1 kvadrat metri üçün azı 2 dollar idxal rüsumu ödəniləcək
Azərbaycana xaricdən idxal olunan döşənmə üçün plitələr, döşəmələr, bəzək üçün keramika məmulatları üçün yüksək idxal rüsumları saxlanılır.
"Marja" xəbər verir ki, bu məhsulların idxalı zamanı 1 kvadrat metri üçün 2 ABŞ dolları idxal rüsumu ödənilirdi. Rüsum üçün müəyyən olunmuş son tarix 01.11.2018-ci il tarixinədək idi. Nazirlət Kabinetinin yeni qərarına əsasən 15.12.2019-cu il tarixinədək 15 faiz, lakin 1m2 -ə 2 ABŞ dollarından az olmamaqla idxal rüsumu alınacaqdır.
Minalanmamış məhsullar üçün də 15 faiz, lakin 1 kvadrat metrinə 2 ABŞ dollarından az olmamaqla idxal rüsumu tələb olunacaqdır.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
Qeyd edək ki, Qərara əsasən, bir sıra idxal kənd təsərrüfatı, ərzaq və tikinti sənayesi məhsullarının xüsusi gömrük rüsumlarının müddəti noyabrın 1-dən 2019-cu il dekabrın 15-dək uzadılır.
Hökumət keçən ilin noyabrında "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ni təsdiq edib. Sənəd yerli istehsalçıların qorunması üçün qəbul edilmişdi. Yeni qaydalara əsasən, toyuq əti, toyuq yumurtası, pomidor, soğan, xiyar, fındıq, üzüm, alma, armud, xurma, bəzi meyvə şirələri (limon, ananas, pomidor, üzüm, alma), sərinləşdirici içkilər üçün müvəqqəti rüsumlar müəyyən edildi. Xüsusi rüsumlar malların miqdarı, həcmi və ya idxal dəyərindən asılı olaraq ABŞ dolları ilə hesablanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
11 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
12 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























