Bazar analitikindən Avro/dollar proqnozu
Qlobal bazarlarında aparıcı provayderlərdən biri olan "CMC Markets"in Bazar analitiki David Madden Avro/dollar məzənnəsində daha çox aşağı istiqamətli təzyiq olacağını deyib. (Avronun ucuzlaşacağını, Dolların bahalaşacağını gözləyir - red).
"Marja" "Bloomberg"ə istinadən xəbər verir ki, Madden ABŞ iqtisadiyyatının yaxşı vəziyyətdə olduğunu, Avro Zonasında iqtisadi göstəricilərin pis gəldiyini xatırladaraq, "Bu səbəbdən məncə Avroda daha çox zəiflik görülə bilər",- deyib.
İnkişaf etməkdə olan bazarlar üçün ehtiyatlı nikbin olduqlarını qeyd edən Madden, "İnkişaf etməkdə olan ölkələrin pul vahidlərində böyük itkilər görmüşdük. Fed çox aqressiv olmayacağını bildirib. Avropa Mərkəzi Bankı istifadə etdiyi dili yumuşaldıb. Yaxın perspektivdə inkişaf etməkdə olan ölkələrin riskli aktivlərinə axın ola bilər, amma bu problemlərin həll edildiyi mənasına gəlmir" deyib.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
Xəbər verdiyimiz kimi dünən ABŞ Mərkəzi Bankı (Fed) faiz artırmayıb. Fed açıqlamasında faiz artırmaq məsələsində səbrli olacağını açıqlayıb. Fed-in faiz artırmağı dayandırması ilə əlaqədar olaraq Dollar mühüm valyutalar qarşısında ucuzlaşıb. Avro/Dollar məzənnəsi yenidən 1.15 səviyyəsini keçərək 1.1504 səviyyəsinə qalxıb (Bakı vaxtı ilə saat 08:20-yə olan məlumat).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
11 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
12 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
13 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
13 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
13 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 16 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır



























