Dünyagörüşünüzü artıracaq 10 kitab

Dünya dəyişir, o dəyişdikcə tələb və təklif də dəyişir. Bütün bunlar isə iqtisadiyyata və həmçinin digər sahələrə təsir edir. Müasir dünyada uğur qazanmaq üçün yaradıcı olmaq lazımdır. Yaradıcılıq isə müəyyən qədər məlumatın gücü ilə formalaşır. Əldə etdiyiniz biliklər sizin dünyagörüşünüzü artırır və hadisələrə baxış bucağınızı dəyişir, onları yenidən qiymətləndirməyə şərait yaradır. Readit.az layihəsi olaraq biz, hazırladığımız qısa məzmunlarda onların sizə qazandıracaqlarına diqqət yetiririk. Aşağıda tanış olacağınız siyahıdakı kitablar isə məhz qeyd olunan məqsədə xidmət edir.
Yeri gəlmişkən 15 ən məşhur kitabın qısa məzmununu özündə cəmləyən “Daha ağıllı ol!” kitabının satışı hələ də davam edir. Kitabı çatdırılma ilə sifariş etmək üçün bura keçid edin => Daha ətraflı.
1. Rework – Stereotipləri sındıran biznes (Ceyson Frayd və Devid Haynemayer Xensson).
Bu kitab biznes dünyasında uğur qazanmaq üçün daha yaxşı, daha sürətli və daha asan bir yol təklif edir. Kitabı oxuyun və planların nə üçün lazımsız olduğunu, xarici investorlara niyə ehtiyac olmadığını və rəqabəti nəzərə almadıqda necə uğurlu olacağınızı öyrənin. Əslində hər hansı bir işə başlamaq üçün düşündüyünüzdən daha az şeyə ehtiyacınız var. Çox çalışmağa, çoxlu işçi götürməyə, iclaslarda vaxt itirməyə, hətta ofisə belə ehtiyacınız yoxdur. Bunların hamısı sadəcə bəhanədir.
2. Bir Dəqiqəlik Menecer (Kenet Blançard və Spenser Conson).
İnansanız da, inanmasanız da bir vaxtlar insanlar idarəetmə prosesinin həddindən artıq çətin olduğunu düşünürdülər. Ancaq bu Kenet Blançard və Spenser Consonun “Bir Dəqiqə Meneceri” kitabını yazmağından əvvəl belə idi. Müəlliflər öz kitablarında göstərdilər ki, əsas məsələ idarəetməni uğurla yerinə yetirmək üçün bəzi sadə qaydaları mənimsəməkdir. Bu kitabı oxuyaraq, həmin qaydaların nə olduğunu öyrənə bilərsiniz.
3. Daxilindəki Divi Oyandır (Antoni Robbins).
Siz bu kitabda öz məqsədlərinizə və hədəflərinizə çatmaq üçün sizə lazım olan praktiki məsləhətlərlə rastlaşacaqsınız. Müəllifin fikrincə, hər kəsin daxilində oyanmaq üçün münasib şəraiti gözləyən bir div yatır. Həmin divi oyatmaqla, möhtəşəm uğurlar qazana bilərsiniz. Kitabdan həmçinin, özünüzü dəyişdirmək və yenidən formalaşdırmaq üçün lazımi məlumatları və istiqamətləri də əldə edəcəksiniz.
4. Outliers - Dahilər və digərləri: Bəzi insanlar niyə daha çox uğur qazanır? (Malkolm Qladvel)
Biz həmişə uğurlu insanların zəka və qabiliyyətlərinə diqqət yetiririk, onların varlığının uğurun zəmanəti olduğunu düşünürük. Ancaq əslində belə deyil. Müəllif sizə əvvəllər rastlaşmadığınız yeni bir baxış bucağı təqdim edir. Bu baxışa görə, insanların fəaliyyətlərinə və əldə etdikləri müvəffəqiyyətlərə onların doğulduqları tarix, cəmiyyətin maddi və mənəvi vəziyyəti, tərbiyə, ailə mühiti və s. kimi amillər də güclü təsir edir. Kitabda bu məsələlər konkret nümunələrlə göstərilir.
5. Dünyanın Ən Böyük Satıcısı (Oq Mandino).
Satışla bağlı əksər kitablarda satıcıların müəyyən mənada, sadəcə qazanca fokuslanması ifadə olunur. Ancaq Oq Mandino tərəfindən yazılan bu hekayə üslubundakı kitab sizə həm necə yaxşı satıcı olacağınızı, həm də bunu reallaşdırarkən mənəviyyatınızı qorumağı, hətta yüksəltməyi öyrədəcək.
6. Yaxşıdan Mükəmmələ (Cim Kolins).
Müəllif bu kitabda zəif, orta, hətta yaxşı şirkətlərin necə mükəmməl şirkətlərə çevrilməsindən bəhs edir. Kitabı yazmazdan əvvəl təxminən 1400 şirkəti tədqiq edən müəllif sizə onların inkişafının, həmçinin zəifləməsinin səbəblərini göstərir. Bu kitabı oxumaqla, yaxşı şirkət ilə mükəmməl şirkət arasındakı fərqi və bəzi şirkətlərin niyə qısa müddətli uğur qazandıqlarını, digərlərinin isə öz uğurlarını illər uzunu qoruyub saxladığını anlayacaqsınız.
7. 4 saatlıq iş həftəsi (Tim Feris).
4 Saatlıq İş Həftəsi müxtəlif və çoxsaylı həyat tərzi variantları təqdim edərək vaxtınızı və maddi azadlığınızı artırmağa istiqamətlənən texnikalar öyrədir. Passiv gəlirləri avtomatlaşdıraraq və özünüzü səmərəsiz işlərdən xilas edərək “yeni dövrün zəngini” kimi yaşaya bilərsiniz - bu termin istədiyiniz şeyə sahib olmaq, istədiyiniz şeyi etmək və istədiyiniz şəxsiyyət olmaq kimi izah edilir.
8. Sadə Başlanğıc (Erik Riyes).
Erik Riyesin formalaşdırdığı Sadə Başlanğıc (The Lean Startup) modelini az sərmayə ilə qeyri-müəyyən bir şəraitdə məhsulun və ya xidmətin çatdırılması olaraq izah edə bilərik. Yəni, bu sistem yeni xüsusiyyətlər əlavə etmək əvəzinə ən az xərclə istehsal olunan məhsul haqqında müştərinin rəylərinə əsasən məhsulun formalaşdırılması, yoxlanılması və ölçülməsidir. Bu kitabı oxumaqla, yeni biznes qurmağın, onu qorumağın və inkişaf etdirməyin sadə yollarını öyrənəcəksiniz.
9. Mavi Okean Strategiyası (Rene Moborn və Çan Kim).
“Mavi Okean Strategiyası” artıq biznes klassiklərindən hesab olunur. Hər kəsin standartlığa, artıq mövcud olanlara (qırmızı okean) yönəldiyi bir vaxtda uğur qazanmaq üçün yaradıcı olmaq (mavi okean), hadisələrə yeni perspektivlərdən baxmaq, ehtiyacları müəyyənləşdirmək və onlara uyğun hərəkət etmək lazımdır. Təqlid uğur gətirmir; ancaq mavi okean yaratmaq uğurun başlanğıcıdır.
10. Düşün və Varlan (Napoleon Hill).
Müasir dövrdə rəflərdə minlərlə fərdi maliyyə kitabları sizə daha az xərcləmək, daha çox qənaət etmək, daha çox gəlir gətirən sahələrə investisiya qoymaq, daha tez təqaüdə çıxmaq və digər hər cür maliyyə problemini həll etməyi vəd edir. Ancaq bu kitabın müəllifi zənginləşmək üçün bir neçə vacib addımdan bəhs edir. Kitabı oxuyaraq həmin addımları öyrənə, şəxsi və biznes həyatınızda tətbiq edərək uğur qazana bilərsiniz.
Qeyd edək ki, bu siyahını uzatmaq mümkündür. Ümumilikdə götürdükdə isə, əgər dünyanın ən çox satılan və oxunulmalı olan kitabları ilə tanış olmaq istəyirsiniz, Readit.az online kitabxanasına nəzər salın.
Müştərilərin xəbərləri
.jpg)
Azercell və UiPath biznesin avtomatlaşdırılması və süni intellektin tətbiqi sahəsində əməkdaşlığa başlayır
SON XƏBƏRLƏR
-
7 d. əvvəl
Azad edilmiş ərazilərdə mal-qara saxlanılması ilə bağlı məsələyə aydınlıq gətirilib
-
13 d. əvvəl
Təbiətə 207 min manatdan çox ziyan vurulması müəyyən edilib, cinayət işləri başlanıb
-
37 d. əvvəl
"Moody’s": 2025-ci ildə neftin qiyməti aşağı və dəyişkən olaraq qalacaq
-
- 46 d. əvvəl
-
48 d. əvvəl
"Moody’s": Azərbaycanın bank sektoru xarici şoklara qarşı həssaslığını azaldıb
-
1 saat əvvəl
“Gəncə Təmir Quraşdırma”nın istifadəyə yararsız əmlakı silinir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İran Prezidentinin Azərbaycana səfəri bu həftə planlaşdırılır
-
2 saat əvvəl
"Bitki sağlamlığı haqqında” qanun layihəsinin Milli Məclisə təqdim ediləcəyi vaxt məlum olub
- 2 saat əvvəl
-
3 saat əvvəl
Sahibkarların “yaşıl layihə”ləri üçün 450 min manat qrant ayrılıb
Son Xəbərlər

Azad edilmiş ərazilərdə mal-qara saxlanılması ilə bağlı məsələyə aydınlıq gətirilib

Təbiətə 207 min manatdan çox ziyan vurulması müəyyən edilib, cinayət işləri başlanıb

“Abi” otelinin fəaliyyəti dayandırılıb

"Anbar və qida istehsalı sexinin 360 kvadratmetri yanıb"

İran Prezidentinin Azərbaycana səfəri bu həftə planlaşdırılır
.jpg)
Azercell və UiPath biznesin avtomatlaşdırılması və süni intellektin tətbiqi sahəsində əməkdaşlığa başlayır

Milli Depozit Mərkəzi “Elektron müraciət sistemi”ni istifadəyə verdi
Ən çox oxunanlar

Bakıda "VMF"dən saat oğurlayan Çin vətəndaşlarına hökm oxunub

Roma Papası vəfat edib

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
.jpg)
Mayın 1-dən “e-bülleten” sisteminə keçilir

“SİMA KYC Videoyazı” həlli istifadəyə verildi

Siberian Wellness yeni ətir kolleksiyasını Bakıda təqdim etdi
