Yaralıların vəziyyətləri barədə açıqlama
Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacının iki budağının qırılaraq yerə düşməsi zamanı xəsarət alanların hamısına ilkin tibbi yardım göstərilib.
Bu barədə Şəki şəhər icra başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Həsən Həsənov bildirib.
O, qeyd edib ki, yaralılardan 4-ü helikopterlə Bakıya göndərilib. Hadisə zamanı ümumilikdə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
"Onlardan 13-ü ambulator müalicə alıb və evə buraxılıb. Yaralılardan 4-ü Bakıya göndərilib. Daha 2 nəfərin müalicəsi Şəki şəhər Mərkəzi Xəstəxanasında davam etdirilir", - deyə o bildirib.
İcra başçısının müavini əlavə edib ki, yaralıların həyatı üçün təhlükə yoxdur. "Ərazidə elə bir dağıntı olmayıb. Hazırda istintaq gedir. Bu səbəbdən təmizlik işləri aparılmayıb. Ərazi yəqin ki, sabah səhər təmizlənəcək".
Qeyd edək ki, hadisə və xəsarət alan şəxslərin müalicəsi dövlət başçısının xüsusi nəzarətindədir.
Müştərilərin xəbərləri
“Bizim məqsədimiz sadəcə məhsul satmaq deyil, Azərbaycanın premium hədiyyə brendini yaratmaqdır” – "Anjeer"in həmtəsisçiləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 həftə sonra
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
- 1 həftə sonra
-
- 11 d. əvvəl
-
15 d. əvvəl
"2026-cı ildə 88 milyon dollarlıq şəkər ixrac etməyi nəzərdə tuturuq"
- 37 d. əvvəl
-
42 d. əvvəl
“Cənubtikintiservis” ASC səhmdarlarının təkrar ümumi yığıncağını çağırır
-
1 saat əvvəl
Müdafiə sənayesində nəhəng razılaşma: "Lockheed Martin" "Ultra Maritime"ı satın alır
-
1 saat əvvəl
Tramp: Rusiya-Ukrayna məsələsini NATO-nun gündəliyinə çıxaracağam
- 1 saat əvvəl
-
1 saat əvvəl
Təhlükəsizlik kamerası sizi nə qədər qoruyur? - Risklər, həll yolları
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Pul lazımdır? - 500 MANAT ÜÇÜN AYDA 25 MANAT ÖDƏ ®
Microsoft 6 min 400 əməkdaşını işdən çıxaracaq
Müdafiə sənayesində nəhəng razılaşma: "Lockheed Martin" "Ultra Maritime"ı satın alır
Tramp: Rusiya-Ukrayna məsələsini NATO-nun gündəliyinə çıxaracağam
Ən çox oxunanlar
“Bizim məqsədimiz sadəcə məhsul satmaq deyil, Azərbaycanın premium hədiyyə brendini yaratmaqdır” – "Anjeer"in həmtəsisçiləri
BP-dən səhm satışı
Broadcom və Apple əməkdaşlıq sazişini 2031-ci ilədək uzadıb
"Novartis" xərçəng dərmanı hazırlayan şirkəti satın alır
Dövlət Neft Fondunun 2025-ci il büdcəsinin icrası təsdiqləndi – gəlirlər planı 18,7% üstələyib
























