İki tikinti şirkəti arasında mübahisəli məsələ - "Pulumuzu və avadanlıqlarımızı versinlər"

Tikinti şirkəti "Mahal" MTK ilə "Easy Constraction" arasında podrat müqaviləsinin predmetini təşkil edən avadanlıqların girov saxlanılması iddia olunur. Bu barədə "Easy Constraction" inşaat şirkətinin direktoru Cavid Salayev məlumat yayıb.
C. Salayev qeyd edib ki, 2018-ci ilin martından etibarən "Mahal" MTK ilə bağlanan podrat müqavilə əsasında sözügedən şirkətin binalarında inşaat işlərinin görülməsi qərara alınıb.
"Onlar da qarşılığında müqavilə əsasında bizim ödəməmizi həyata keçirəcəkdilər. Lakin 3-4 aydan sonra "Mahal" MTK müqavilə əsasında müəyyən olunan ödəmələri dayandırmağa başladı. Buna baxmayaraq şirkət bir il müddətində bu işləri həyata keçirib və həmin işdə çalışanların maaşı "Easy Constraction" inşaat şirkəti tərəfindən ödənilib. Bir müddət bu şəkildə vəziyyəti idarə eləsək də, müəyyən vaxt keçdikdən sonra əməkdaşlarımızın yüksək məbləğdə toplanan əmək haqqını verə bilmədiyimiz üçün işi dayandırmaq məcburiyyətində qaldıq. Biz "Mahal" MTK-ya borclarını ödəmələri ilə bağlı müraciət etdik, onlar da bu məbləği hissə-hissə ödəməyə başladılar. Sonra isə çox az miqdarda pul ödəməyə başladılar, son aylarda isə ödəməni tamamilə dayandırdılar. Bunun səbəbini onunla izah etdilər ki, bankdan lazım olan həmin vəsaiti çıxara bilmirlər. Ödəməni həyata keçirə bilmədikləri üçün müxtəlif bəhanələr səsləndirdilər. Biz onlara yazılı şəkildə müraciət edərək bildirdik ki, əgər ödəmənizi vaxtında etməsəniz, işi dayandırmaq məcburiyyətində qalacağıq. Onların verdiyi cavab bizi qane eləmədi. Çünki ödənişin nə vaxt olunacağı ilə bağlı konkret cavab verilmədi. Biz də məcbur olub məhkəməyə müraciət etdik".
Şirkət direktoru Cavid Salayevin sözlərinə görə, "Mahal" MTK ilə bağladıqları müqavilədə nəzərdə tutulan inşaat işləri üçün mülkiyyətçi şirkətə məxsus olan avadanlıqları icarəyə alıblar. Lakin işi dayandırdıqdan sonra həmin avadanlıqlar "Mahal" MTK-nın ərazisində olduğuna görə, onları geri götürə bilməyiblər:
"Məhkəməyə müraciətimizdə "Mahal" MTK-nin ərazisində olan bizə məxsus olan mallara həbs qoyulması üçün iddia təmin tələb qaldırdıq. Məhkəmə də icra qərarı çıxartdı, bunu təmin elədi, mallara həbs qoyuldu. Sözügedən avadanlıqların bir qismini "Mahal" MTK ərazisindən çıxara bildik. Lakin bir müddət sonra icranı dayandırdılar. Bunu hansı yolla etdiklərini biz də bilmədik. Sonra biz bu mübahisəni danışıq yolu ilə həll etmək qərarına gəldik. Bununla əlaqədər "Mahal" MTK-ya məxsus olan ofisə gedib, "Mahal" MTK-nın sədri Elvin Rəhimovla danışıqlar apardıq. Orada bildirildi ki, götürülən malları geri gətirin, biz də "Mahal" MTK olaraq sizinlə əməkdaşlığı davam etdirəcəyik və sizə ödəməli olduğumuz vəsaiti verəcəyik. Bizi yenə aldatdılar. Biz də buna inanaraq götürdüyümüz malların bir hissəsini geri qaytardıq. Lakin onlar verdikləri sözə əməl etmədilər. Bizə ödəməli olduqları məbləği ödəmədilər".
C.Salayev bildirib ki, hazırda müqaviləyə əsasən 370 min 400 manat məbləğində "Mahal" MTK tərəfindən şirkətə ödəniş olunmalıdır. Lakin onlar bizimlə bağlanmış olan müqaviləni də saxtalaşdırıblar. Belə ki, bizə olan ödəmənin məbləğini azaltmaq üçün müqavilədə olan bəzi vərəqələri çıxararaq sənədi saxtalaşdırıblar.
C.Salayevin sözlərinə görə, hazırda "Mahal" MTK-nın ərazisində dəyəri 704 min manat civarında "Easy Constraction" inşaat şirkətinin kirayələdiyi avadanlıqları var və onlar qanunsuz şəkildə bu avadanlıqlardan özlərinin inşaat ərazisində istifadə edirlər. "Eyni zamanda bizdə olan məlumata görə, bizim mal-materialı onlar özlərinə məxsus olduğunu iddia edərək başqa şirkətin ərazisində də istifadə edirlər. Buna görə də şirkətimiz yaranmış mübahisəni həll etmək üçün 1 saylı Bakı İnzibati–İqtisadi Məhkəməsinə müraciət edib. Hazırda iş icraatdadır. Bizim əlimizdə bütün müqavilələr var və biz onları məhkəməyə təqdim etmişik", - deyə, şirkət direktoru bildirib.
"Mahal" MTK-nın sədri Elvin Rəhimov isə açıqlamasında deyilənlərin həqiqətə uyğun olmadığını və qarşı tərəfin ona böhtan atdığını qeyd edib.
"Biz məhkəməyə də müraciət etmişik. "Easy Constraction"-a aid heç bir avadanlıq bizdə yoxdur. Oradakı avadanlıqlar bizə məxsusdur. Onlar sadəcə işçi qüvvəsi gətirib işlədib və biz də onların pulunu artıqlaması ilə vermişik. Əksinə, onların bizə hazırda pul borcu var. Hansı avadanlıqdan söhbət gedə bilər? Avadanlıqların digər şirkətə məxsus olduğunu deyirlərsə, ortaya müqavilə qoysunlar. Yenə də qeyd edirəm ki, onlar avadanlıqla yox, yalnız işçi qüvvəsi ilə iş görüblər və pulları da artıqlaması ilə ödənilib".
E. Rəhimov əlavə edib ki, qarşı tərəfin iddia etdiyi kimi heç bir sənəd saxtalaşdırılmasından söhbət gedə bilməz: "Biz nəyə görə müqaviləni saxtalaşdırmalıyıq? Bu, birbaşa cinayətdir. Mənim də əlimdə sənədlər var və bunları təqdim edə bilərəm. Ümid edirik ki, məsələyə məhkəmə tərəfindən tam hüquqi qiymət veriləcək".
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© "Qafqazinfo"
Müştərilərin xəbərləri

“Cahan Şirkətlər Qrupu”nun təşəbbüsü ilə Naxçıvanda yaşayan şəhid ailələri azad edilmiş ərazilərə səfər ediblər
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 10 saat əvvəl
- 23 saat əvvəl
-
-
1 gün əvvəl
Tramp: Rusiya müharibəni davam etsə, ciddi nəticələrlə üzləşəcək
-
1 gün əvvəl
İş icazəsi olan 1800 nədərdən çox əcnəbi Azərbaycanın tikinti sahəsində çalışır
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“İlin şirkəti” nominasiyasında “Gold Stevie” qazanan ilk Azərbaycan bankı “PAŞA Bank” oldu
-
1 gün əvvəl
Azərbaycanda yığılan minik avtomobilləri bazarda yer tuta bilmir - İSTEHSALDA GERİLƏMƏ
-
1 gün əvvəl
Azərbaycada hər nəfərə orta hesabla 705 manat gəlir əldə edib
-
1 gün əvvəl
VTB (Azərbaycan) uşaqlar üçün beşinci “Yay düşərgəsi” təşkil edib
Son Xəbərlər

Tramp: İrəliləyiş var, tam razılaşma yoxdur

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycanda işsizlik səviyyəsi 5,2 faizdir

Azərbaycanda tikinti materiallarının istehsalı azlıb

Azərbaycanda yığılan minik avtomobilləri bazarda yer tuta bilmir - İSTEHSALDA GERİLƏMƏ

Azərbaycada hər nəfərə orta hesabla 705 manat gəlir əldə edib
Ən çox oxunanlar

VTB (Azərbaycan) uşaqlar üçün beşinci “Yay düşərgəsi” təşkil edib

Əhalinin hər 1000 nəfərinə düşən doğulan körpə sayı azalır

Dövlət büdcəsində 3 milyard 536 milyon manatlıq artıqlıq yaranıb

Putin, iqtisadiyyatı xeyli zəifləmiş vəziyyətdə Alyaskaya gəlir

Məzuniyyət, hesablanma qaydası və kompensasiya - VİDEO

“Olimp Construction” şirkətinin nizamnamə kapitalı 20 milyon manata yaxın azaldıldı

Bu il Azərbaycanda 1 milyon 583 min ton buğda istehsal olunub

Yaponiya iqtisadiyyatı ikinci rübdə gözləniləndən güclü artıb
