“Azərikard” banklararası əməkdaşlığı yeni səviyyəyə yüksəldir – Bratislava və Vyanada beynəlxalq görüşlər
(®) 15–19 oktyabr 2025-ci il tarixlərində "Azərikard" Prosessinq Mərkəzinin rəhbərliyi və xidmət göstərdiyi bankların yüksək vəzifəli nümayəndələrindən ibarət heyət Slovakiyanın Bratislava və Avstriyanın Vyana şəhərlərində bir sıra işgüzar görüşlər keçirib.
Səfərə Azərikard-ın baş direktoru Fərid Quliyev rəhbərlik edib. Bu təşəbbüs banklar arasında əlaqələndirmə mühitini gücləndirmək, beynəlxalq maliyyə texnologiyaları üzrə təcrübə mübadiləsini təşviq etmək və yerli ödəniş ekosisteminin davamlı inkişafına töhfə vermək məqsədi daşıyırdı.
16 oktyabrda Bratislavada Avropanın 11 ölkəsində “Raiffeisen” banklarına xidmət göstərən Raiffeisen Processing Center-in (RPC) rəhbərliyi ilə görüş keçirilib. Görüşdə RPC-nin baş direktoru Marko Rankoviç və şirkətin rəhbər heyət üzvləri iştirak ediblər. Tərəflər süni intellektin ödəniş sistemlərinə tətbiqi, təhlükəsizlik texnologiyalarının təkmilləşdirilməsi, əməliyyatların optimallaşdırılması və mümkün əməkdaşlıq istiqamətləri barədə geniş fikir mübadiləsi aparıblar.
Azərikard-ın baş direktoru Fərid Quliyev bildirib:
“Ölkənin ödəniş sektorunun inkişafında beynəlxalq təcrübənin rolu əhəmiyyətlidir. RPC kimi Avropanın aparıcı maliyyə institutları ilə birbaşa dialoq həm bilik mübadiləsini gücləndirir, həm də ölkənin ödəniş sistemlərinin daha çevik və müasir yanaşmalarla zənginləşməsinə şərait yaradır. Azərikard olaraq bu körpünü qurmaqdan məmnunuq.”
Nümayəndə heyəti səfəri Vyana şəhərində davam etdirərək ödəniş texnologiyaları üzrə qlobal şirkət olan OpenWay Global-ın rəhbərliyi ilə görüş keçirib. Şirkətin baş direktoru Pavel Qubin Avropa, Asiya və Amerika bazarlarında reallaşdırılan ödəniş innovasiyaları barədə məlumat verib. Dialoq çərçivəsində kart texnologiyaları, regional ödəniş modelləri və rəqəmsal transformasiya prosesləri müzakirə olunub. Pavel Qubin bildirib:
“Azərbaycan ödəniş bazarı regionda diqqət çəkən dinamikaya malikdir. Azərikard bu inkişafın mərkəzində dayanaraq həm ödəniş sektorunu, həm də innovasiyaları əlaqələndirən çox önəmli oyunçudur.”
Səfərin yekunlarına dair Fərid Quliyev vurğulayıb:
“Bizim məqsədimiz bank tərəfdaşlarımız arasında uzunmüddətli və davamlı əməkdaşlıq mühiti formalaşdırmaq, beynəlxalq təcrübəni ölkəmizə gətirmək və yeni nəsil ödəniş sistemlərinə birgə keçidi təmin etməkdir.”
Bank nümayəndələri səfərin yüksək peşəkarlıqla təşkil olunduğunu, müzakirələrin açıq və məqsədyönlü aparıldığını qeyd ediblər. Bu təşəbbüs həm yerli ödəniş sistemlərinin təkmilləşdirilməsinə, həm də banklararası etimad və qarşılıqlı əməkdaşlıq mədəniyyətinin möhkəmlənməsinə xidmət edib.
Azərikard gələcəkdə də beynəlxalq təcrübə mübadiləsini genişləndirmək, yüksək texnoloji ödəniş həllərinə sərmayə yatırmaq və bank tərəfdaşları ilə birlikdə ödəniş infrastrukturu üçün daha effektiv inkişaf modelləri formalaşdırmaqda qərarlıdır.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
4 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
21 saat sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 18 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
2 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Noyabrın 9-da gözlənilən hava şəraiti - Leysan gözlənilir
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir


























