"Mənim bir tarif adamı olduğumu xatırlayın" - GÖMRÜK VERGİLƏRİ DAVAM EDƏ BİLƏR
ABŞ Prezidenti Donald Trampın sosial media hesabından Çinlə bağlı etdiyi açıqlamalar, ticarət müharibəsi narahatlıqlarının yenidən yüksəlməsinə səbəb olub.
"Marja" xəbər verir ki, Tramp, Çin ilə gerçək bir ticarət razılaşması təmin edilməməsi vəziyyətində gömrük vergilərinin davam edəcəyini bildirərək "Mənim tarif adamı olduğumu xatırlayın" ifadəsini istifadə edib.
ZƏLZƏLƏ EFFEKTİ YARADIB
Trampın ticarət müqaviləsinin reallaşmayacağı siqnalı verən açıqlamaları, ABŞ birjalarında zəlzələ effekti yaradıb. İndekslər kəskin düşüb. Yekunda, Dow Jones İndeksi 3,10 faiz geriləyərək 25027,07 bəndə, S&P 500 İndeksi 3,24 faiz geriləyərək 2700,06 bəndə və Nasdaq Texnologiya İndeksi 3,80 faiz azalma ilə 7158,43 bəndə enib.
Vaşinqton və Pekin arasında ticarət danışıqlarının yeni başladığını bildirən Tramp, etdiyi paylaşımlarda bunları qeyd edib:
"Çinlə müzakirələr hazırda yenidən başladı. Əgər uzatmasalar, Çin Dövlət başçısı Şi Cinping ilə Argentinada görüşdüyümüz mükəmməl və isti axşam yeməyindən etibarən 90 gün ərzində başa çatacaq. Robert Lighthizer; Steven Mnuchin, Larry Kudlow, Wilbur Ross ve Peter Navarro ilə yaxından işləyərək Çin ilə gerçək bir ticarət müqaviləsinin mümkün olub olmadığına baxacaq".
"MƏNİM BİR TARİF ADAMI OLDUĞUMU XATIRLAYIN"
"Əgər mümkünsə müqaviləni tamamlayacağıq. Çinin bir an əvvəl kənd təsərrüfatı məhsulları və daha çoxunu satın almağa başlaması lazımdır. Sədr Şi və mən bu müqavilənin həyata keçirilməsini istəyirik və bu yəqin ki, olacaq, ancaq bu olmasa, mənim bir tarif adamı olduğumu xatırlayın. Ölkələr və ya insanlar millətimizin zənginliyini qarət etməyə gələndə, onlara bunun əvəzini ödətmək istəyirəm. Bu iqtisadi gücümüzü ən yüksək səviyyəyə çıxarmağımızın ən yaxşı yoludur. Hazırda tariflərdən milyardlarla dollar alırıq. ABŞ-ı yenidən zənginləşdirəcəyik".
The negotiations with China have already started. Unless extended, they will end 90 days from the date of our wonderful and very warm dinner with President Xi in Argentina. Bob Lighthizer will be working closely with Steve Mnuchin, Larry Kudlow, Wilbur Ross and Peter Navarro.....
— Donald J. Trump (@realDonaldTrump) 4 Aralık 2018
....I am a Tariff Man. When people or countries come in to raid the great wealth of our Nation, I want them to pay for the privilege of doing so. It will always be the best way to max out our economic power. We are right now taking in $billions in Tariffs. MAKE AMERICA RICH AGAIN
— Donald J. Trump (@realDonaldTrump) 4 Aralık 2018
.....But if a fair deal is able to be made with China, one that does all of the many things we know must be finally done, I will happily sign. Let the negotiations begin. MAKE AMERICA GREAT AGAIN!
— Donald J. Trump (@realDonaldTrump) 4 Aralık 2018
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
6 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
8 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 9 saat əvvəl
-
10 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 10 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 11 saat əvvəl
-
11 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək




























