Xidməti müqavilədə işləyənlərə bəd xəbər – ÖDƏNİŞLƏR ARTIR
Azərbaycanda xidməti müqavilə ilə işləyənləri gələn ildən ciddi problemlər, daha dəqiqi böyük xərclər gözləyir.
2019-cu ildən etibarən xidməti müqavilə ilə işləyənlər böyük vergilərlə yanaşı, DSMF-ə böyük ödənişlər də etməli olacaqlar.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Belə ki, "Sosial sığorta haqqında" qanuna nəzərdə tutulan dəyişikliyə əsasən, gələn ildən etibarən mülki hüquqi xarakterli müqavilələrlə (yəni xidməti müqavilə ilə) işləyənlər üzrə ödəmə mənbəyindən tutulmaqla gəlirlərinin 25%-i qədər DSMF-ə ödəniş etməli olacaqlar.
Xatırladaq ki, indiyədək bu ödənişlərin məbləği minimum əmək haqqının ən çoxu 20%-ni, yəni 26 manat təşkil edirdi.
Xidməti müqavilə ilə işləyənlər DSMF-ə Bakıda 26 manat, Sumqayıt və Gəncədə 23,4 manat, respublika tabeli şəhərlərdə 20,8 manat, rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 15,6 manat, kənd yerlərində 13 manat məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.
Gələn ildən isə bu məbləğ artıq gəlirin həcmindən asılı olaraq vı 25% təşkil edəcək.
Baş verəcək dəyişikliyi micalla izah edək:
Bakıda xidməti müqavilə ilə çalışan və ayda 600 manat həcmində ödəniş alan şəxs, indiyədək DSMF-ə hər ay 26 manat ödəyirdi. Gələn ildən isə bu məbləğ ayda 150 manata yüksələcək.
Bundan başqa, indiyədək həmin şəxs, sadələşdirilmiş vergi ödəyicisi kimi, ödənişin (yəni 600 manatın) 4%-i həcmində, yəni 24 manat vergi ödəyirdi. Vergi Məcəlləsinə ediləcək dəyişikliklərə görə, isə gələn ildən həmin şəxsin qazancının 75%-i (yəni 450 manatı) güzəşt sayılmaqla qalan 25%-i (yəni 150 manatı) 20%-lə vergiyə cəlb ediləcək. Nəticədə həmin şəxs 30 manat vergi ödəyək.
Başqa sözlə, xidməti müqavilə ilə işləyib ayda 50 manat vergi və DSMF pulu ödəyən şəxsin ödənişləri, dəyişkliklərdən sonra ayda 180 manata yüksələcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
12 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
12 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 12 saat əvvəl
-
13 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti




























