“İşbazlar” sahibkarlardan əlavə pul tələb edirlər - SAHİBKARLARA MÜRACİƏT
"Son günlər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan müraciətlərin araşdırılması zamanı idxal-ixrac əməliyyatları və qida təhlükəsizliyi qeydiyyatı prosesində sahibkarlıq subyektlərindən müxtəlif vasitəçilər, “işbazlar” tərəfindən qanunvericilikdə nəzərdə tutulmayan əlavə xərclərin tələb olunması faktları aşkar olunmuşdur. Bu kimi hallar sahibkarlar üçün yaradılmış şəffaf və sadələşdirilmiş prosedurların həyata keçirilməsinə süni maneələr yaratmaqla yanaşı, müəyyən neqativ halların meydana çıxmasına şərait yaradır".
Bu barədə "Marja"ya Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.
Qeyd edək ki, AQTA tərəfindən qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə idxal-ixrac əməliyyatları, qida təhlükəsizliyi qeydiyyatı və sertifikatı, bitki mənşəli məhsullar üçün fitosanitar, heyvan mənşəli məhsullar üçün baytarlıq sertifikatları verilir. Bununla bağlı olaraq, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda sahibkarlıq subyektləri tərəfindən müvafiq olaraq aşağıdakı rüsumların ödənilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilən icazə sənədləri üçün tarif cədvəli
RÜSUMUN TƏYİNATI | RÜSUMUN MƏBLƏĞİ |
18.66.1. Baytarlıq şəhadətnaməsinin verilməsi (bir sənəd) - | 5 manat |
18.66.2. Baytarlıq sertifikatının verilməsi (bir sənəd) - | 20 manat |
18.66.3. Baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi (bir preparat) -
| 100 manat |
18.66-1. Qida təhlükəsizliyi sertifikatının verilməsi - | 20 manat |
18.67.1. Pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin verilməsi (bir sənəd) - | 100 manat |
18.67.2. Pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə idxal karantin icazəsinin verilməsi (bir icazə) - | 10 manat |
18.67.3. Fitosanitar sertifikatlarının verilməsi üçün: 18.67.3.1. Bir poçt göndərişinə (dəst) -
18.67.3.2. Növündən asılı olmayaraq bir nəqliyyat vasitəsinə (dəst) -
|
2 manat
10 manat |
18.67-1.2.Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatı reyestrindən çıxarışın verilməsi - 18.67-1.3. Reyestr məlumatlarında fəaliyyət sahəsindən asılı olaraq baş verən dəyişikliyin edilməsi - 18.67-1.4. Rreyestrdən çıxarışın dublikatının verilməsi - |
150 manat
50 manat
10 manat |
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bir daha qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinə müraciət edərək bildirir ki, öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun həyata keçirməklə, sadələşdirilmiş idxal-ixrac əməliyyatları və qida təhlükəsizliyi qeydiyyatı prosedurlarında heç bir vasitəçi olmadan iştirak etsinlər. Eyni zamanda qanunvericilikdə nəzərdə tutulan dövlət rüsumlarından əlavə hər hansı bir qanunsuz tələblərlə qarşılaşdıqda bununla bağlı aidiyyəti üzrə hüquq mühafizə orqanlarına və Agentliyin 1003 “Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
32 d. əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
-
1 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Azərpambıq”da yeni təyinat — tanınmış kommunikasiya mütəxəssisi şöbə müdiri oldu
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Tramp Özbəkistana səfər etmək istəyir
Ən çox oxunanlar
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti
Azercell yeni “Oyun Portalı”nı istifadəyə verir ®
Xalq Bankdan yeni XalqKart Taksit kartları ®
























