"Memarlıq və torpaqdan istifadə səhvləri bağışlanacaq, aministiya veriləcək"

Fevralın 19-da Prezident İlham Əliyev "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Fərman imzalayıb. Fövqəladə Hallar Nazirliyi bildirib ki, insan həyatı üçün təhlükənin olduğu binalar istismara qəbul edilməyəcəkdir. Yalnız, torpaqdan istifadə və memarlıq tələblərinin pozulması halları bağışlanacaqdır. Tikinti sahəsinə dair təhlükəsizlik tələblərinin, yanğın təhlükəsizliyi sahəsində norma, standartların və qaydaların tələblərinin pozulduğu binalar istismara qəbul edilməyə bilər.
“TİKİNTİ ŞİRKƏTLƏRİNƏ 5 AY VAXT VERİLƏCƏK”
“Marja”nın məlumatına görə, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov bildirib ki, Fərman ilə istismara qəbul edilməmiş binaların müayinəsini aparmaq üçün Fövqəladə Hallar Nazirliyinə 2 ay müddət verilib. Bu müddət ərzində siyahıda olan binalar yenidən müayinə olunacaqdır:
“Fövqəladə Hallar Nazirliyinin 3 strukturu- Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Dövlət Yanğına Nəzarət Xidməti, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi müayinələr aparacaqlar. Hər 3 struktur öz yekun rəyini hazırlayıb təqdim edəcək. Qeyd edim ki, istismara qəbul edilməmiş 400 binadan müəyyən hissəsinin rəyləri var. Çünki bəzi MTK-lar bina tikilən zaman müəyyən müayinələrə müraciətlər edirdilər. Yəni, bəzi işləri görüblər. Amma sonradan layihədən kənarlaşma, yanğın təhlükəsizliyi tərəfindən çatışmazlıqlar olurdu, hansısa sənədləri ala bilmirdilər və s. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən işlərin xeyli hissəsi müayinə olunub. Şirkətlər qalan problemləri həll etməlidirlər. Təkrar müayinələr zamanı təhlükəsizliyə xüsusi diqqət yetiriləcəkdir. Təhlükəsizlik çox vacibdir. Biz tam müayinələr apardıqdan sonra, tikinti şirkətləri 5 ay ərzində təhlükəsizlik üzrə çatışmazlıqları aradan qaldırmalıdırlar. Bu 3 struktur insan həyatı üçün təhlükə olmadığı barədə rəy verdikdən sonra Fərman ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məlumatları göndərəcəyik”.
“TƏHLÜKƏSİZLİK TƏLƏBLƏRİNİN POZULMASI BAĞIŞLANMIR”
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib ki, istismara qəbul edilməmiş 400 binadan təxminən 270-nin müsbət rəyləri var:
“Lakin təkcə Fövqəladə Hallar Nazirliyinin qurumlarının müsbət rəy verməsi kifayət deyil. Çünki binalarda layihədən kənarlaşmalar var, torpaq sənədləri qaydasında deyil və ya torpaqlar təyinatı üzrə istifadə edilməmişdir. Tutaq ki, bina kənd təsərrüfatı torpaqlarında və ya sənaye məqsədli torpaqlarda tikilmişdir. Prezidentin bugünkü Fərmanı ilə yalnız memarlıq və torpaqdan istifadə nöqteyi nəzərindən tələblərin pozulmasına aministiya verilir, səhvlər bağışlanır. Fərman ilə təhlükəsizlik ön plana çıxarılır. Təhlükəsizlik tələblərinin pozulması bağışlanmır”.
BİNALARIN İSTİSMARA QƏBUL EDİLMƏMƏSİNİN ƏSAS SƏBƏBLƏRİ
"Ölkə üzrə istismara qəbul edilməmiş hündürmərtəbəli binaların sayı 400-ə yaxındır". Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev bildirib.
O qeyd edib ki, hazırda bu binalarda yaşağış mövcuddur: “Həmin binaların tikintisi başa çatdırılıb. Hazırda istismara qəbul edilməmiş 400-ə yaxın binada 10 minə yaxın sakin yaşayır”.
Samir Nuriyev qeyd edib ki, binaların istismara qəbul edilməməsinin əsas səbəbləri icraatın tamamlanmaması və layihədən kənarlaşmalardır:
“Binaların istismara qəbul edilməməsi bir neçə səbəb ilə bağlıdır. Birinci səbəb icraatın tamamlanmamasıdır. Yəni, tikintinin mərhələlərində sənədlər qaydaya salınmayıb. Mənzil tikinti kooperativləri və ya tikinti şirkətləri tərəfindən bu məsələyə məsuliyyətlə yanaşılmayıb. İkinci səbəb, təsdiq olunmuş layihələrdən kənarlaşmaya yol verilməsidir. Binalarda əlavə tikinti işləri aparılmışdır. Eyni zamanda, bütün sənədləşməsi düzgün olan MTK-lar binanı istismara qəbul olunmasına tələsmirdilər. Qanunvericilikdə olan son dəyişikliklərdən sonra artıq istismara qəbul edilmiş binalarda bir ay ərzində sakinlər öz idarəetmələrini qurmalıdırlar. Bu da MTK-lara sərf etmir”.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Fərmana əsasən, 2019-cu ilin sonunadək istismara qəbul edilməmiş hündürmərtəbəli binaların istismara qəbul edilməsi nəzərdə tutulur. Fərman 2019-cu ilin 1 Yanvar tarixinədək tikilmiş və yaşayışın olduğu binalara şamil edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
7 saat əvvəl
“Venesiya” şadlıq sarayında baş verən hadisənin səbəbi məlum olub - RƏHBƏRİ CƏRİMƏLƏNİB
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
8 saat əvvəl
Qırmızı Ürəklər Fondu topladığı pulların hesabatını açıqlayıb
-
8 saat əvvəl
Naxçıvanda investorlar üçün yeni interaktiv portal istifadəyə verilib
- 8 saat əvvəl
-
9 saat əvvəl
Hazırda ölkə üzrə enerji dolum mərkəzlərinin sayı 184-ə çatıb
-
9 saat əvvəl
Avtokreditlərin 65 %-i elektrik və hibrid avtomobillərinə verilib
-
9 saat əvvəl
Trendyol 50 manatdan yuxarı sifarişlərdə çatdırılmanı pulsuz etdi
-
10 saat əvvəl
Dövlət satınalmalarının vahid internet portalında yeni funksiya istifadəyə verilib
-
10 saat əvvəl
Mərkəzi Bank 2 kredit təşkilatına icrası məcburi göstərişi verib
-
10 saat əvvəl
40 ölkədən 100-ə yaxın şirkətə xidmətlər ixrac edən Azərbaycan şirkəti
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Son Xəbərlər

“Venesiya” şadlıq sarayında baş verən hadisənin səbəbi məlum olub - RƏHBƏRİ CƏRİMƏLƏNİB

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib

18 şəhərlərarası avtobus marşrutu müsabiqəyə çıxarılır

Qırmızı Ürəklər Fondu topladığı pulların hesabatını açıqlayıb

Naxçıvanda güzəştli maliyyələşmə 6,5 dəfə artıb

Avtokreditlərin 65 %-i elektrik və hibrid avtomobillərinə verilib

Trendyol 50 manatdan yuxarı sifarişlərdə çatdırılmanı pulsuz etdi
Ən çox oxunanlar

Mərkəzi Bank 2 kredit təşkilatına icrası məcburi göstərişi verib

İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI

Şirkətin baş sponsorluğu ilə voleybol klubu yaradılıb

May ayı üçün hava proqnozu açıqlandı

"Mr.fix"in 25 milyon manatlıq zavodu işə salındı
