Sabaha olan hava proqnozu açıqlanıb
Sabah, martın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.
Arabir güclənən cənub-qərb küləyi gündüz arabir güclənən şimal küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 4-7° isti, gündüz 12-17° isti, Bakıda gecə 5-7° isti, gündüz 14-16° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.
Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, martın 29-30-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü fonunda arabir güclənən gilavar və xəzri küləklərinin tez-tez bir-birini əvəz etməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Lakin gecə və səhər bəzi cənub rayonlarında yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
ETSN xəbərdarlıq edir ki, martın 29-30-da bəzi rayonlarda qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
“Bizim məqsədimiz sadəcə məhsul satmaq deyil, Azərbaycanın premium hədiyyə brendini yaratmaqdır” – "Anjeer"in həmtəsisçiləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 21 san. əvvəl
-
-
4 d. əvvəl
Neft OPEC+ hasilat hədəflərini artırmaq barədə razılığa gəldikdən sonra ucuzlaşıb
- 8 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Təhlükəsizlik kamerası sizi nə qədər qoruyur? - Risklər, həll yolları
- 1 saat əvvəl
- 9 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Pul lazımdır? - 500 MANAT ÜÇÜN AYDA 25 MANAT ÖDƏ ®
Rəsmi məzənnələr açıqlandı
Hövsandakı liman şirkətinin qazancı məlum oldu
İran: ABŞ ilə barışmamışıq, İsraili tanımayacağıq
“Bizim məqsədimiz sadəcə məhsul satmaq deyil, Azərbaycanın premium hədiyyə brendini yaratmaqdır” – "Anjeer"in həmtəsisçiləri
Bakıda yeni ödənişsiz avtobus xətti istifadəyə veriləcək
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
“Sea Breeze”də “Subway” restoranı açıldı
PAŞA Bank 2025-ci il üzrə ilk dividend ödənişini elan edir!
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®























