Gələn ildən maaşımdan nə qədər vergi tutulacaq? - YENİ NÜMUNƏLƏR

Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər işçilərin əməkhaqqı ödənişləri üzrə ciddi yeniliklər vəd edir
Əmək münasibətləri sahəsində şəffaflığın təmin olunması və qeyri-rəsmi məşğulluğun aradan qaldırılması məqsədilə Vergi Məcəlləsinə fiziki şəxslərin muzdlu işlə əlaqədar əldə olunan gəlirlərinə vergi güzəştlərini nəzərdə tutan müddəalar daxil edilib. Dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid müəssisələrdə çalışan fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8.000 manatadək olduqda vergi tutulmayacaq. Gəlirin məbləği 8.000 manatdan çox olduqda, 8.000 manatdan yuxarı məbləğin 14 faizi miqdarında vergi hesablanacaq. Bu kateqoriyadan olan şəxslərdən verginin güzəştli qaydada tutulması 2019-cu il yanvarın 1-dən 7 il müddətinə qüvvədə olacaq.
Dəyişiklik hər şeydən əvvəl əmək münasibətlərinin rəsmiləşdirilməsinə xidmət edəcək. Çünki bir çox hallarda işəgötürənlər işçilərlə bağlanmış əmək müqavilələrində əməkhaqqını dəfələrlə aşağı məbləğdə rəsmiləşdirir və faktiki olaraq vergidən yayındırılan dövriyyə hesabına işçilərə əlavə (qeyri-rəsmi) əməkhaqqı ödəyirlər. Təhlillərdə belə halların yaranmasının əsas səbəbi kimi işəgötürənin vergi və sosial sığorta yükünün ağırlığı göstərilir. Vergi Məcəlləsinə dəyişikliklər isə işəgötürənlərin bu yükünü əhəmiyyətli şəkildə yüngülləşdirir. Dəyişikliyə əsasən 8.000 manatadək əməkhaqqı alan şəxslərdən gəlir vergisi 0 faiz dərəcə ilə hesablanacaq ki, bu da işəgötürənlərin real əməkhaqqını düzgün bəyan etməsinə şərait yaradacaq.
Bəs bu dəyişikliklərdən sonra özəl sektorda çalışan işçilərin əməkhaqqından tutulan gəlir vergisi üzrə vergi yükünün azalması özünü nədə göstərəcək? Muzdlu işçilər bu dəyişiklikləri əldə etdiyi əməkhaqqının məbləğində hiss edə biləcəklərmi?
Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, 2500 manatadək olan aylıq gəlirdən 14 faiz gəlir vergisi tutulur. «Sosial sığorta haqqında» Qanunun 14-cü maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) ilə işləyənlər üçün hesablanmış əməkhaqqının 3 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqının ödənilməsi nəzərdə tutulub. Bundan başqa, əməkhaqqının 0,5 faizi həcmində işsizlikdən sığorta ödənişi hesablanır.
Mövcud qanunvericiliyə görə, əməkhaqqı 2500 manata qədər olduqda, əməkhaqqından ölkə üzrə yaşayış minimumu (173 manat) çıxıldıqdan sonra qalan məbləğdən 14 faiz gəlir vergisi hesablanır. Məsələn, aylıq maaşı 400 manat olan müəllimin əməkhaqqından tutulan gəlir vergisini və yekunda alacağı məvacibi hesablayaq:
Gəlir vergisi - (400-173) = 227 x14% = 31,78 manat.
Sosial sığorta - 400 x 3% = 12 manat.
İşsizliyə görə sığorta haqqı - 400x 0,5% = 2 manat
(400 manat - 31,78 manat -12 manat - 02 manat) = 354,22 manat.
Beləliklə, aylıq maaşı 400 manat olan müəllimin əməkhaqqından vergilər tutulduqdan sonra alacağı məbləğ 354,22 manat olacaq.
Ümumilikdə isə gələn ildən əməkhaqqından tutulan gəlir vergisi və sosial sığorta ödənişləri yeni qaydalarla hesablanacaq. Həm Vergi Məcəlləsinə, həm də «Sosial sığorta haqqında» Qanuna edilən dəyişikliklər işçilərin əməkhaqqından tutulan gəlir vergisi və sosial ayırmalara dair yeni yanaşma nəzərdə tutur. Artıq Milli Məclisdə qəbul edilmiş dəyişikliklərə əsasən, gələn il yanvarın 1-dən əməkhaqqı sistemində ciddi güzəştlər olacaq. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən muzdlu işçilər aylıq gəlirləri 8.000 manatadək olduqda gəlir vergisindən tam azad edilir, 8.000 manatdan yuxarı hissədən isə 14 faiz dərəcə ilə gəlir vergisi tutulur. Bundan başqa, mülkiyyət növündən asılı olmayaraq bütün vergi ödəyiciləri üçün muzdla işləyən fiziki şəxslər üzrə gəlir vergisinə cəlb edilməyən məbləğ 173 manatdan 200 manata artırılıb.
«Sosial sığorta haqqında» Qanuna əməkhaqqından hesablanan məcburi dövlət sosial sığorta ayırmaları ilə bağlı təklif edilən dəyişikliklər aşağıdakı cədvəldə göstərilib.
Cədvəldən göründüyü kimi, əməkhaqqı fondundan tutulan cəmi sosial ayırma bütün hallarda 25 ((22+3) və ya (10+15)) faiz olacaq. Əməkhaqqından tutulan gəlir vergisi və sosial sığorta ödənişləri ilə bağlı dəyişikliklərin işçilərin əldə etdiyi real gəlirlərinə təsirinin izahını aşağıda verilmiş cədvəldəki misallarla təqdim edirik.
Qeyd edək ki, bu cədvəl 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində muzdla işləyən fiziki şəxslərə aiddir.
Müştərilərin xəbərləri

"PASHA Real Estate" yeni dənizkənarı özəl yaşayış kompleksini – "Mardi Mekan" layihəsini təqdim etdi
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 saat əvvəl
Çin avtomobilləri üçün ehtiyat hissələri istehsalıçısı Azərbaycanda
-
5 saat əvvəl
"Şirkətimizin xarici qiymətli kağızlar portfeli 600 milyon dollardan çoxdur"
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Bu ilin sonunadək Çindən Azərbaycana 400-dən çox blok-qatarın qəbulu gözlənilir"
- 6 saat əvvəl
-
6 saat əvvəl
İlk 6 ayda büdcədən hüquqi və fiziki şəxslərə 152,4 milyon manat geri qaytarılıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda get-gedə məşhurlaşır - Yeni nəsil reklam texnologiyası
Son Xəbərlər

Çin avtomobilləri üçün ehtiyat hissələri istehsalıçısı Azərbaycanda

Çinin iri şirkəti Azərbaycanda filialını yaradıb

Bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycanda get-gedə məşhurlaşır - Yeni nəsil reklam texnologiyası

Sərhəd sığorta müqavilələrinin onlayn və sadələşdirilmiş rəsmiləşdirilməsi üçün yeni platforma istifadəyə verdildi

"Gəncə Cihazqayırma Zavodu"nun xalis mənfəəti 4 dəfədən çox artıb
.jpg)
Bileti dərhal almadan 24 və ya 72 saat mövcud qiymətlə saxla - AZAL-DAN YENİ XİDMƏT

Prezident rektor təyin etdi

Tikinti şirkəti 82 milyon manat gəlirdən 25,2 milyon manat xalis mənfəət təmin edib

35 dərəcəyədək isti olacaq - SABAHIN HAVA PROQNOZU
