Aşağı büdcəli turizm üçün Avropanın ən yaxşı şəhərlərinin adı çəkilib
Aşağı büdcəli turizm üçün Avropanın ən yaxşı şəhərlərinin reytinqinə Polşanın Krakov şəhəri başçılıq edir.
Bu barədə Böyük Britaniyanın “Which?” İstehlakçılar Assosiasiyası bildirib.
Assosiasiya sorğu apararaq aşağı büdcəli səyahət üçün şəhərlərin reytinqini tərtib edib. Onlar Avropa şəhərlərini 6 kateqoriya üzrə dəyərləndiriblər: yaşayış şəraiti, mədəni görməli yerlər, yemək və içkilər, nəqliyyat, alış-veriş imkanları və bütövlükdə, qiymətlərin səviyyəsi.
Reytinqin lideri Krakov şəhəri olub.
İkinci yeri İspaniyanın Valensiya şəhəri tutub. Liderlər üçlüyünü Budapeşt qapayıb. Beşliyə İtaliyanın Bolonya və Almaniyanın Berlin şəhərləri daxil edilib. Siyahıda daha sonra İspaniyanın Sevilya və Barselona, Avstriyanın paytaxtı Vyana, Portuqaliyanın Funşal və Hollandiyanın Amsterdam şəhərləri qərarlaşıb.
Sorğu iştirakçılarına ətraflı şərh yazmaq imkanı da yaradılıb. Beləliklə, Krakov tarix həvəskarları üçün daha cazibədar olub. Budapeştə isə ucuz “təbiət SPA mərkəzlərində” olmaqdan ötrü daha çox səyahət edirlər.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
7 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
7 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti




























