Azərbaycandan 5.5 milyard manatı çıxaran şəxsin taksi sürücüsü işlədiyi məlum olub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət yolu ilə eldə edilmiş külli miqdarda pulu leqallaşdırmaqda təqsirləndirilən “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev və tanışı Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Elan olunmuş ittiham üzrə hər iki şəxs özünü təqsirli bilmədiyini deyib.
Daha sonra təqsirləndirilən R.Vəliyev sərbəst ifadə verib. O söyləyib ki, taksi sürücüsü olub, 2011-ci ildə Türkiyə vətəndaşı Əli Can adlı şəxslə tanış olub: "O, "Sədərək" Ticarət Mərkəzində yerləşən "Qlobal karqo" şirkətində işləyirdi. Əli Can bir neçə dəfə mənim maşınıma müştəri kimi əyləşib. Onu "Sədərək" Ticarət Mərkəzindən "Tarqovu"da yaşadığı evə aparıb-gətirirdim. Sonra Əli Can mənə şəxsi telefonunu verdi, ancaq onunla zəng etməyimi istədi. Həmin telefonla başqa nömrələrə zəng etmək mümkün deyildi. 2011-2015-ci illər arasında işim ondan ibrət idi ki, Əli Canın pullarını banklara aparım".
Məhkəmədə elan olunub ki, R.Vəliyev banka bir dəfəyə 6 milyon manata qədər nağd pulu aparıb, xarici şirkətlərin adına göndərib.
R.Vəliyev qeyd edib ki, həmin pulları banka tək aparmayıb, 9 şirkətin direktoru olub: "Əli Canın öz adamları da mənimlə banka gedirdi. Orada adıma olan MMC-dən pulları xarici şirkətlərə göndərirdik. Mən yalnız sənədlərə qol çəkirdim, 9 şirkəti isə tanışlarımın adına açdırdıq, mən onların direktoru olmuşam. Həmin şəxslərdən 3-ü xarici vətəndaş, biri isə digər tanışım Vüqar Osmanov idi. Vergi yoxlamalarını da mən aparırdım. Bu işlərdə Malik mənə köməklik edirdi. Əli Can mənə hazır sənədləri verirdi, mən də pulla banka aparırdım".
Hakim bildirib ki, R.Əliyevin direktoru olduğu şirkətlərin təsisçilərinin imzaları da onun özünün olub.
Sualları cavablandıran təqsirləndirilən şəxs söyləyib ki, pulların xarici şirkətlərin adına köçürülməsi üçün əvvəl banklardan birinin filalının rəhbəri ilə danışıb: "Mən ona bu barədə danışdım. Sonra filial rəhbəri bankın Müşahidə Şurasının üzvünün razılığı olduğunu bildirdi. Bank əməkdaşlarının istintaqa verdikləri ifadələri yalandır".
Məhkəmədə elan olunub ki, cinayət yolu ilə əldə edilmiş 5 milyard 551 milyon manat pulun ölkədən 3 bank vasitəsilə köçürülüb.
R.Əliyev dindirilən zaman söyləyib ki, orta məktəbi 8-ci sinifə qədər oxuyub, ölkədən isə qaçmayıb: "2015-ci ildə Əli Can işlə bağlı xaricə getdiyini dedi. Mənə də xaricdə işləməyi təklif etdi. Sonra mən Ukraynaya getdim. Bazarda tanış azərbaycanlı bir nəfər mənim "İnterpol" vasitəsilə axtarışda olduğumu söylədi. Mən də gedib könüllü təslim oldum".
Məhkəmənin növbət iclası fevralın 13-nə təyin edilib.
İttiham aktına əsasən, “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev 2012-ci ilin əvvəlində Rüfət Vəliyevlə görüşərək ona cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasını təklif edib. M.Əliyev onu Bankın İdarə Heyətinin sədri ilə görüşdürüb. R.Vəliyev görüşdə özünü “Provision Group”, “İmpeks+”, “Blast”, “Qalaksi A”, “Asin Co. LTD”, “Primo A” və “İTEK” MMC-lərin direktoru kimi təqdim edib. O, guya xarici iqtisadi ticarət fəaliyyəti göstərəcəklərini, külli miqdarda dövriyyələri olacağını bildirib və bunun üçün bankın filiallarının birində onlara otaq ayrılmasını istəyib. Bankın sədri onlar üçün filialda otaq ayırıb.
M.Əliyev “Royalbank”da işlədiyi vaxtdan bəri tanıdığı Vidadi Əliyev, Ülkər Nəbiyeva və Arzu Əsgərovanı da işə cəlb edib. R.Vəliyev və istintaqa məlum olmayan şəxslərin gətirdiyi cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulları V.Əliyev sayıb, onların saxta olub-olmadığını yoxlayıb. Daha sonra həmin pullar adları qeyd olunan şirkətlərin hesablarına köçürülüb, ardıyca xarici valyutaya konversiya edilərək xarici ölkələrin banklarındakı hesablara köçürülüb. Ü.Nəbiyev və A.Əsgərova R.Vəliyevin tapşırığı ilə xarici bankların hesablaşma nömrələri və köçürüləcək məbləği komputer vasitəsilə yazaraq çap edib M.Əliyevə təqdim ediblər. R.Vəliyev isə həmin sənədləri şirkətlərin möhürü ilə təsdiqləyib, imzaladıqdan sonra icra olunması üçün M.Əliyev və V.Əliyevə təqdim edib.
Bu qayda ilə M.Əliyev “Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, “İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, “Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, “Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, “Asin Co. LTD” vasitəsilə 79 milyon manat, “Primo A” MMC vasitəsilə 213,5 milyon manat, “İTEK” MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konveriya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb.
Həmin şəxslər ümumilikdə cinayət yolu ilə əldə edilmiş 5 milyard 551 milyon manat pulu çirkli yolla leqallaşdırıb və ölkədən çıxarıb.
Xatırladaq ki, M.Əliyev eyni cinayət əməlinə görə, 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© "Report"
Müştərilərin xəbərləri
City Park Mall-da böyük açılış – Mobil və elektron avadanlıqların satışı şəbəkəsinin ən böyük mağazası istifadəyə verilir
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
10 saat əvvəl
Kabab evində at əti şübhəsi – Fəaliyyəti dayandırıldı, sahibkar məsuliyyətə cəlb olundu
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
BOKT investorlara illik 15% gəlir təklif edir - Faizi hər ay ödəniləcək
-
14 saat əvvəl
Restoran və kafelərdə yeni dövr başlayır – sifarişdən ödənişədək hər şey rəqəmsallaşır
-
15 saat əvvəl
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib, Mustafa Abbasbəyli nazir müşaviri olub
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Rumıniya Azərbaycandan neft idxalını 20 %-ə yaxın artırıb
“ALFA KAPİTAL BOKT”un xalis mənfəəti 104 dəfə artıb
BOKT yüksək faizlə borclandı – Hərracın nəticələri
Ən çox oxunanlar
Restoran və kafelərdə yeni dövr başlayır – sifarişdən ödənişədək hər şey rəqəmsallaşır
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib, Mustafa Abbasbəyli nazir müşaviri olub
Toxum bazarında yeni dövr başlayır – Prezident yeni Qanunu təsdiqlədi - GMO toxumlarının satışına qadağa qoyuldu
Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur ®
ABB insan kapitalının idarə olunması sahəsində daha 2 nüfuzlu beynəlxalq mükafat qazandı! ®
Avqustun 20-də gözlənilən hava şəraiti
City Park Mall-da böyük açılış – Mobil və elektron avadanlıqların satışı şəbəkəsinin ən böyük mağazası istifadəyə verilir















