Korporativ hədiyyəni necə seçməliyik?
Kolleqalarına, biznes partnyorlarına və müştərilərinə hədiyyələr vermək korporativ mədəniyyətin bir hissəsidir. Bu hədiyyələrin işgüzar əlaqələrin qurulmasında və möhkəmlənməsində rolu böyükdür. Ən vacib məsələ insana vaxtında və dəyər verəcəyi hədiyyəni verməkdir.
Korporativ hədiyyə seçimi ildə minimum 1-2 dəfə top menecerlər, marketinq və PR departamentləri üçün baş ağrısına çevrilir. Qabaqdan Yeni il bayramı gəlir və ilin sonu olduğuna görə bir çox şirkətlər hədiyyə seçimini ən axırıncı ana saxlayır. Nəticədə hədiyyə seçimi tez-tələsik olur və çox zaman şirkətlər lazımsız və orijinal olmayan hədiyyə almaq məcburiyyətində qalırlar.
Korporativ hədiyyə ideyaları
1. Vizitka qabı, gündəlik, qələm və digər orqanayzerlər ən praktik hədiyyələrdir. Ancaq bu tip hədiyyələrin çox böyük bir mənfi tərəfi var. Gündəliklər, qələmlər praktik hədiyyə kimi görsənsələr də bir o qədər də orijinal deyil. Həm də əgər siz bu hədiyyəni biznes partnyoruna verirsinizsə, çox güman ki, orijinal olmayan hədiyyənizi heç zaman istifadə etməyəcək. Bu növ hədiyyələrin seçimində qiymət daha böyük rol oynayır.
2. Ən orijinal hədiyyələrdən biri də biznes partnyoruna kitab hədiyyə etməkdir. Ancaq kitab seçimində çox diqqətli olmaq lazımdır. Siz kitabı partnyorun hobbisi, dünyagörüşünə əsasən seçməlisiniz. Bu isə o deməkdir ki, siz həmin insanı çox yaxından tanımalısınız. Yeri gəlmişkən, kolleqalarınıza, biznes partnyorlarınıza və müştərilərinizə kitab hədiyyə etmək istəsəniz, “Daha Ağıllı ol!” kitabı ən doğru seçim ola bilər. Belə ki, bu kitab yalnız orta və top menecerlər üçün nəzərdə tutulub və 15 ən məşhur kitabın qısa məzmununu əhatə edir. Bu hədiyyə sizin partnyorunuzun masaüstü kitabına çevriləcək və hər zaman sizi xatırladacaq. Biznes, marketinq, satış, strategiya və motivasiya kateqoriyasına aid olan 15 kitab ilk dəfə olaraq Azərbaycan dilində qısa məzmunda oxuculara çatdırır. Kitab sifarişini saytdan və ya +994 55 605 93 88 nömrəsindən həyata keçirə bilərsiniz.
Korporativ hədiyyə üçün təqdimat=> http://readit.az/readit_book_2nd_sponsorship.pdf
3. Ərzaq zəmbili. Yeni il hədiyyəsi kimi partnyorlara verilə bilər. Adətən belə zəmbillər müxtəlif şirniyyatlar, içkilər daxil ola bilər. Bu tip hədiyyə uzunmüddətli olmasa da, faydalı və praktik hədiyyə sayılır.
4. Yeni il simvolları. Yeni il şarları, dekorativ şam ağacları, oyuncaqlar və digər yeni il simvolları partnyorlarınız üçün hədiyyə ola bilər. Bu tip hədiyyələr adətən yuxarıda sadalanan hədiyyələrlə dəst verildikdə daha dəyərli olacaq.
Bu və digər hədiyyələrin sifarişində aşağıdakılara diqqət yetirməlisiniz:
- Loqotip nə qədər gözəgirən olsa, hədiyyəniz bir o qədər orijinallığını itirmiş olacaq və praktikliyini itirəcək. Heç bir top menecer yəqin ki, digər bir şirkətin logosu olan qələmdən istifadə etməyəcək.
- Hədiyyə seçiminə 2 ay öncədən başlasanız həm qiymətdə udmuş olacaqsınız, həm də daha orijinal hədiyyə seçimi imkanınız olacaq.
Bu məqalədə ən populyar hədiyyə siyahısı sizin nəzərinizə çatdırıldı. Ən yaxşı yollardan biri də yuxarıda sadalananlardan qarışıq bir dəst düzəltməkdir. Unutmayın ki, hədiyyəniz sıradan deyil, hədiyyə təqdim edəcəyiniz insan üçün dəyərli və özəl olmalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 48 d. əvvəl
- 51 d. əvvəl
- 53 d. əvvəl
-
7 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 7 saat əvvəl
-
7 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
8 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ






.jpg)
.jpg)







.jpg)









