"Mənzil almış şəxs rəhmətə gedir, amma vərəsəsi həmin mənzili götürə bilmir"
“Bu gün Prezident İlham Əliyevin imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Fərman istismara qəbul edilməmiş binalarda yaşayan sakinlərin bir çox problemlərini birdəfəyə həll edəcəkdir”.
“Marja” xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib.
Komitənin sədr müavininin sözlərinə görə, “kupça” olmadığından əmlak sahibləri bir sıra hüquqlardan istifadə edə bilmirdilər:
“400-ə yaxın hündürmərtəbəli bina bu və ya digər səbəbdən istismara qəbul olunmurdu və illərlə uzanırdı. Halbuki, həmin binalarda insanlar illərdir yaşayırlar; kommunal xidmətlərdən istifadə edirlər, orada övladları dünyaya gəlir. Binaların istismara qəbul edilməməsi vətəndaşlar üçün böyük problemlər yaradırdı. Vətəndaşlar pasport qeydiyyatına düşə bilmirdilər. Pulunu ödədikləri əmlaklarından tam hüquqlu istifadə edə bilmirdilər. Təsəvvür edin, pulunu ödəyib mənzil almış şəxs rəhmətə gedir, amma onun sənədi olmadığından vərəsəsi əmlakı götürə bilmir. Problemlər çoxdur. Bu gün Prezidentin imzaladığı Fərman çox əhəmiyyətlidir. Minlərlə insanın probleminin birdəfəyə həllidir”.
Rafiq Cəlilov əlavə edib ki, Fərman, sahibkarların ilin sonunadək binalarını istismara qəbul etdirmələri üçün bir fürsətdir:
"Bu Fərman sahibkarlar üçün də bir fürsətdir. Onların da müxtəlif səbəbləri olurdu. Fərman onlara imkan verir ki, binaların istismara qəbul edilməsi üçün əllərindən gələni etsinlər”.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Fərmana əsasən, 2019-cu ilin sonunadək istismara qəbul edilməmiş hündürmərtəbəli binaların istismara qəbul edilməsi nəzərdə tutulur. Fərman 2019-cu ilin 1 Yanvar tarixinədək tikilmiş və yaşayışın olduğu binalara şamil edilir.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 5 saat sonra
- 3 saat əvvəl
-
4 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib

























