Neftçalada istehsal olunan “Peugeot” avtomobili satışa çıxarılıb - QİYMƏTİ
"Azərmaş" ASC-nin Neftçala Sənaye Məhəlləsindəki avtomobil zavodunda istehsal olunan “Peugeot” markalı minik avtomobilləri satışa çıxarılıb.
Bu barədə "Azərmaş" ASC-nin mətbuat xidmətinin rəhbəri Günay Namidar məlumat verib.
“Peugeot” markalı avtomobilin nağd qiyməti 17 500 manatdır. İlkin olaraq bu avtomobillər daxili bazara çıxarılıb. Bununla yanaşı, bu avtomobillərin xaricə ixraci istiqamətində də işlər aparılır”, - deyə Günay Namidar bildirib.
Qeyd edək ki, “Azərmaş” Açıq Səhmdar Cəmiyyətinin və “İran Khodro” şirkətinin birgə yaratdığı “Khazar” Avtomobil Zavodu Neftçala Sənaye Məhəlləsində ən iri müəssisədir. 2018-ci il martın 29-da açılan zavodun səhmlərinin 75 faizi “Azərmaş” ASC-yə, 25 faizi isə “İran Khodro” şirkətinə məxsusdur. Ümumi dəyəri 15 milyon dollar olan zavodun tikintisinə Azərbaycan dövləti tərəfindən xüsusi dəstək göstərilib, müxtəlif vergi güzəştləri tətbiq edilib.
Zavodun illik istehsal gücü 10 min avtomobildir. Ötən dövrdə müəssisədə mindən çox “Khazar” avtomobili istehsal olunub və satılıb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
7 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
7 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























