Şri-Lankada partlayışlarda ölənlərin sayı 290 nəfərə çatıb - VİDEO
07:40
Şri-Lankada törədilmiş səkkiz partlayış nəticəsində ölənlərin sayı artıb.
TASS-a istinadən xəbər verir ki, bu barədə "Hindustan Times" polisdəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, partlayışlar zamanı ölənlərin sayı 290 nəfərə çatıb. Terror aktı nəticəsində həmçinin 500-ə yaxın insan yaralanıb.
17:43. Aprelin 21-də Şri-Lankada törədilən silsilə partlayışlar nəticəsində ölənlərin sayı 215 nəfərə çatıb.
Bu barədə yerli polisə istinadən "News First" telekanalı məlumat yayıb.
***16:15
Aprelin 21-də Şri-Lankada törədilən silsilə partlayışlar nəticəsində ölənlərin sayı 207 nəfərə çatıb, 450-si yaralanıb.
Bu barədə yerli polisə istinadən "News First" telekanalı məlumat yayıb.
XXX
Şri-Lankada gün ərzində 8-ci partlayış törədilib. Bu barədə yerli polisə istinadən AFP məlumat yayıb.Hadisənin təfərrüatları məlum deyil.
XXX
Cənubi Asiya ölkəsi Şri-Lankada ard-arda partlayışlar baş verib. Üç otel və üç kilsədə partlayışların baş verdiyi bildirilib.
"Marja" xəbər verir ki, polis ölkədə zoopark yaxınlığında yeni bir partlayışın da baş verdiyini bildirib. Beləliklə, ölkədə baş verən partlayış sayı yeddiyə yüksəlmişdir.
Partlayışlar nəticəsində ən azı 185 nəfərin öldüyü, 400 nəfərin yaralandığı bildirlir. Ölənlərin sayının artacağı qeyd edilir.
Şri-Lanka polisi partlayışların intihar hücumu ola biləcəyi ehtimalını qiymətləndirir.
Yerli media patlayışların Kochchikade, Katana və Batticaloa-daki kilsələrdə və Kolombodakı otellərdə meydana gəldiyini bildirib.
Yaralıların sayının çox olması səbəbindən ölkədə qan bağışlanması üçün çağırış edilib.
Adının açıqlanmasını istəməyən bir rəsmi, partlayışlardan ən azı ikisinin intihar hücumunun nəticəsi olduğunun güman edildiyini deyib.
Şri-Lanka Prezidenti Maithripala Sirisena, partlayışlar səbəbindən şokda olduğunu deyib.
Maliyyə naziri Manqala Samaraweera Twitter hesabından verdiyi açıqlamada, partlayışları, "çox yaxşı koordinasiya edilmiş anarxiya və qarışıqlıq yaratmaq cəhdi" kimi qiymətləndirib.
Şri-Lanka mətbuatı ölən və yaralananlar arasında turistlərin ola biləcəyini yazıb.
22 milyon nəfər əhalisi olan Şri-Lankada xalqın təxminən 70%-i Buddist,12.6%-i Hindu, 9.7%i Müsəlman və 7.6%-i Xristiandır.
XXX
Şri-Lankada kilsə və otellərdə törədilən partlayışlar nəticəsində ölənlərin sayı 185 nəfərə çatıb.
Bu barədə yerli "News First" xəbər xidməti məlumat yayıb.
Məlumatda bildirilir:
Milli xəstəxana: 46 ölü, 259 yaralı var
Kalubovila xəstəxanası: 17 yaralı
Neqombo xəstəxanası: 74 ölü, 113 yaralı
Katana kilsəsi: 31 ölü
Raqama xəstəxanası: 7 ölü, 30 yaralı var
Battikaloa: 27 ölü, 80 yaralı
Şri-Lankada gün ərzində 7-ci partlayış baş verib, 2 nəfər ölüb
Şri-Lankada gün ərzində 7-ci partlayış baş verib. Bu barədə yerli polis məlumat yayıb.
Partlayış paytaxt Kolombo şəhərinin ətrafında yerləşən Dehivalı qəsəbəsində qeydə alınıb. İlkin məlumatlara görə, partlayış nəticəsində azı 2 nəfər ölüb.
Daha əvvəl kilsə və otellərdə törədilən 6 partlayış nəticəsində 185 nəfər həyatını itirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
9 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
9 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 9 saat əvvəl
-
10 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti



























