Gözlər həlledici neft toplantısında - BU GÜN QƏRAR VERİLƏCƏK

Neft qiymətlərində son dövrdə baş vermiş ucuzlaşmanın ardından gözlər Vyanada bu gün keçiriləcək OPEC+ iclasına çevrilib. İclasda hasilatın gündəlik 1-1,5 milyon barrel səviyyəsində azaldılması barədə qərar veriləcəyi gözlənilir.
Neft qiymətlərində son həftələr baş vermiş kəskin geriləmənin ardından, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və OPEC-ə üzv olmayan bəzi ölkələr hasilatı azaltmağı müzakirə etmək üçün bu gün Vyanada toplaşacaq.
“Marja” xəbər verir ki, "OPEC plus" olaraq adlandırılan, OPEC üzvü və aralarında Azərbaycanın da yer aldığı OPEC üzvü olmayan bəzi neft istehsalçısı ölkələrin, iclasda hasilatlarını gündəlik 1-1,5 milyon barrel səviyyəsində azaltmaq qərarı verəcəyi gözlənilir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Rusiya Prezidenti Vladimir Putin, Argentinada keçirilən G20 Zirvə Görüşündən sonra verdiyi açıqlamada, neft hasilatının azaldılması müqaviləsini 2019-a uzatmaq üçün Səudiyyə Ərəbistanı ilə razılığa gəldiklərini, lakin həcmlər haqqında yekun qərar qəbul olunmadığını bildirmişdi.
Səudiyyə Ərəbistanının Enerji, Sənaye və Mineral ehtiyatlar naziri Xalid Əl-Falih isə həftənin əvvəlində verdiyi açıqlamada, qlobal neft istehsalında yeni bir tənzimləmənin aparılması lazım olduğunu bildirərək, "Ancaq bunun üçün bütün istehsalçıların iştirakı lazımdır" ifadəsini istifadə etmişdi.
Digər tərəfdən, OPEC İqtisadi Komissiyası, ötən həftə dərc olunan hesabatında, neft qiymətlərində tarazlığın yenidən bərpa olunması üçün hasilatın gündəlik ən azı 1,3 milyon barrel azaldılması lazım olduğunu tövsiyə etmişdi.
"NEFT QİYMƏTLƏRİ TƏZYİQ ALTINDADIR"
Rusyanın Milli Enerji Təhlükəsizliyi Fondunun sədr müavini Aleksey Qrivaç, tərəflər üçün hasilatın azaldılması barədə qərar vermək üçün lazımlı şərtlərin yarandığını deyib.
Neft qiymətlərinin təzyiq altında olduğunu qeyd edən Qrivaç, "Bazarın, qiymətləri qısa müddət ərzində sabitləşdirəcək, işləyən bir mexanizmə ehtiyacı var. Həddən artıq yüksək, ya da həddindən artıq aşağı neft qiymətləri nə ixracatçıların, nə də idxalçıların işinə yarayır" deyib.
Qrivaç, "OPEC plus" çərçivəsində razılaşdırılacaq yeni müqavilənin daha çevik olması lazım olduğunu bildirərək, "Müqavilə ilə, neft qiymətləri müəyyən səviyyədən aşağı düşərsə hasilatın azaldılması, yuxarı qalxarsa istehsalın artırılması təmin olunmalıdır" ifadələrini istifadə edib.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
Qətərin OPEC-dən çıxması qərarına da münasibət bildirən Qrivaç, "Aşağı neft hasilatına malik Qətərin çıxışı OPEC və ya "OPEC plus"a təsir etməyəcəkdir. Həmin çıxış, Qətərin Səudiyyə Ərəbistanı və digər Ərəb ölkələri ilə Yaxın Şərq siyasətlərində yaşadığı münaqişənin simvolu kimi qiymətləndirilə bilər" deyib.
"TOPLANTIDA RAZILAŞMA OLACAQ"
İsveçdə fəaliyyət göstərən "SEB Bank"ın Əmtəə bazarları üzrə Baş analitiki Bjarne Schieldrop da OPEC toplantısında mütləq razılaşma olacağını bildirib.
Schieldrop, bazarların gündəlik 1,3 milyon barellik azalmaya ehtiyacı olduğunu qeyd edərək, "Toplantıda hasilatın 800 min - 1 milyon barel azaldılması, həmçinin lazım gəldikdə sürətli azaltmaların həyata keçiriləcəyinə dair bir qərar da qəbul oluna bilər" deyib.
Toplantıdan sonrakı prosesin diqqətlə izlənilməsi lazım olduğunu vurğulayan Schieldrop, Rusiyanın energetika naziri Aleksandr Novakın gələn il neftdə təklif artıqlığı olacağına dair şübhələrinin də nəzərə alınması lazım olduğunu qeyd edib.
Digər tərəfdən, Schieldrop, ABŞ Prezidenti Donald Trampın razılaşmaya mane olmayacağını düşündüyünü ifadə edərək, "Razılaşma ilə gələn il neft ehtiyatlarının artmaması təmin olunacaq. Beləliklə, bazarda qiymətlərin çox aşağı səviyyələrə enməməsinin qarşısını alacaqlar",- deyib.
"OPEC-İN GÖZÜ İRAN VƏ VENESUELADADIR"
Londondakı müstəqil araşdırma təşkilatı "Capital Economics"in eksperti Caroline Bain, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) neft hasilatı miqdarında planlaşdırdığı azaltma üçün İran və Venesueladakı proseslərə diqqət yetirdiyini bildirib.
Bain, OPEC üzvləri ilə Rusiya, Meksika, Qazaxıstan kimi təşkilata üzv olmayan istehsalçı ölkələrin bu gün keçirəcəyi görüşlə bağlı fikirlərini bildirib.
Qlobal neft bazarında tələb-təklif balansının yenidən formalaşması lazım olduğunu bildirən Bain, OPEC və OPEC-ə üzv olmayan ölkələrin ümumi hasilat həcmini gündəlik orta hesabla 1 milyon barel azaldıb neft qiymətlərini yuxarı qaldırmaq istədiklərini vurğulayıb.
"AZALTMA, QİYMƏTLƏRİ ARTIRMAQ ÜÇÜN YETƏRLİ OLMAYA BİLƏR"
Sözügedən azaltma miqdarının qiymətləri artırmaq üçün yetərli olmaya biləcəyini qeyd edən Bain, belə danışıb:
"OPEC, kartel üzvü olan və istehsalla bağlı risklər daşıyan İran ilə Venesuelaya fokuslanıb. Gündəlik orta hesabla 1 milyon barellik azaltma, qiymətlərdə davamlı yüksəlişin yaranması üçün kifayət deyil. ABŞ-ın İran üzərində yenidən həyata keçirməyə başladığı sanksiyaların bu ölkənin neft hasilatı və ixracına necə təsir edəcəyi hələ qeyri-müəyyəndir. İranın istehsalında böyük bir azalma görə bilərik. Bundan başqa, Venesuelanın hasilatı da uzun müddətdir azalmaqdadır. Bu səbəbdən OPEC-in, hasilatında "mülayim" bir azaltma edərək, İran və Venesueladakı prosesləri izləyəcəyini düşünürəm".
"SƏUDİYYƏ, TRAMPI QƏZƏBLƏNDİRMƏK İSTƏMİR"
"Liviya, Nigeriya və Anqola kimi, OPEC üzvü olan ölkələrin hasilatlarında azalma riskinin də hər zaman gündəmdə olduğuna diqqəti çəkən Bain, OPEC-in ən böyük istehsalçısı Səudiyyə Ərəbistanı ilə OPEC xaricindəki Rusiyanın, İran və Venesuelada hasilatın daha da azala biləcəyi səbəbindən hasilatlarını "mülayim" bir səviyyədə salacağını qeyd edib.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
Bain, hər iki ölkənin xam neft istehsallarının son dövrdə rekord səviyyələrə çatdığını bildirərək, istehsalı gündəlik orta hesabla 11,2 milyon barrel səviyyəsində olan Səudiyyə Ərəbistanının hasilatını 500-660 min barrel, istehsalı gündəlik orta hesabla 11,6 milyon barrel səviyyəsində olan Rusiyanın isə hasilatını 300-400 min barrel arasında endirəcəyini nəzərdə tutduğunu bildirib.
ABŞ Prezidenti Donald Trampın neft qiymətlərinin aşağı düşməsi üçün OPEC-i neft hasilatını azaltmamağa dəvət etdiyini xatırladan Bain, "Trampın Camal Qaşıqçı hadisəsində Səudiyyə Ərəbistanına dəstəyi davam edir. Ancaq Səudiyyə qlobal olaraq güclü bir mövqedə deyil, bu səbəbdən həssas bir yol tutub bir tərəfdən neft hasilatını çox azaldaraq Trampı qəzəbləndirmək istəmir; Digər tərəfdən, OPEC daxilindəki nüfuzunu qorumağı qarşısına məqsəd qoyur",- ifadələrini istifadə edib.
"BRENT NEFTDƏ HƏDƏF 70 DOLLARDIR"
Məsləhət və araşdırma təşkilatı "Energy Aspects"in Geosiyasi analitiki Riccardo Fabiani isə bazarın OPEC və OPEC-ə üzv olmayan ölkələrdən hasilatı gündəlik 1 milyon barelin üzərində azaldacağını gözlədiyini söyləyib.
Fabiani, OPEC üzvləri və OPEC-ə üzv olmayan ölkələrin mərhələli olaraq neft qiymətlərini qaldırmağa çalışacağını qeyd edib.
Səudiyyə Ərəbistanının birinci mərhələdə neft qiymətlərini 60 dolların üzərinə çıxarılması məqsədi güddüyünü bildirən Fabiani, "Səudiyyə üçün neftin qiymətində hədəf 70 dollardır, yekun məqsəd isə qiymətin 70 ilə 90 dollar arasında olmasıdır. Bu qiymət aralığı mühüm bir iqtisadi şokun qarşısını almaq üçün yetərli olacaqdır",- deyib.
Qeyd edək ki, ABŞ, Rusiya və Səudiyyə Ərəbistanının xam neft hasilatlarının rekord həddə çatması ilə əlaqədar olaraq Brent növü xam neftin barrel qiyməti 4 Oktyabrdakı 86 dollardan 33 faiz azalma ilə 29 Noyabrda 57,5 dollara geriləmişdi.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 gün əvvəl
Yeni nəsil şəffaf LED ekranlar Azərbaycanda - Artıq reklamlarınız daha mükəmməl görünəcək
-
1 gün əvvəl
"Almet Trading" MMC-nin "AlmetTradingBaku" ASC və "Metalist" MMC ilə heç bir əlaqəsi yoxdur"
-
1 gün əvvəl
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 2 gün əvvəl
-
2 gün əvvəl
Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Makron: Fransa Bakı və İrəvanın sülh sazişi imzalamaq səylərini dəstəkləyir
-
2 gün əvvəl
Azərbaycanda gömrük rüsumları üzrə daxilolmalar 23 %-dən çox azalıb
-
2 gün əvvəl
Biləcəridə faizsiz kreditlə mənzil satışları davam edir - "Kristal Abşeron
-
2 gün əvvəl
Avropa bankı Azərbaycan bankına 5 milyon dollarlıq limit ayırdı
- 2 gün əvvəl
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Son Xəbərlər

Yeni nəsil şəffaf LED ekranlar Azərbaycanda - Artıq reklamlarınız daha mükəmməl görünəcək

"Almet Trading" MMC-nin "AlmetTradingBaku" ASC və "Metalist" MMC ilə heç bir əlaqəsi yoxdur"

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Avropa bankı Azərbaycan bankına 5 milyon dollarlıq limit ayırdı

Prezident İlham Əliyev Nikol Paşinyanla görüşüb

Sabahın hava proqnozu açıqlanıb

Oğurluğa görə cəza sərtləşdirilir

4 ASC-nin Müşahidə Şurası seçiləcək

"Diqlas"ın yerində yeni ticarət mərkəzinin tikintisinə icazə verilib

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Əliyevin Avropa İttifaqı Şurası və Avropa Komissiyasının prezidentləri ilə görüşü olub
