İpoteka üçün yaşayış sahəsinin orta bazar qiyməti tələbi ləğv edildi
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının vəzifələri azaldılıb.
"Marja" xəbər verir ki, bu gün Prezidentin imzaladığı sərəncam ilə “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”nin 4.4.7-ci yarımbəndi ləğv edilib.
4.4.7-ci yarımbəndində qeyd edilirdi ki, Himayəçilik Şurası Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində çoxmənzilli binalardakı mənzillərin və yaşayış evlərinin yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiymətlərini təsdiq edir.
Bundan başqa “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında 3-cü hissəsi və 4.7-ci bəndi (bu Fərmanın 3.5-ci bəndində nəzərdə tutulmuş orta bazar qiymətinin müəyyən edilməsi qaydasını bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin) ləğv edilib.
Qeyd edək ki, Fərmanın 3-cü hissəsində deyilirdi:
3. Müəyyən edilsin ki,
3.1. Cəmiyyət Azərbaycan Respublikasında əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizminin yaradılması, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına köməklik göstərilməsi ilə bağlı işləri yerinə yetirir;
3.2. Cəmiyyətdə müşahidə şurası, idarə heyəti və təftiş komissiyası yaradılır;
3.3. Cəmiyyətin idarə heyəti sədrinin və onun müavininin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir;
3.4. Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir;
3.5. Cəmiyyətin ipoteka kreditləşməsinə cəlb etdiyi vəsait, yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə ölkənin şəhər və rayon ərazilərinin müvafiq zonalarında orta bazar qiymətindən artıq olmayan, təmir edilmiş, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun istismarına icazə verilmiş çoxmənzilli binalardakı mənzillərin və məlumatlandırma icraatı qaydasında inşa edilmiş, tikintisinin başa çatması barədə məlumat verilmiş yaşayış evlərinin alınmasına yönəldilir;
3.6. 2005-2015-ci illər ərzində Azərbaycan Respublikasının dövlət büdcəsindən Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fonduna ayrılmış vəsaitlər Cəmiyyətin nizamnamə kapitalına aid edilir.
Həmçinin “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilirb.
Dəyişikliyə əsasən aşağıdakı məzmunda 5.12-ci bənd əlavə edilib:
“5.12. Müvəkkil bankın lisenziyası ləğv edildikdə və bununla əlaqədar ləğvetmə proseduruna məruz qaldıqda Fondun İdarə Heyətinin qərarı əsasında ləğvediciyə nəzarət edən məhkəmə orqanı Fondun vəsaiti hesabına ilkin maliyyələşdirilən kredit portfelini ləğvetməyə məruz qalmış bankdan digər müvəkkil banka keçirir. Bu zaman həmin kredit portfelinin təminatı kimi müvəkkil bankın xeyrinə ipoteka ilə yüklü edilmiş əmlak üzrə hüquqlar yeni müvəkkil banka ötürülür.”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
2 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
1 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 20 d. əvvəl
-
25 d. əvvəl
"Azərbaycanla Kamboca arasında birbaşa uçuşların açılması üçün danışıqlar barədə razılığa gəldik”
-
29 d. əvvəl
"Kamboca ilə ticarət-investisiya sahəsində birgə işçi qrupu yaratmışıq"
-
31 d. əvvəl
Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb
- 49 d. əvvəl
-
1 saat əvvəl
AFB bank mikrokedit sahəsi üzrə kütləvi vakansiya elan edir!
-
1 saat əvvəl
Dövlət Gömrük Komitəsi “AVTOMATİKAAZ” şirkətinə 2,4 milyon manatlıq sifariş verdi
-
1 saat əvvəl
Azərbaycan Asiya-Sakit okean regionunun nüfuzlu pərakəndə ticarət federasiyasına üzv qəbul edilib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
"Azərbaycanla Kamboca arasında birbaşa uçuşların açılması üçün danışıqlar barədə razılığa gəldik”
Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb
Bakının tramvay və metro sisteminə Çexiyadan yeni təklif
AFB bank mikrokedit sahəsi üzrə kütləvi vakansiya elan edir!
Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub
Xəzər rayonunun bir sıra vəzifəli şəxsləri cəzalandırılıb
Azərbaycanda orta maaş bir ildə 79 manat artıb
























