Daha 174 mənzil güzəştlə satışa çıxarılır
Mənzil İnşaatı Dövlət Agentliyi ilk layihəsi olan Yasamal Yaşayış Kompleksi üzrə növbəti dəfə mənzilləri satışa çıxarır.
“Marja” xəbər verir ki, cəmi 174 mənzilin satışı 25 Yanvar 2019-cu il tarixində başlayacaq və 8 Fevral 2019-cu il tarixində başa çatacaqdır.
1 otaqlı mənzilin qiyməti 29 min 954 manatdan, 3 otaqlı mənzilin qiyməti 47 min 614 manatdan, 3 otaqlı mənzilin qiyməti isə 65 min 959 manatdan başlayır. Aylıq ödəniş mənzilin otaqlarının sayından asılı olaraq 129-288 manat civarındadır.
Ətraflı aşağıdakı elanda.
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi – Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı barədə E L A N
Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 1-5 saylı binaları üzrə 46 mənzil, həmçinin 6 və 7 saylı binalarında yerləşən 128 mənzilin, ümumilikdə 174 mənzilin satışı 25 yanvar 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 8 fevral 2019-cu il tarixi saat 11:00-dək davam edəcəkdir.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərindən (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdirlər. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdirlər. Həmin şəxslər elektron kabinetlərində “Satış/Mənzillər” bölməsinə daxil olaraq “erkən gələnə erkən xidmət” prinsipi (satış başladığı anda sistemə daxil olaraq mənzili ilk seçən şəxslər onu almaq imkanı əldə edirlər) əsasında mənzilləri seçə biləcəklər. “Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.
Satışa çıxarılan mənzillər barədə ümumi məlumat:
Satışa ümumilikdə 174 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 15.11.2016-cı il tarixli 22880 nömrəli və 27.12.2016-cı il tarixli 23089 nömrəli müsbət rəyləri mövcuddur.
Mənzillərə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayışlar verilmişdir.
Bina № | Binanın yerləşdiyi torpaq sahəsi (m²) | Binada mərtəbə sayı | Binaya giriş sayı | Mənzillərin otaqlarının sayı | Mənzillərin sayı | Mənzillərin daxili perimetr üzrə sahəsi (m²) | Mənzillərin xarici perimetr üzrə sahəsi (m²) | Baş podratçı / ünvanı | Tikinti-quraşdırma və təmir işlərinin başaçatma tarixi | |
1 | 441,56 | 12 | 1 | 1 | 2 | 31,53 – 32,95 | 40,12 | “NN Group” MMC / Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsi 27, 8-ci mərtəbə, qapı 1. | 1 sentyabr 2018-ci il | |
2 | 3 | 56,85 – 57,87 | 70,44 | |||||||
3 | 2 | 70,09 – 70,46 | 84,47 | |||||||
2 | 645,25 | 9 | 2 | 1 | 1 | 33,10 | 40,52 | |||
2 | 11 | 50,12 – 55,02 | 60,10 – 66,91 | |||||||
3 | 1 | 69,43 | 84,47 | |||||||
3 | 665,45 | 9 | 2 | 1 | 2 | 33,10 | 40,52 | |||
2 | 6 | 54,80 – 55,03 | 66,92 | |||||||
3 | 1 | 69,92 | 81,64 | |||||||
4 | 675,52 | 9 | 2 | 1 | 3 | 33,10 – 33,37 | 40,52 | |||
2 | 5 | 54,80 – 55,03 | 66,92 | |||||||
3 | 1 | 69,51 | 81,64 | |||||||
5 | 676,53 | 9 | 2 | 1 | 4 | 33,10 – 33,37 | 40,52 | |||
2 | 3 | 54,65 – 55,03 | 66,92 | |||||||
3 | 1 | 69,56 | 81,64 | |||||||
6 | 687.45 | 9 | 2 | 1 | 16 | 33,10 – 33,37 | 40,52 | "Hünər-İnşaat" Firması / Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 97, mənzil 63. | 1 sentyabr 2018-ci il | |
2 | 32 | 54,65 - 55,03 | 66,92 | |||||||
3 | 16 | 69,51 - 69,93 | 81,64 | |||||||
7 | 665.36 | 9 | 2 | 1 | 16 | 33,10 – 33,37 | 40,52 | |||
2 | 32 | 54,65 - 55,03 | 66,92 | |||||||
3 | 16 | 69,51 - 69,93 | 81,64 |
Satış şərtləri və qiymətlər:
Azərbaycan Respublikası Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydanın 1.2.10-cu yarımbəndi və 3.2-ci bəndinə əsasən vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən aşağı müəyyən olunmuşdur.
1 otaqlı mənzillərin qiyməti – 29 954 manatdan,
2 otaqlı mənzillərin qiyməti – 47 614 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 65 959 manatdan başlayır.
Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.
Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:
İllik faiz dərəcəsi | Müddət | Minimal ilkin ödəniş | Aylıq ödəniş* | ||
1 otaqlı | 2 otaqlı | 3 otaqlı | |||
4% | 3-30 il | 10% | 129-136 manat | 205-236 manat | 283-288 manat |
* Aylıq ödəniş – mənzil 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda. | |||||
DİQQƏT! Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.
Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı aşağıdakı qiymətlərdən başlayır:
Otaqların sayı | Mənzilin qiyməti (manatla) | Əlavə endirim məbləği (manatla) | Əlavə endirimdən sonra mənzilin satış qiyməti (manatla) |
1 | 29 954 | 2 995 | 26 959 |
2 | 47 614 | 4 761 | 42 853 |
3 | 65 959 | 6 596 | 59 363 |
Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.
Yasamal Yaşayış Kompleksinin www.yasamal.mida.az internet səhifəsinə daxil olaraq satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq, habelə ipoteka və güzəştli mənzil kalkulyatorları vasitəsilə müvafiq hesablamalar aparmaq mümkündür.
Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər, mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla www.mida.gov.az və www.mida.az internet səhifələrində və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə (1, 3, 5 saylı və Sumqayıt), habelə “108” çağrı mərkəzinə müraciət edərək tanış olmaq mümkündür.
Qeyd: “Güzəştli mənzil” sisteminin istifadəçiləri satış modulunun yenilənmiş təlimatı ilə öz elektron kabinetlərinin müvafiq bölməsində və ya www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış ola bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 4 gün sonra
-
-
1 saat əvvəl
3 və daha çox uşağı olan ailələrin 5 il tez pensiyaya çıxması təklif edildi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda 5 bankın 9 aylıq əməliyyat xərcləri 150 milyon manatdan çoxdur
-
2 saat əvvəl
Qazaxıstan şirkəti Bakı Ağ Şəhərdə premium yaşayış kompleksi tikəcək - QİYMƏTLƏR
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gələn il 15 min ailə özünüməşğulluq proqramına cəlb ediləcək
-
2 saat əvvəl
Meyvə bağları üzrə aqrar sığorta ödənişləri 1 milyon manata çatıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Gələn il orta pensiya məbləği açıqlandı - 8 faizə yaxın artması gözlənilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Noyabrın 6-da gözlənilən hava şəraiti
Meyvə bağları üzrə aqrar sığorta ödənişləri 1 milyon manata çatıb
Yaşayış minimumu və ehtiyac meyarı artırılır
Ən çox oxunanlar
2008-ci il böhranını əvvəlcədən proqnozlaşdıran “kahin”dən ehtiyatlı mövqe - BİRJALARDA ÇOKÜŞ GÖZLƏYİR
Bazar dəyəri təxminən 32 milyard dollar azaldı - Süni intellektlə (AI) əlaqəli şirkətlər dəyər itirir
Bitcoin-in qiyməti 100 min dollardan aşağı düşüb
Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib
"Yapı Kredi Bank Azərbaycan" müştərilərinə Çinə birbaşa köçürmə imkanı təqdim edir!
Birdən-birə ixracda 1-ci yeri tutan Şirinov 8 il azadlıqdan məhrum edildi - 326 milyonluq qaçaqmalçılıq
Azərbaycan neftinin son qiyməti











.webp)

.jpg)










.jpg)
