Kiçik sahibkarlar üçün sürətli amortizasiya tətbiq olunacaq
Amortizasiyanın tətbiqi ilə bağlı Vergi Məcəlləsinə edilmiş dəyişikliklər mikro və kiçik sahibkarlığın fəaliyyətinin stimullaşdırılmasına xidmət edir. Dəyişikliyə əsasən, gələn ildən mikro və kiçik sahibkarlıq subyektlərinin balanslarında olan əsas vasaitlər üzrə sürətli amortizasiya normaları tətbiq ediləcək.
Bunun mahiyyətini qısaca belə izah etmək olar ki, ƏDV qeydiyyatında olan şəxslər istisna olmaqla, aparılmış əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan çox olmayan vergi ödəyiciləri amortizasiya ayırmalarını Vergi Məcəlləsi ilə müəyyən edilən amortizasiya normalarına 2 əmsal tətbiq etməklə gəlirdən çıxırlar. Buna əsasən həmin kateqoriyaya aid vergi ödəyicisi balansında olan əsas vəsaitlərə görə illik amortizasiya normasına 2 əmsal tətbiq etməklə daha artıq məbləği gəlirdən çıxmaq hüququna malikdir.
Kiçik sahibkarlıq subyektləri isə sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını Vergi Məcəlləsi ilə müəyyən olunmuş amortizasiya normalarına 1,5 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər.
Nəticədə bu kateqoriyadan olan vergi ödəyicilərinin vergiyə cəlb olunan mənfəətləri azalacaq və onlar dövriyyə vəsaitinə qənaət etməklə öz fəaliyyətlərini genişləndirmək imkanı qazanacaqlar.
Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin vergi qanunvericiliyi idarəsinin direktoru Əvəz Quliyevin sözlərinə görə, qanunla müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan hüquqi şəxslərin və ya fiziki şəxslərin dividend gəlirləri vergidən azaddır. Dəyişikliyə qədər bu kateqoriyaya aid vergi ödəyiciləri də xalis mənfəətini öz təsisçiləri arasında bölüşdürərkən onlardan ümumi qaydada 10 faiz dərəcə ilə vergi tutulurdu. Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, şəffaf uçot apardıqları halda sahibkarlıq subyektlərinə əlavə vergi güzəştləri veriləcək və onlar tərəfindən təsisçilərinə (payçılarına) ödənilən dividendlər ödəmə mənbəyində 10 faiz dərəcə ilə tutulan vergidən azad olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
13 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
13 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 13 saat əvvəl
-
14 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti
























