970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Təhsildən kənarda qalan uşaqlar

Azərbaycanda uşaqların 63 faizdən çoxu məktəbəqədər təhsilə cəlb olunmur. Ölkədə hər üç uşaqdan ikisi məktəbəqədər təhsil sistemindən kənarda qalır.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Təhsildən kənarda qalan uşaqlar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Uşaqların təhsildən kənarda qalması problemi Azərbaycanın sosial inkişaf gündəliyində mühüm yer tutur. Cəmiyyətin gələcək intellektual və iqtisadi potensialı birbaşa erkən yaş dövründə uşaqlara göstərilən diqqət və təhsil imkanları ilə ölçülür. 

Bu yazıda təhsil idarəetməsi üzrə ekspert Rasif Dünyamalıyev tərəfindən Azərbaycan üzrə 1–6 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlbolunma səviyyəsi rəsmi statistika əsasında təhlil edilir, mövcud disbalansın səbəblərinə və nəticələrinə diqqət yetirilir.

Demoqrafik mənzərə

Dövlət Statistika Komitəsinin 2024-cü ilin yanvar ayına olan məlumatına görə, Azərbaycanda 18 yaşınadək şəxslərin ümumi sayı 2 milyon 633 min nəfərdir. Onlardan 1 milyon 402 min 200-ü kişi, 1 milyon 230 min 800-ü qadındır. Cinslər arasında müşahidə olunan fərq hamiləliyə müdaxilə hallarının nəticəsi kimi qiymətləndirilir.

1–5 yaşlı uşaqların sayını müəyyən etmək üçün 2019–2023-cü illərdə doğulan uşaqların sayı nəzərdən keçirilib:

2019 – 141 179

2020 – 126 571

2021 – 112 284

2022 – 128 846

2023 – 112 620

Toplam: 615 500 uşaq

Bu rəqəmlər ölkədə məktəbəqədər təhsil yaşında olan uşaqların real miqyasını göstərir.

Məktəbəqədər təhsilin hüquqi və institusional əsasları

Azərbaycan Respublikasının Təhsil Qanunu və Məktəbəqədər Təhsil Qanununa əsasən, təhsil prosesi məktəbəqədər pillədən başlayır və 1–6 yaş dövrünü əhatə edir. Bu mərhələ uşağın intellektual, fiziki və psixi inkişafını təmin etməklə yanaşı, sosiallaşma, əmək vərdişləri, istedadın aşkarlanması və estetik zövqün formalaşması baxımından da mühüm əhəmiyyət daşıyır.

Lakin mövcud statistika göstərir ki, bu prinsiplərin reallaşması üçün təhsil infrastrukturu kifayət qədər güclü deyil.

Məktəbəqədər təhsil müəssisələrinin vəziyyəti

Ölkə üzrə dövlət uşaq bağçalarının sayı 1700, burada 109 897 uşaq təhsilə cəlb olunub.

Özəl bağçaların sayı 157, bu müəssisələrdə 6 400 uşaq təhsil alır.

Beləliklə, cəmi 1 857 uşaq bağçasında 116 300 uşaq məktəbəqədər təhsilə cəlb olunub.

Bundan əlavə, Təhsil Nazirliyi tərəfindən icma əsaslı məktəbəqədər təlim qrupları yaradılıb. Hazırda bu qrupların sayı 939, orada isə 16 300 uşaq gündəlik 2–3 saatlıq təlimə cəlb olunur. Nazirlik bu modelin əhatə dairəsini hər il artırmağa çalışır.

Ümumtəhsil məktəblərində fəaliyyət göstərən məktəbə hazırlıq siniflərində isə 87 200 uşaq təhsil alır.

Toplam rəqəmlər belədir:

  • Uşaq bağçaları – 116 300 uşaq
  • İcma əsaslı qruplar – 16 300 uşaq
  • Məktəbə hazırlıq sinifləri – 87 200 uşaq
     Cəmi: 219 800 uşaq

Alternativ layihələr də nəzərə alınsa, məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayı 225 000 nəfəri keçmir, yəni ümumi 615 000 uşaqdan cəmi 36,6%-i.

Əgər məktəbə hazırlıq sinifləri məktəbəqədər təhsil kimi hesab edilməzsə, bu göstərici daha da azalır — təxminən 22,4%-ə, yəni 137 800 uşağa düşür.

Təhsildən kənarda qalan uşaqlar

Bu göstəricilərə əsasən, 615 000 1–6 yaşlı uşaqdan təxminən 390 000-i heç bir formal təhsil prosesinə cəlb olunmur. Bu, deməkdir ki, ölkədə hər üç uşaqdan ikisi məktəbəqədər təhsil sistemindən kənarda qalır.

Dövlət bu uşaqlarla ilk təmas nöqtəsini yalnız 5 yaşdan sonra – məktəbə hazırlıq mərhələsində əldə edir. Nəticədə həmin uşaqlar öz yaşıdlarına nisbətən 3–4 il geridə sosial və intellektual inkişaf nümayiş etdirirlər.

Məktəbəqədər təhsil uşağın formalaşmasında təməl mərhələdir və onun gələcək təhsil həyatının keyfiyyətinə birbaşa təsir göstərir. Azərbaycanda bu sahədə görülən işlərə baxmayaraq, statistik göstəricilər uşaqların böyük bir hissəsinin hələ də təhsil sisteminə inteqrasiya olunmadığını göstərir.

Bu vəziyyət yalnız təhsil deyil, həm də sosial bərabərlik və insan kapitalının inkişafı baxımından strateji problemdir. Məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, regionlarda əlçatanlığın artırılması və ailələrin maarifləndirilməsi bu boşluğu aradan qaldırmaq üçün əsas istiqamətlər olmalıdır.

azərbaycanda məktəbəqədər təhsil uşaqların təhsildən kənarda qalması məktəbəqədər təhsil statistikası təhsil infrastrukturu uşaq bağçaları təhsil islahatları icma əsaslı məktəbəqədər təlim məktəbə hazırlıq sinifləri erkən uşaq inkişafı rasif dünyamalıyev təhsil idarəetməsi dövlət statistika komitəsi uşaqların sosial inkişafı təhsil bərabərliyi insan kapitalı təhsil siyasəti məktəbəqədər təhsil qanunu özəl bağçalar dövlət uşaq bağçaları təhsildən kənar uşaqlar erkən yaş təhsili sosial bərabərlik təhsil imkanları azərbaycanda təhsil məktəbəqədər təhsil səviyyəsi təhsil problemləri təhsil inkişafı məktəbəqədər təhsil proqramı uşaqların inkişafı
04.11.2025 15:23
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18