“Pulunuzun 70 faizini dollarda saxlayın” - Ekspert məsləhəti
 
 Nə zaman valyutanı alıb-satmaq sərfəlidir? "Marja" xəbər verir ki, tanınmış İqtisadçı Vüqar Bayramov nələrə diqqət yetirmək lazım olduğunu sadalayıb:
1. Ötən aydan etibarən bazarın və xüsəsən də bankların prosesə təsir imkanları artıb. Buna görə də, Mərkəzi Bankın kursu artıq heç də bazardakı mənzərə anlamına gəlmir. Belə ki, ötən həftə banklarda dollar manata nisbətən ucuzlaşdı, amma rəsmi məzənnədə bahalaşdı. Buna görə də, banklarda manatın məzənnəsinin necə dəyişdiyini müəyyənləşdirməyiniz üçün dolların satış kursuna diqqət yetirmək lazımdır. Əgər dolların satışı kursu aşağı düşürsə, deməli xarici valyutalara tələb azalır və banklar dolları ucuzlaşdırmaqla daha çox satmağa çalışırlar. Satış kursunun aşağı düşməsi artıq növbəti günlərdə dolların ucuzlaşmasına işarədir. Əksinə, dolların satış kursu artırsa, deməli xarici valyutaya tələb artır və deməlu bu halda növbəti günlərdə dollar dəyər qazanacaq. 
2. Dolların alış kursu sizdə məzənnə ilə bağlı yanlış təssəvvür formalaşdıra bilər. Bir sıra hallarda və təəssüf ki, əksər hallarda bəzi banklar dolların alış kursunu aşağı müəyyənləşdirirlər. Bəzən isə alış və satış kursu arasında hər 100 dollarda 10-15 manat fərq olur. Unutmayın ki, bu bankların süni müdaxiləsidir və alış kursunun aşağı olması heç də dolların kəskin ucuzlaşması anlamına gəlmir. 
3. Dolları dəyişən zaman alış və satış kursları arasındakı fərq hər 100 dollarda 5 manatdan az olan banklara müraciət edin. Əgərə bankın dollar alış və satış kursu arasında böyük fərq varsa, deməli nə satış, nə də alış məzənnələri real deyil. Orada valyuta dəyişsəniz və ya alsanız uduzacaqsınız.
4. Mərkəzi Bankın rəsmi kursu və ya hərrac məzənnəsi dolların banklarda real alış məzənnəsinə çatanadək yüksələ bilər. Amma bu ümumi tendensiyanı göstərmir. Yəni, banklarda dollar real alış kursu 1.76 manatdırsa hərrac məzənnəsin 1.74 manat olması başa düşüləndir. Çünki bu hərrac məzənnəsi banklara gəlir gətirir. Amma əgər banklarda dolların alış kursu rəsmi məzənnədən aşağı düşərsə o zaman həm hərrac, həm də rəsmi kurs azalacaq.
5. Yığımlara qısa müddətli deyil, strateji yanaşmaq lazımdır. Cari xərcləri kimi olan az məbləğdə manatı dollara çevirməyə ehtiyac yoxdur. Xarici valyutadakı yığımlarınızın dəyərini isə strateji, yəni daha uzun müddətli dövr üçün hesablayın.
6. Nəhayət, 2015-ci ilin əvvəlində təklif etdiyim kimi, pulunuzu risklərdən sığortalamaq üçün onu valyuta səbəti formasında saxlayın. Faziləri özünüz müəyyənləşdirə bilərsiniz. Bununla belə, təklif edilən formula belədir: 60/70 faiz dollar, 20/15 faiz avro və 20/15 faiz milli valyuta. Valyuta səbəti sizi bütün mümkün risklərdən qoruya bilər.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
 
                        Sumqayıt layihələrində ipoteka və daxili kredit imkanı ilə satış davam edir - aylıq 423 manatdan başlayan qiymətlər
 
                        Abşeron Ticarət Mərkəzində yerləşdirmiş sahibkarların dövlət proqramlarından istifadə imkanları müzakirə edilib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 
                     1 gün sonra
                    Gündəmdə qırmızıdır! - Baku Electronics-də Qırmızı Şənbə başladı! 
- 
                           
- 
                     10 d. əvvəl
                    “Xəmsə” birlik yarışında Kapital Bank iki layihə ilə qalib oldu 
- 
                     17 d. əvvəl
                    4-cü avtomobil təqdim edildi, növbəti sən ola bilərsən - Həyəcan davam edir! 
- 
                     28 d. əvvəl
                    Xırdalanda ilk “McDonald's” restoranının açılışı olub - FOTO 
- 41 d. əvvəl
- 
                     53 d. əvvəl
                    53, 81 və 160 nömrəli marşrutlarda yeni avtobuslar xəttə buraxılır 
- 
                     1 saat əvvəl
                    9 ayda Azərbaycan Rusiyaya 879 milyon dollarlıq qeyri-neft malları ixrac edib 
- 
                     1 saat əvvəl
                    Mərkəzi Bankda bankların rəhbər şəxsləri ilə görüş keçirilib 
- 
                     1 saat əvvəl
                    Dövlət Neft Fondunun müavini Çin şirkətinin sədrilə görüşüb, razılığa gəlinib 
- 
                     2 saat əvvəl
                    Hesablama Palatası 2026-cı il dövlət büdcəsinə rəy verib, Milli Məclisə göndərib 
Son Xəbərlər
 
                                    Azərbaycanda Vakansiyalar - Azvak.az
 
                                    Gündəmdə qırmızıdır! - Baku Electronics-də Qırmızı Şənbə başladı!
 
                                    Xırdalanda ilk “McDonald's” restoranının açılışı olub - FOTO
 
                                53, 81 və 160 nömrəli marşrutlarda yeni avtobuslar xəttə buraxılır
 
                                Mərkəzi Bankda bankların rəhbər şəxsləri ilə görüş keçirilib
Ən çox oxunanlar
 
                                Qırmızı Ürəklər Fondundan “Zəfər Payı” aksiyası
 
                                Avrozonada inflyasiya hədəfə yaxınlaşıb
 
                                Dövlət şirkəti 1 qramlıq qızıl külçələri satışa çıxardı
 
                                Sumqayıt layihələrində ipoteka və daxili kredit imkanı ilə satış davam edir - aylıq 423 manatdan başlayan qiymətlər
 
                                Azercell “CyberCell Hackathon” müsabiqəsinin qaliblərini elan etdi
 
                                

 
                         
                    





 
                             
                            


.jpg)

 
                                     
                                     
                                     
                                     
                                    


.jpg)



