Xidmət müqavilədə işləyənlər nə qədər vergi və sığorta ödəyəcək? - İZAHAT
Xidmət müqaviləsi ilə çalışanlar nə qədər vergi və sığorta haqqı ödəyəcək?
İqtisadçı ekspert Qubad İbadoğlu xidmət müqaviləsi ilə çalışanların nə qədər vergi və sığorta haqqı ödəməsini şərh edib. "Marja" xəbər verir ki, iqtisadçı bildirib:
Bu sahədə dəyişikliklərin düzgün izahatı üçün ilk növbədə bilməliyik ki, iqtisadiyyatda çalışanlar 2 statusda fəaliyyət göstərir və fərqlənirlər. 1-ci qrup muzdla işləyənlərdir ki, onlarla işəgötürənlər arasında münasibətlər əmək müqavilələri ilə tənzimlənir. İkinci qrup xidmət müqaviləsi əsasında çalışanlardır ki, onları da özlüyündə 2 qrupda təsnifləşdirmək olar. Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə işləyənlər və ya mülki-hüquqi xidmət müqaviləsi ilə, VÖEN-siz çalışanlar. Nəhayət, dəyişikliklər vergi və sosial sığorta ödənişləri baxımından fərqlənir.
Mülki hüquqi xarakterli müqavilələrlə xidmət göstərənlərlə, yəni VÖEN-i olmayanlarla bağlı qaydalar dəyişməyib. Onlara ödənilən məbləğdən ödəmə mənbəyində əvvəlki kimi 25 faiz tutulacaq.
Sahibkarlıq fəaliyyəti üzrə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar (VÖEN-i olanlar) üzrə məcburi dövlət sosial sığorta ayırmalarında dəyişiklik nəzərdə tutulur. Belə ki, onlar üçün sığorta haqqı minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında olacaq. Bu da o deməkdir ki, VÖEN-i olub tikinti və ticarətdə çalışanlar ayda 65 manat, digər sahələrdə çalışanlar isə (məsələn, QHT sektoru, konsaltinq xidməti və sair) ayda 32.50 manat sosial sığorta haqqı ödəyəcəklər.
Onların hansı verginin ödəyicisi olması məsələsi dəyişikliklərin maraqlı, eyni zamanda hələki tam aydınlaşmamış tərəflərindəndir. Əvvəla qeyd edim ki, onlar artıq sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər. Dəyişikliklər qüvvəyə mindikdən sonra sadələşdirilmiş vergi ödəyicilərinin dairəsi xeyli məhdudlaşacaq. Artıq yalnız əhaliyə (VÖEN-i olmayanlara) məhsul təqdim edən pərakəndə ticarət, Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımaları həyata keçirənlər, sabit vergi ödəyiciləri (ev qulluqçuları, bağban, bərbər, dərzi, restoranda ofisiant və sair), ictimai iaşə (dövriyyə 200 min manatdan yuxarı, 8 faizlə) və sair sadələşdirilmiş vergi ödəyicisi ola biləcəklər. Xidmət müqaviləsi ilə işləyənlər çox güman ki, dövriyyələri kiçik olduğundan mikro sahibkarlıq subyektlərinə aid olunacaqlar. Düzü, bu barədə konkret danışmaq çətindir, çünki hələ Nazirlər Kabineti mikro sahibkarlıq subyektləri üçün meyarları təsdiq etməyib. Əgər xidmət müqaviləsi ilə işləyənlər mikro sahibkarlıq subyekti sayılsa, o zaman onlara gəlirlərinin 75 faizi həcmində güzəşt şamil olunacaq, yalnız gəlirlərinin 25 faizindən 20 faiz vergi ödəyəcəklər.
Müştərilərin xəbərləri
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 8 saat əvvəl
-
-
8 saat əvvəl
6 ayda 460 min manat zərər – “Zəyəm Texnologiyalar Parkı”nın maliyyə göstəriciləri zəifləyib
-
9 saat əvvəl
7 ayda mobil telefon rabitəsi sahəsində 742 milyon manatlıq xidmət göstərilib
-
9 saat əvvəl
7 ay əvvəl yaradılan investisiya şirkəti kapitalını 62% azaldır
-
9 saat əvvəl
BOKT “International” 15%-lik istiqrazlar ilə 1 milyon manat cəlb edəcək
-
10 saat əvvəl
SOCAR-da faiz yükü böyüyüb – Maliyyə xərcləri 2,7 milyard manata yaxınlaşıb
-
10 saat əvvəl
Bakıda süni intellekt hesablama platforması tikiləcək - İlkin gücü 1 GVt olacaq
- 10 saat əvvəl
-
10 saat əvvəl
SOCAR-ın xam neft satışından gəlirləri 11,1 milyard manat azalıb
-
12 saat əvvəl
SOCAR-ın Birləşmiş Ərəb Əmirlikləri üzrə gəlirləri 8 dəfədən çox azalıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
7 ay əvvəl yaradılan investisiya şirkəti kapitalını 62% azaldır
Ən çox oxunanlar
Avqustun 15-də gözlənilən hava şəraiti
SOCAR-ın xam neft satışından gəlirləri 11,1 milyard manat azalıb
İnvestorlara 15% gəlir təklif olunur - 1 milyon manatlıq istiqrazlar
Anbardan külli miqdarda saxta aksizli içki çıxdı
SOCAR-ın xalis mənfəəti yerində sayıb
SOCAR 2025-ci il üzrə gəlirlərini və xalis mənfəətini açıqladı


























