Şənbə günü Lənkərana getmək üçün səbəb - Fotolar
Xan Lənkərana gəlin, “Çay, çəltik, sitrus” festivalına qonaq olun!
Noyabrın 10-da Lənkəranda ikinci "Çay, çəltik, sitrus” festivalı başlayacaq. Festival şəhərin mərkəzində, H.Əliyev adına xatirə parkında, "Cəngi” sədaları altında start götürəcək. Qızılı payızda bayram ovqatı yaşamaq , təbiətin ilahi gözəlliklərindən zövq almaq, bəxş etdiyi naz-nemətlərdən dadmaq, zəhmət adamları ilə üzbəüz görüşüb, sevinclərinə şərik olmaq istəyirsinizsə, bu tarixi qaçırmayın. Yolunuzu bu şənbə Xan Lənkərandan salın. Bəs Lənkəran şəhər icra hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən builki festivalda iştirakçıları hansı sürprizlər gözləyir? Təşkilat komitəsi vəd edir -bayram ötən ilkindən də rəngarəng olacaq. Məhsul bayramında Lənkəranda istehsal olunan coxşeşidli məhsullar və təbiətin bəxş etdiyi nemətlər nümayiş olunacaq, iştirakçılara istehsalçılarla yaxından tanışlıq , birbaşa ünsiyyət imkanı yaradılacaq.
Yerli çay fabriklərində istehsal olunmuş, ekoloji cəhətdən tam təmiz, qatqısız Lənkəran çayını tədbir boyunca dada bilərsiniz. Lənkəran xanımlarının bişirdiyi dadlı şirniyyatlarla, mürəbbələrlə, bişmişlərlə, limonlu samovar çayından içəndə, bir daha əmin olacaqsınız ki, bu diyarın məxməri çayının həqiqətən də, misli yoxdur, min bir dərdə dərmandır.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
Dərman demişkən, əgər təbiətin bu qədər möcüzəli nemətləri varsa, dərmana nə ehtiyac? Xəstəsi də şəfa tapan, Lənkəranın limonundan, naringisindən, feyxoa, kivi, portağalından dadın. Həm də əsil məqamıdır. İlin bu fəslində Lənkəran büsbütün naringi qoxuyur, havadan limon ətri gəlir. Barlı-bəhərli portağal bağları ağız sulandırır. Bu mənzərənin sözlə təsviri yox, gərək göz görsün, ürək duyğulansın, könül sevsin. Lənkəranlılar yurdlarını çox sevirlər və inanırlar ki, bu ilahi nemətlər saflıqlarına, zəhmətsevərliklərinə, xoş məziyyətlərinə, yurdsevərliklərinə görə onlara, Allahın lütfüdür.
Yeri gəlmişkən, Lənkəran təkcə çayı, sitrus meyvələri ilə deyil, ta qədimlərdən həm də ətirli düyüsü, bu düyüdən bişirilən növbənöv plovları ilə məşhurdur. "Akulə”, "Sədri”, "Haşımi” düyülərindən bişirilmiş plovların dadına baxmaq istəyinizi festival günü reallaşdıra bilərsiniz. Ən yaxşısı, gəlin, görün, dadın, qiymət verin. Necə deyərlər, həm ziyarət, həm ticarət!
Məhsul bayramı əmək adamlarının qiymətləndirilməsi ilə də yaddaqalan olacaq. Festivalda Rayon İcra Hakimiyyəti əlinin zəhməti ilə tanınıb seçilən bir qrup əmək adamını fəxri-fərman və qiymətli hədiyyələrlə mükafatlandıracaq.
...Lənkəranın payızı bir özgə aləmdir, təbiətin qızıl vaxtıdır. İlin bu çağında ilahi gözəllikdən zövq almaq, qızılı-qırmızı donlu dəmirağaclarının möhtəşəm mənzərəsini görmək istəyirsinizsə, vaxt itirməyin, bu şənbə qonağımız olun!
Cənub hərarətli festivalda təkcə Lənkəranın zəngin mətbəxi ilə deyil, zəngin mədəniyyəti ilə də tanış olmaq imkanınız olacaq. Burada dinləyəcəyiniz, bu yerlərin ab-havası hopmuş qədim nəğmələri çətin ki, bir ayrı məkanda eşitmək imkanınız ola. Bu nəğmələri sizə üzü nurlu "Nənələr”imiz oxuyacaq, "Halay” ansamblı unudulmaqda olan "Şalı-şalı" rəqsini ifa edəcək, yerli musiqiçilər cənub folklorunun ən yaxşı nümunələrini səsləndirəcəklər. Qol götürüb süzməyi öz ixtiyarınıza buraxırıq.
Festivalın təşkilatçıları iştirakçıların ötənilki təkliflərini də nəzərə alıblar. Lənkəranda yetişdirilən və istehsal olunan məhsulların satış yarmarkası da təşkil olunacaq. Məhsul bayramı axşam şəhər mədəniyyət mərkəzinin böyük zalında respublikanın tanınmış incəsənət ustalarının ifasında bayram konserti və atəşfəşanlıqla yekunlaşacaq.
Esmira İsmayılova
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
31 d. əvvəl
"Bu il təxminən 2500 pambıqçı fermerin kreditləşməsini həyata keçirmişik"
-
-
52 d. əvvəl
Azərbaycan xarici yağların alışına 7 ayda 262 milyon dollar xərcləyib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – “Spark ’26”ya qeydiyyat açıq elan edildi ®
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qarğıdalı sahələrinin sığortası başa çatır – SON 3 GÜN! – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
-
2 saat əvvəl
Azərbaycan dövləti 2-ci yarımildə borcunu 3,8 milyard manat artırmağı planlaşdırır
- 2 saat əvvəl
-
3 saat əvvəl
Nissan Qashqai e-POWER nailiyyətlərinə yeni Guinness World Records™ rekordunu əlavə edir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Bir sıra proqnozlar yenilənib
Ən çox oxunanlar
“75/25 Şok yay” kampaniyası davam edir ®
Nissan Qashqai e-POWER nailiyyətlərinə yeni Guinness World Records™ rekordunu əlavə edir
“FERRUM Kapital” 14%-lik istiqrazlarla 1 milyon manat cəlb edir
Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər
Avqustun 19-da gözlənilən hava şəraiti










.png)












