Antisanitar şəraitdə süd məhsulları istehsal edən sex bağlandı
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Bu məqsədlə fəaliyyətlərini standartlara uyğun təşkil etməyən müəssisələrdə qanunvericiliyin tələbləri çərçivəsində monitorinqlər aparılmaqdadır. Həyata keçirilən nəzarət tədbirləri ilə yanaşı, Agentliyin “Çağrı mərkəzi”nə konkret faktlara əsaslanan müraciətlər daxil olmaqdadır. Həmin şikayətlər əsasında plandankənar (növbədənkənar) yoxlama tədbirləri aparılır və məhsullardan götürülən nümunələr laborator müayinələrə cəlb edilir.
Agentliyə paytaxtın Xətai rayonu, Nobel prospekti 84 ünvanında yerləşən süd və süd məhsulları istehsalı sexində sanitar-gigiyena və texniki normativ sənədlərin tələblərinə əməl edilməməsi barədə məlumat daxil olub.
Daxil olan müraciət əsasında süd və süd məhsulları sexinə baxış keçirilib. Baxış zamanı müəyyən edilib ki, müəssisədə xam südü qəbul etmək və saxlamaq üçün xüsusi sahə mövcud deyil. Gətirilən xammal birbaşa sexdə quraşdırılmış pasterizasiya çəninə ötürülür. Bundan başqa, təhlükəsizlik göstəriciləri sayılan südün turşuluğu, pH və antibiotik test müayinəsi aparılmır.
Bəlli olub ki, xam südün alındığı heyvandarlıq təsərrüfatının sağlamlığı haqqında müvafiq sənədlər mövcud deyil. Müəssisədə eyni sahədə südün pasterizasiyası aparılır, xama, qatıq, dovğa, kərə yağı, kəsmik istehsalı həyata keçirilir.
Yoxlama zamanı müəssisədə südün qatılığının artırılması üçün məhsula qarğıdalı nişastasının vurulduğu, bununla bağlı etiket məlumatlarında hər hansı məlumatın qeyd olunmadığı müəyyən edilib.
Müəssisədə çənlərin iç hissəsində, pasterizə olunmuş südün və qablaşdırlan şor məhsulunun üzərində müxtəlif həşəratlar aşkar edilib. Müəssisənin sanitar-texniki və sanitar gigiyenik vəziyyətinin qeyri-qənaətbəxş olduğu, işçilərin işçi geyimi ilə təmin olunmadığı, onların dövri tibbi müayinədən keçmədikləri müəyyən edilib.
Aşkar olunmuş nöqsanlar əsasında süd və süd istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb və məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Araşdırmalar davam etdirilir.
Müştərilərin xəbərləri
“Bizim məqsədimiz sadəcə məhsul satmaq deyil, Azərbaycanın premium hədiyyə brendini yaratmaqdır” – "Anjeer"in həmtəsisçiləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 həftə sonra
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
- 1 həftə sonra
-
-
1 saat əvvəl
Dövlət Neft Fondunun 2025-ci il büdcəsinin icrası təsdiqləndi – gəlirlər planı 18,7% üstələyib
- 1 saat əvvəl
-
3 saat əvvəl
İllik 15% gəlir təklif edən istiqrazların ticarətə buraxılması üçün qərar qəbul edilib
- 4 saat əvvəl
-
4 saat əvvəl
10 iyulda BOKT-ın 2 milyon manatlıq istiqrazları üzrə hərrac keçiriləcək
-
4 saat əvvəl
Bank of Baku-nun 5 əsas departamentinə direktorlar təyin olunub - ADLARI
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Kredit Evi” ASC-nin 50 faizinə sahib olan səhmdarlarından biri dəyişib
-
4 saat əvvəl
Xocalının Malıbəyli kəndində torpaq icarəsi üçün müraciətlər açıldı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Pul lazımdır? - 500 MANAT ÜÇÜN AYDA 25 MANAT ÖDƏ ®
İllik 15% gəlir təklif edən istiqrazların ticarətə buraxılması üçün qərar qəbul edilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Xocalının Malıbəyli kəndində torpaq icarəsi üçün müraciətlər açıldı
Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























