Türk Lirəsi yeni hərbi əməliyyat xəbərilə ucuzlaşıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qısa müddət ərzində Suriyada Fəratın şərqinə hərbi əməliyyat təşkil edəcəklərini bildirib.
"Tramp, ABŞ-ın Fəratın şərqindən çəkilməsini gündəmə gətirdi, amma gündəmə gətirməyə baxmayaraq cənab Trampın yanındakılar bu göstərişə hələ də əməl etmirlər. Təəssüf ki PKK, PYD və YPG kimi terror təşkilatları burada nizə atırlar. İraq üzərindən buralara gələn 30 min yük avtomobili silah yüklü, sursat, texnika yüklənmiş bütün bu vasitələr kimə gəlir? Nə üçün gəlir? Bunun hesabını soruşmaq bizim haqqımızdır. Çünki burada 911 kilometr sərhəd bizə aiddir. Tədbirimizi görmək məcburiyyətindəyik",- Ərdoğan deyib.
"Türkiyənin itirəcək bir günü belə yoxdur",- deyən Ərdoğan sözlərinə belə davam edib:
"30 kilometr dərinliyindəki təhlükəsiz zonada 2 milyon nəfəri məskunlaşdırmağı planlaşdırırıq (Suriya qaçqınlarını). Layihələrimiz hazırdır. Türkiyə öz təhlükəsizliyini regionda hesabı olan qüvvələrin kefinə tərk edəcək deyil".
Yeni hərbi əməliyyat xəbəri ilə Türk Lirəsi həftəyə ucuzlaşma ilə başlayıb. Bakı vaxtı ilə 11:59-a olan məlumata görə, Dollar/TL məzənnəsi 0,6% artım ilə 5.7351 səviyyəsində olub.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 10 saat əvvəl
-
12 saat əvvəl
"Neft məhsulları ilə bağlı yaşanan böhran daha da dərinləşəcək"
-
12 saat əvvəl
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 4-də gözlənilən hava şəraiti
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
Azərbaycan neftinin son qiyməti
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
"Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil. Silah alanda bizə bir dollar güzəşt etməyiblər, hətta bir neçə dəfə baha satıblar"
ABŞ-da işə qəbul kəskin zəifləyib, işsizlik artıb
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
























