Aqroturizmin inkişafına töhfə verəcək platforma - “Agritour”
Həm yerli, həm də xarici turistlər “Agritour” layihəsi çərçivəsində ölkəmizin turizm potensiallı aqrar sahələri ilə yaxından tanış ola biləcəklər. Bu layihənin reallaşdırılması, eyni zamanda, ölkəmizin kənd təsərrüfatı sektoruna xarici investisiyanın cəlb edilməsinə də töhfə verəcək.
“Agritour” layihəsinin rəhbəri Abbas Tağıyevdir.1997-ci ildə Bakı şəhərində anadan olan Abbas Tağıyev Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbinin maliyyə fakültəsində bakalavr təhsili alıb.
“Agritour” nədir?
Abbas Tağıyev bildirir ki, “Agritour” kənd təsərrüfatı müəssisələrinə, aqroparklara, istehsalat sahələrinə, fermalara və digər kənd təsərrüfatı komplekslərinə turistlərin cəlb olunmasını həyata keçirəcək rəqəmsal platformadır. Ölkəmizdə kənd təsərrüfatı və turizm sahələrinə böyük diqqətin ayrılması, turistlərin böyük marağına səbəb olacaq infrastrukturun mövcudluğu layihənin perspektivini daha da artırır. Layihənin məqsədi turistləri ölkəmizin kənd təsərrüfatı sahəsi ilə daha yaxından tanış edərək, müəyyən bilik və bacarıqlara yiyələnmələrinə şərait yaratmaq, bu sahəyə kiçik və orta biznes subyektlərinin daxil olmasını təşviq etmək, turizm resurslarından maksimum yararlanaraq yerli turizmə dəstək olmaqdır. Həmçinin xarici turistlərə kənd təsərrüfatı üzrə tur və xidmətlərin təklif olunması da nəzərdə tutulur. Bu da, öz növbəsində, xarici turistlərin Azərbaycanı, onun aqrar sektorunu daha yaxından tanımasına, təbii kənd təsərrüfatı məhsullarının dadına baxmalarına, kənd təsərrüfatı müəssisələri və şirkətləri ilə potensial biznes tərəfdaşlıqlarını gözdən keçirmələrinə səbəb olacaq. Dolayısı ilə, layihə ölkəmizin kənd təsərrüfatı sektoruna xarici investisiyanın cəlb edilməsinə səbəb ola bilər.
Aqroturizmə üstünlük verənlər üçün seçim imkanı yaradılacaq
Layihə rəhbərinin sözlərinə görə, “Şəhəri deyil, ölkəni kəşf et” (Discover the country, not a city) devizi ilə bazara daxil olacaq “Agritour” veb-platforma və mobil tətbiqetmə formasında fəaliyyət göstərəcək: “Ev sahibi və ya turu təşkil edən şəxs əvvəlcə qeydiyyatdan keçərək öz profilini yaradır və fermasının şəkillərini, təklif edəcəyi xidmətlər haqqında məlumatı profilində qeyd edir. Nəticədə hər bir xidmət təklif edən fermerlərin profilləri istifadəçilər tərəfindən rahatlıqla görülür və istifadəçi təklif olunan xidmətlərdən istədiklərini seçərək fermerlə razılıq əldə edir. Fermerlərin turistlərin yerləşdirilməsi, dequstasiya turlarının təşkili, istehsalat müəssisələrinə səfər, at sürmək, balıq tutmaq, xalçaçılıq və müxtəlif kənd təsərrüfatı fəaliyyətləri ilə məşğul olmaq kimi xidmətləri təklif etməsi nəzərdə tutulur. Eyni zamanda, istifadəçilər də qeydiyyatdan keçərək öz profillərini yarada və bütün səfərləri haqqında məlumat daxil edə, sürücülərə xidmət səviyyəsini ölçmək üçün reytinq verə bilərlər. Layihənin gedişində çox səfər etmiş istifadəçilər stimullaşdırıcı tədbirlər olaraq bonuslar və ödənişsiz səfər şansı da qazana biləcəklər”.
Hədəf qlobal bazarda rəqabət aparmaqdır
Qeyd edək ki, “Agritour” layihəsi Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnoland” İnkubasiya və Akselerasiya Mərkəzində “Kənd təsərrüfatı” mövzusunda seçilmiş startaplardan biri kimi akselerasiya proqramının iştirakçısıdır. Bu proqram startaplara digər startaplarla birgə işləmək, həmçinin peşəkar mentorlar tərəfindən dəstək almaq, gündəlik təlimlər, habelə investorlarla görüşlər kimi xidmətlər təklif edir.
Bu günlərdə istifadəyə veriləcək layihənin gələcək hədəfi isə Azərbaycan bazarında uğurla çıxış etdikdən sonra qlobal bazarda rəqabət aparmaqdır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
® Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
7 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
7 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























