Səhv bağışlamayan sənət - REPORTAJ

(®) Şəki... Hər küçəsindən, daşından, hətta havasından tarix qoxusu gələn şəhər. Əsrlərlə yaşı olan bu şəhərin tarixi müxtəlif tikililərdə, sənət növlərində yaşayır. Şəkidə ta qədim zamanlardan sənətkarlıq növlərinin müxtəlif növləri inkişaf edib və bu gün də inkişaf etməkdədir. "AccessBank" ailəsi qürur duyur ki, bu sənət növlərini yaşadanlar arasında bizim müştərilərimiz də var. Xatırlayırsınızsa, ötən yazımızda təkəlduz sənətinə toxunmuşduq. Budəfəki qəhrəmanımız isə şəbəkə sənətini yaşadan sənətkarlardan biri Soltan İsmayılovdur.
SƏBR SƏNƏTİ
Onun adına xalq arasında səbr sənəti də deyirlər. Sizə ustanın səbrini sınağa çəkən, sonda isə bu sınağın mükafatını gözəlliklə ödəyən bir sənətdən danışacam. Bəli, şəbəkə sənəti bu qədər təkrarolunmaz və gözəl sənətdir! Şəbəkə yüzlərlə, bəzən minlərlə ağaz və şüşə parçasının birləşməsindən əmələ gələn dekorativ tətbiqi incəsənət nümunəsidir. Sənətin mahiyyəti ondan ibarətdir ki, hissəciklər bir-birinə keçirilməlidir. Təsəvvür edin, nə mismar, nə də yapışqandan istifadə olunmur. Başqa sözlə, rəngli şüşələr taxtanın ovulmuş hissəsinə oturdulur. Bu isə şəbəkəni dünyanın ən unikal incəsənət növlərindən birinə çevirir.
Bəzi mənbələrə görə, şəbəkənin 1000 ildən çox yaşı var.
Şəki xan sarayında elə şəbəkə növü var ki, onun hazırlanmasında 15 min detal istifadə olunub. Bu cür sənət əsərlərinin hazırlanması üçün təxminən 1 il, hətta ilyarım vaxt tələb olunur. Sənətkarın səbri istənilən alqışa layiqdir!
Yeri gəlmişkən, Azərbaycandakı şəbəkə sənətini digər ölkələrdəki analoji sənət növlərindən ciddi şəkildə fərqləndirən unikal xüsusiyyətlər var. Bir çox beynəlxalq tədbirlərdə iştirak edən sənətkarlar da təsdiqləyib ki, Azərbaycandakı şəbəkə sənəti digər ölkələrdəkindən bir, hətta bir neçə addım öndədir.
ŞƏKİ, ŞƏKİ, SƏNƏTKARLAR OYLAĞI!
Şəbəkə ilə məşğul olan sənətkarların mütləq əksəriyyəti Şəkidə fəaliyyət göstərir. Belə sənətkarlardan biri də bizim qəhrəmanımız Soltan bəydir. O həyatının 41 ilini bu sənətə həsr edib. Necə deyərlər, sənətkar bu sənətdə saç ağardıb. Onun sözlərinə görə, şəbəkə ilə məşğul olan şəxsin rəssamlıq və dülgərlik ilə yanaşı, rəsmxət, həndəsən də anlayışı olmalıdır: "Orta məktəbdə oxuyanda tarixə marağım var idi. Buna görə, Şəki xan sarayına tez-tez gəlirdim. Sarayın yaxınlığında emalatxanası olan Əşrəf Rəsulov var idi. Onun işləməyinə saatlarla baxırdım. Mənim marağımı gördü və öz yanına çağırdı. 1978-ci ildə onun şagirdi oldum. Bir il ərzində sənəti mənimsədim. Ardınca əmək fəaliyyətinə başladım usta Əşrəf kişi ilə çiyin-çiyinə".
Əsər hazırlanmazdan əvvəl onun eskizi çəkilir. Eskiz hazırlanandan sonra artıq şəbəkənin ölçüsü və onun neçə hissədən ibarət olması bəlli olur. Usta deyir ki, 1 kvadratmetr şəbəkə bəzən 15 min hissədən ibarət olur və bu əsərin ərsəyə gəlməsi üçün sənətkar yarım ilini sərf etməlidir. Şəbəkənin sadə forması isə 3 min hissədən ibarət ola bilər və onun hazırlanması 1 ay vaxt aparır. Hər detal isə 12-15 əməliyyata hazırlanır. İçliklərin yonulması, şüşələrin lazımi ölçüdə kəsilməsi işin ən ağır tərəfidir. "Ağacın emalı prosesi ən önəmli mərhələlərdən biridir. Çünki məhz bu amil şəbəkənin uzunömürlü olmasına təsir edir", - deyə həmsöhbətim qeyd edir.
Usta deyir ki, xırda bir səhv bütün əsəri korlaya bilər. Başqa sözlə, şəbəkə ilə məşğul olursansa, zərgər dəqiqliyinə sahib olmaq borcundur! "Əslində hər bir iş dəqiqliyi sevir. Məsələn, mən bunu "AccessBank"da da görmüşəm. Buna görə, "Şəki" filialı hər zaman məni cəlb edib. Münasibətlərimizdə də dəqiqliyi üstün tutmuşam", - deyir sənətkar.
SƏNƏT(İN) ƏSƏRİ
Bir çoxunuz qəhrəmanımızın əl işlərini görmüsünüz. Bakıdakı "Şəhidlər" məscidi, Atatürk Mədəniyyət Mərkəzi, "Təzəbəy" hamamındakı şəbəkələrin müəllifi Soltan ustadır. Bununla yanaşı, digər bölgələrdəki bir sıra tarixi obyektlərin bərpasında da həmsöhbətim iştirak edib.
Soltan kişi deyir ki, şəbəkə öz gözəlliyi ilə xarici turistlərin də gözünü qamaşdırır: "Bir çox turist bizim əl işlərimizi alıb özləri ilə aparır. Bununla da sənətimiz dünyada təbliğ olunur".
Ustanın sözlərinə görə, yüz sənəti pis bilməkdənsə, birini yaxşı bilmək yaxşıdır. "Qızıl əllər"ə malik olan insan bunu öz davamçılarına da aşılayır. O davamçılar ki, şəbəkəni yaşatmağa borcludur!
İlkin Əhmədov
Bakı-Şəki-Bakı
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 gün sonra
Yeni nəsil şəffaf LED ekranlar Azərbaycanda - Artıq reklamlarınız daha mükəmməl görünəcək
- 19 saat sonra
- 2 d. əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
22 d. əvvəl
Vergi Məcəlləsində və digər 10 qanunda dəyişiklik qüvvəyə mindi
-
1 saat əvvəl
Coca-Cola Azərbaycanın “Coca-Cola Paylaş” kampaniyası geri qayıdır!
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Air Astana” aviaşirkəti Atıraudan Bakıya birbaşa üçuşlara başlayır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın qida şirkəti satılır - Səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
2 saat əvvəl
Bank “BTB” ASC 3 milyon manat məbləğində kapital artımını uğurla tamamlayıb
- 2 saat əvvəl
Son Xəbərlər

Yeni nəsil şəffaf LED ekranlar Azərbaycanda - Artıq reklamlarınız daha mükəmməl görünəcək

Böyük şirkət vakansiyalar elan etdi

Sabahın hava proqnozu açıqlandı

Coca-Cola Azərbaycanın “Coca-Cola Paylaş” kampaniyası geri qayıdır!

“Air Astana” aviaşirkəti Atıraudan Bakıya birbaşa üçuşlara başlayır

“Peyk zavodu”nun direktoru dəyişib

Azərbaycanın qida şirkəti satılır - Səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Ən çox oxunanlar

Azərbaycan neftinin son qiyməti

Qızılın qiymətində aprelin 10-dan bəri bir ilk

Rəsmi məzənnələr açıqlandı

Epoint və United Payment arasında Memorandum imzalandı

Londonda Azərbaycanın "yaşıl" sərmayə imkanları müzakirə olunub, investorlar əməkdaşlığa dəvət olunublar

Azərbaycanın idxalı 24,8 faiz artıb, ixracı isə 8,6 faiz azalıb
