Mübariz Mənsimov Azərbaycanda 300 işçi axtarır - ELAN
Azərbaycanlı iş adamı, Türkiyədə çalışan Mübariz Mənsimov "İnstagram" hesabında şirkətində vakant yerlərə vakansiyanın olması haqda məlumat paylaşıb.
Biznesmen Azərbaycan vətəndaşları üçün 300 yerə vakansiya elan edib. "Marja" sözügedən statusu təqdim edir:
"Dəyərli dostlarım, bacılarım vэ qardaşlarım. Mənə hər zaman müraciət edirsiz. Hamısını tək-tək oxuyuram. Sizin ürək sızladan mesajlarınızı oxuyub, kömək edə bildiyim qədər yardım da etməyə çalışıram. İşsizlikdən, ailələrinizə baxa bilmədiyinizdən gileylənirsiniz. Bura gəmiçi şirkətidir. Mənim də sizə təklif edə biləcəyim işlər sırf bu sahəyə uyğundur. Ona görə də, şirkətdə bir araya gəlib yeni vakant yerlər açdıq. Gəmilərimizə əlavə 300 işçi götürəcəyik. Bu arada onu da sevinərək və qürurlanaraq deyim ki, gəmilərimizdə çalışan işçilərimizin 60 faizi həmvətənlərim, Azərbaycan vətəndaşlarıdır. Amma bu işdə siz də bizə kömək etməlisiniz. Dənizçilik sənəti olmayan, amma bizdə işləmək istəyən dostlar, Bakıda artıq uzun zamandır anlaşdığımız və çalışdığımız iş ortağımız var: İlham Nəsirov i.nasirov@az-mariner.az (+994 55 226 48 99), O, sizə düzgün istiqamət verəcək. Dənizçilik kurslarına yönləndirəcək və siz də oranı bitirdikdən sonra bizim gəmilərdə işə götürüləcəksiniz. Maaşlarımız ailənizi saxlaya biləcək maaşlardır. Bizdən ofis işi gözləməyin, bu bir dənizçi şirkətidir. Bizim pulumuz dənizdən çıxır. Biz bəzi məmurlar kimi haram yolla pul qazanmır, dövlətin cibinə girmirik, xaricə pul qaçırtmırıq. Biz əziyyətlə, halallıqla qazanırıq və qazandığımızı yenə xalqımızın yolunda xərcləməkdən qürur duyuruq. Kaş ki, xaricdə yaşayan digər azərbaycanlı iş adamlarımız da öz həmvətənlərimizə kömək olaydılar.
Bizim dövlət güclü dövlətdir. Güclü dövlət qalması üçün birlikdə çalışmalı, insanımızın da güclü, savadlı, sağlam olmasına nail olmalıyıq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 3 d. əvvəl
- 15 d. əvvəl
-
25 d. əvvəl
“Azərpambıq”da yeni təyinat — tanınmış kommunikasiya mütəxəssisi şöbə müdiri oldu
- 49 d. əvvəl
-
1 saat əvvəl
AccessBank-ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib ®
-
1 saat əvvəl
Avtomobil sahibləri icbari sığorta haqqını əvvəlcədən hesablaya biləcək
-
2 saat əvvəl
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Ən çox oxunanlar
Oktyabrın 6-da gözlənilən hava şəraiti
Azercell yeni “Oyun Portalı”nı istifadəyə verir ®
Xalq Bankdan yeni XalqKart Taksit kartları ®
ABB-nin transformasiyası dünyada dərs nümunəsinə çevrildi ®
Kapital Bank nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib ®
114 milyon manatlıq dərman zavodu açıldı




















