitəbankdan nağd pul krediti götürən müştərilər üçün sərfəli fürsət!
-
2 gün əvvəl
PAŞA Bank biznes kreditləri üzrə yeni kampaniyaya start verir
-
2 gün əvvəl
Almaniyada təxminən 10 min ölüm halı anomal istilərlə əlaqələndirilib
-
2 gün əvvəl
İyulda dövlət büdcəsinin 174 milyon manat vəsaiti banklarda depozitə yerləşdirilib - 6,52% - 7,24%
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
2 gün əvvəl
Qırğızıstanda “Bakı” möcüzəsi: İssık-Kul sahilində nəhəng kurort açıldı
Son Xəbərlər
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Xalq Bank nağd pul kreditinin şərtlərini yenilədi
Kartdan-karta köçürmələrə SƏRT LİMİT – Gündə cəmi 5 əməliyyat!
İş elanlarına bax - azvak.az
İyulda dövlət büdcəsinin 174 milyon manat vəsaiti banklarda depozitə yerləşdirilib - 6,52% - 7,24%
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Mərkəzi Bank BOKT-a lisenziya verib
AZAL həftəlik reyslərin sayını İstanbul üzrə 17-dən 21-ə, Tbilisi üzrə 42-dən 46-ya qaldırıb
Azərbaycan ilə Qırğızıstan arasında sənədlər imzalanıb

























