Avropada ən çox ziyarət edilən yerlərdən biri yandı
Dünən gecə Fransanın paytaxtı Parisdə "Notr Dam" (Notre-Dame) kilsəsində yanğın başa verib.
"Marja" xəbər verir ki, Avropada ən çox ziyarət edilən yerlərdən biri olan tarixi "Notr Dam" kilsəsində bərpa işlərinin aparıldığı hissədə yanğın çıxıb. Yanğın nəticəsində kilsənin damı tamamilə dağılıb.
Hadisə yerinə gələn yanğınsöndürmə briqadaları 8,5 saata yanğını nəzarət altına ala biliblər.
Yanğında 93 metr hündürlüyündəki qüllələrdən biri və tikilinin damı tamamilə çöküb. Təxminən 500 yanğınsöndürənin müdaxilə etdiyi yanğında, gərgin əmək sayəsində şimal zəng qülləsi ilə əsas bina xilas edilib.
Yanğını bir "faciə" olaraq xarakterizə edən Fransa Prezidenti Emmanuel Makron, "Fəxr edək, çünki bu kilsəni 800 ildən daha uzun bir müddət öncə biz inşa etdik və əsrlər boyu böyüdüb inkişaf etdirmişik. Kilsəni yenidən inşa edəcəyik", - deyib.
Yanğının səbəbi bilinməsə də yanğınsöndürmə rəsmiləri yanğının, "yəqin ki", 6 milyon avroluq bərpa işlərindən çıxmış ola biləcəyini bildirib.
Fransanın simvolu olaraq göstərilən və müharibələrə baxmayaraq ayaqda qalan dünya şöhrətli 856 illik kilsəninn böyük zərər görməsi, fransızlar qədər digər avropalıları da kədərləndirib.
Avropalı liderlər kədərlərini dilə gətirərkən, Fransada tarixi əsərlər ilə bağlı işlər görən İrs Fondu, kilsənin bərpası üçün milli yardım kampaniyası başlanılacağı bildirib.
Fransanın milyarder Pinault ailəsi, yeni inşa işləri üçün 100 milyon avro ianə edəcəyini bildirib.
"Notr Dam" kilsəsi, 850 ildən artıq tarixi ilə Xristianlığın bu ölkədəki simvolu kimi göstərilir. "Notr Dam"ın əsası 1163-cü ildə III Papa Aleksandr tərəfindən qoyulub.
Xüsusilə Fransa İnqilabı dövründə ciddi zərər görən kilsədə bir neçə dəfə bərpa işi aparılıb.
Məryəm Anaya həsr olunmuş "Notr Dam" kilsəsi, naxışlı pəncərə şüşələri, heykəlcikləri və kəmərli dayağı ilə ən çox turist qəbul edən məkanlardan biri kimi tanınır.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Kilsədə "Məryəm Ana" heykəli ilə yanaşı, "Gül Pəncərələr", müxtəlif sənət əsərləri, nəhəng zənglər, qalıqlar və Orta Əsrdən qalma mebellər var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
9 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
9 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 9 saat əvvəl
-
10 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti



























