Yeni üsulla yetişdirib, kiloqramını 7-8 manata satır
Cəlilabad rayonunda bu il ilk dəfə yeni üsulla çiyələk yetişdirilib.
Rayon sakini Mirağa Həsənov çiyələk kollarını yerdə deyil, istixana şəraitində xüsusi qaydada hazırlanmış yerüstü yataqlarda əkib və artıq ilk məhsul əldə edib.
Yerli bazarda satışa çıxarılan çiyələyin qiyməti təsərrüfat sahibini qane edir. Hazırda bazarlarda çiyələyin bir kiloqramı 7-8 manata satılır.
Türkiyə və İtaliya təcrübəsi əsasında qurulmuş yeni çiyələk təsərrüfatının üstün xüsusiyyətlərindən bir də əkin yerinə qənaət edilməsidir. Əgər ənənəvi üsulla bir hektarda 60 min çiyələk şitili əkilirsə, yeni metodla eyni sahədə orta hesabla 200 min şitil basdırmaq mümkündür.
Təsərrüfat sahibi gələn il yeni üsulla becərilən çiyələk sahəsini genişləndirmək niyyətindədir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 13 d. əvvəl
-
23 d. əvvəl
“Azərpambıq”da yeni təyinat — tanınmış kommunikasiya mütəxəssisi şöbə müdiri oldu
- 47 d. əvvəl
-
1 saat əvvəl
AccessBank-ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib ®
-
1 saat əvvəl
Avtomobil sahibləri icbari sığorta haqqını əvvəlcədən hesablaya biləcək
-
2 saat əvvəl
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Ən çox oxunanlar
Oktyabrın 6-da gözlənilən hava şəraiti
Azercell yeni “Oyun Portalı”nı istifadəyə verir ®
Xalq Bankdan yeni XalqKart Taksit kartları ®
ABB-nin transformasiyası dünyada dərs nümunəsinə çevrildi ®
Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib ®
114 milyon manatlıq dərman zavodu açıldı


















