Nağd hesablaşmalar məhdudlaşdırılır
"Nağdsız hesablaşmalar haqqında" qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunaraq təsdiq edilib.
ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatdan artıq olan ticarət və ya ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləğləri 30 min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada keçiriləcək.
Əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200 min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar yalnız nağdsız qaydada həyata keçiriləcək.
Layihəyə əsasən, vergilərin, gömrük rüsumları və yığımların, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi, kreditlərin verilməsi, stasionar telefon xidmətləri və kommmunal xərclərin ödənilməsi, təhsil haqlarının ödənilməsi, turagentlərə ödəmələr, dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi, "Sığorta fəaliyyəti haqqında" və "İcbari sığorta haqqında" qanunlarla müəyyən edilmiş ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.
Bu yenilik ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatdan artıq olan vergi ödəyicilərinə münasibətdə 2017-ci il yanvarın 1-dən, digər vergi ödəyicilərinə münasibətdə isə 2017-ci il aprelin 1-dən qüvvəyə minəcək.
Qanunun məqsədi mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığının təmin edilməsi, istehlakçıların hüquqlarının qorunması, dövriyyədə olan nağd pul kütləsinin nağdsız vəsaitlərlə əvəz olunması, bank sisteminin inkişaf etdirilməsidir.
©Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 33 d. əvvəl
- 36 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib ®
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bank Bank İT sistemlərini yeniləyir — iri tender elan edildi
-
3 saat əvvəl
Dövlət satınalmalarında yeni imkan – sənədlər SİMA İmza ilə təsdiqlənəcək
-
3 saat əvvəl
ADB Azərbaycana rəqəmsal sektorun diaqnostikası üçün yardım göstərəcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 6-da gözlənilən hava şəraiti
Xalq Bankdan yeni XalqKart Taksit kartları ®
Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib ®
114 milyon manatlıq dərman zavodu açıldı
Ən çox oxunanlar
Bank Bank İT sistemlərini yeniləyir — iri tender elan edildi
Azərbaycan şirkəti Konqodakı neft emalı zavodunun modernləşdirilməsi üzrə qiymətləndirməyə başlayır
Deutsche Bank: Qızıl yenidən alış üçün cəlbedicidir
Yəmən hökuməti husilərin nəzarətindəki əraziləri geri almaq üçün genişmiqyaslı hücuma başlayıb
Claude-un sahibi birjaya çıxır – hədəf 2 trilyon dollardır
Rəsmi məzənnələr açıqlandı





















