Xidməti müqavilə mübahisələrinə AYDINLIQ GƏTİRİLDİ
“Xidməti müqavilə ilə işləyən vergi ödəyiciləri vergi güzəştlərini cari vergi ödənişləri vaxtı nəzərə alacaqlar. Mikro vergi ödəyicisi ( illik gəliri 200 min manatadək olanlar) hər rübdən sonrakı ayın 20-dək vergi məbləğindən 75% güzəşti çıxaraq qalan məbləği dövlət büdcəsinə köçürəcəkdir”.
“Marja” xəbər verir ki, bunu keçirilmiş mətbuat konfransında Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva bildirib.
“Yəni büdcəyə artıq vergi ödənişi olmayacaqdır. Tutaq ki, vergi ödəyicisi 10 min manat gəliri əldə etmək üçün 8 min manat xərc çəkib. Qalan 2 min manat gəlir və ya mənfəətdən 20% vergi hesablanır. Hesablanmış 400 manat vergidən 75% güzəşt, yəni 300 manat çıxılır və 100 manat dövlət büdcəsinə ödənilir”.
Qeyd edək ki, hazırda xidmətlər göstərən bir sıra sadələşdirilmiş vergi ödəyiciləri gələn ildən gəlir və ya mənfəət vergisinin ödəyicisi olacaqlır. Vergi dərəcəsi 20%-dir. Digər tərəfdən mikro sahibkarlara hesablanmış verginin 75%-i güzəşt ediləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 30 d. əvvəl
-
14 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
14 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 14 saat əvvəl
-
15 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
“Göygöl Şərab Zavodu”nda rəhbərliklə bağlı qərar veriləcək
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
PASHA Bank Georgia-nın Müşahidə Şurasında yeni təyinatlar
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Tramp Özbəkistana səfər etmək istəyir




























