Bakıda nəqliyyat arteriyasının yaxınlığında yerləşən zavodun özəlləşdirilməsinə başlanıldı
Daha bir maşınqayırma zavodunun özəlləşdirilməsinə başlanılıb
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Bakıda nəqliyyat arteriyasının stratejı qovşağında yerləşən "Bakı Neftqazmədən Avadanlıqları Zavodu" ASC-nin özəlləşdirilməsinə başlayıb.
Birinci mərhələdə əmək kollektivinin üzvlərinə səhmlərin ümumi nominal dəyəri 450 min manat olan 15%-i təklif olunur.
"Marja" Komitənin elanına istinadən xəbər verir ki, “Azneftkimyamaş” ASC-nin tabeliyində olan “Bakı Neftqazmədən Avadanlıqları Zavodu” törəmə açıq səhmdar cəmiyyətinin 3 000 000 manatlıq nizamnamə kapitalı hər birinin nominal qiyməti 2 manat olan 1 500 000 ədəd səhmdən ibarətdir. Güzəştli satışa çıxarılmış səhmlərin sayı 225 000 ədəddir.
Bakı Neftqazmədən Avadanlıqları Zavodu Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, İlqar Məmmədov küçəsi, 37F-də yerləşir.
1,5 ha torpaq sahəsi olan Bakı neftqazmədən avadanlıqları zavodu 1967-ci ildən fəaliyyət göstərir.Zavod neft avadanlıqlarının istehsalı, təmiri və servisi üzrə ixtisaslaşmışdır. İstehsal etdiyi məhsullar isə neft məhsullarının daşınması üçün avtoçənlər, borudaşıyan xüsusi qoşqular və nasos avadanlıqlarından ibarətdir.
Müəssisə H.Əliyəv Beynəlxalq Hava Limanına 9 km məsafədə yerləşir.
Bundan əvvəl Əmlak Məsələləri Dövlət Komitəsi “Bakı neft maşınqayırma zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinə yekun vurub. Qalib investor dövlət büdcəsinə 4,7 milyon manat ödəməyi, dəyəri 10,2 milyon manat olan investisiya proqramı icra etməyi, müəssisənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna olan 1,9 milyon manat borcunu, əmək haqqı və ona bərabər tutulan 115 min manat borcunu ödəməyi və digər sosial-iqtisadi öhdəlikləri yerinə yetirməyi üzərinə götürüb.
Təqdim olunmuş İnvestisiya Proqramına əsasən investor tərəfindən müəssisəyə müasir avadanlıqların və texnologiyaların alınması, poladəritmə sexində yeni sobaların tikilib quraşdırılması, müəssisənin xammal və material ehtiyatının artırılması planlaşdırılır. Eyni zamanda istehsal sahələrinin yerləşdiyi binalarda təmir-bərpa işlərinin görülməsi, elektrik mühərriklərinin təmiri və sarğılanması sexinin qurulması, qum ələnmə sahəsinin tikilməsi və avadanlıqlarla təchiz edilməsi, tikinti materiallarının qəbulu sahəsinin təşkili, əritmə, yığma və dəmirçi sexlərində hava təmizləyicilərinin qurulması, habelə digər işlərin görülməsi nəzərdə tutulur.
Bu işlərin görülməsi üçün investor tərəfindən müəssisəyə bir il ərzində yuxarıda qeyd olunan məbləğdə investisiyaların yatırılması, nəticədə 165 yeni iş yerinin yaradılması, işçilərin sosial təminatının gücləndirilməsi planlaşdırılır.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 2 saat sonra
- 6 saat əvvəl
-
7 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib


























