Həm kassa, həm POS, həm də ödəniş terminalıdır - AZƏRBAYCANA GƏTİRİLDİ

Vergilər Nazirliyinin tətbiq etməyə planlaşdırdığı onlayn kassa sisteminə qoşulmaq üçün tələb olunan yeni nəsil aparat Azərbaycanda
Vergilər Nazirliyi gələn ildən onlayn kassa sistemini tətbiq etməyi planlaşdırır. Mağazaların, restoranların bütün satış əməliyyatlar ani anda Vergilər Nazirliyinin sistemində əks olunacaqdır.
Belə ki, ticarət və xidmət obyektlərində malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı hesablaşmaların qeydiyyatının təkmilləşdirilməsi üçün vergi orqanlarının elektron informasiya sisteminə inteqrasiya edilməyə imkan verən yeni nəsil nəzarət kassa-aparatlarının quraşdırılması planlaşdırılır.
Yeni onlayn sisteminə keçdikdə mövcud kassa aparatlarının qalıb-qalmayacağı dəqiq bilinmir. Ehtimal olunur ki, ticarət və xidmət obyektlərindəki mövcud kassa aparatlarına xüsusi qurğular əlavə olunacaqdır. Bu qurğu kassa aparatlarının onlayn rejimdə Vergilər Nazirliyinin sisteminə bağlanmasını təmin edəcəkdir.
İkinci bir variant vergi orqanlarının elektron informasiya sisteminə inteqrasiya edilməyə imkan verən yeni nəsil kassa aparatının əldə edilməsi ola bilər. Bu halda obyekt sahibləri onlayn kassa aparatı əldə etməli olacaqlar.
Hazırda sahibkarlar üçün təklif olunan yeni nəsil onlayn-kassalardan biri “AzurPos”dur. Avadanlıqları Çinə, proqram təminatı isə ruslara məxsus olan bu qurğu kassa aparatı olmaqla bərabər, həm POS-terminal, həm də ödəniş terminalıdır. Aparat MasterCard və Visa-nın təmassız kartlar daxil ən son ödəmə texnologiyalarını dəstəkləyir (Ətraflı: http://azurpos.ru/).
AYRI - AYRI HƏM KASSA, HƏM POS – TERMİNAL ALMAĞA EHTİYAC YOXDUR
“AzurPos”un Azərbaycandakı distribütor şirkətinin nümayəndəsi İlqar Tağıyev “Marja”ya bildirdi ki, təklif etdikləri yeni nəsil aparat 3 funksiyanı özündə birləşdirir: ““AzurPos” həm kassa aparatı, həm POS , həm də ödəniş terminalıdır. Qısası, kassa, POS və ödəniş terminalı bir aparatdadır. Ayrı-ayrılıqda kassa aparatı və POS terminal almağa ehtiyac yoxdur. "AzurPos" ilə nağd, ödəniş kartlarının bütün növlərilə qeyri-nağd və NFC yolu ilə ödəniş mümkündür”.
“AZURPOS” İLƏ ƏLAVƏ QAZANC
İlqar Tağıyev əlavə etdi ki, "AzurPos" həm də “Milli Ön”, “e-Manat” kimi ödəniş terminallarının kiçik versiyasıdır: “Bu aparat vasitəsilə mobil, kommunal xidmətlərin haqlarını, kredit borclarını və s.ödəmək olar. Mağaza sahibi "AzurPos" ilə kommunal və digər xidmətlərin haqqının ödənilməsini təşkil etməklə pul qazana bilər. Biz “e-Manat” ilə əməkdaşlıq qurmağı planlaşdırırıq. Yəni, bizim aparat “e-Manat” ödəniş terminallarının funksiyalarına malik olacaqdır. Mağazalar bu aparat vasitəsilə ödənişlər qəbul edib, “e-Manat”dan öz faizlərini ala biləcəklər. Bu da əlavə qazanc deməkdir”.
İSTƏDİYİN YERƏ ÖZÜNLƏ APAR
SİM kart ilə mobil şəbəkəyə bağlanan "AzurPos" “Android” əməliyyat sistemi ilə çalışır və böyük bir mobil telefon ölçüsündədir: “ Mobildir, istənilən yerə daşımaq asandır. Ödənişi qəul edib, dərhal çeki təqdim etmək mümkündür. Qurğu, satışlar, balans haqqında mini hesabatlar da çıxarda bilir.
QİYMƏTİ
"AzurPos" həm də qiymət baxımından sərfəlidir: “Aparatın qiyməti təxminən 600 manat civarında olacaqdır. "AzurPos” un 3 aparatın funksiyalarına malik olduğunu nəzərə alsaq bu qiymət aşağıdır”.
RESTORANLARIN DİQQƏTİNƏ!
İlqar Tağıyev vurğuladı ki, 18 saat enerji saxlayan “AzurPos” restoranlar üçün daha maraqlı ola bilər: “Aparata restoranın menyusunu daxil etmək imkanı var. Aparat müştəriyə təqdim edilir, müştəri menyunu seçir və ödənişi həyata keçirir. Gələcəkdə Yol Polisi cərimələrin dərhal qəbulunda bu aparatdan istifadə edə bilər. Mobil olduğuna görə, bu aparat bütün kiçik və orta sahibkarlar üçün əlverişlidir”.
İlqar Tağıyev qeyd etdi iki, “AzurPos” banklara üçün də maraqlı olacaqdır: “Bilirsiniz hazırda banklar POS - terminalları alıb mağazalara icarəyə verirlər. Bizim aparat imkan verir ki, banklar mağazalara həm kassa, həm də POS funksiyaları olan aparat təqdim etsinlər. Mağazalar əlavə kassa aparatı almalı olmayacaqlar. Aylıq xidmət haqqını ödəyərək POS və kassa aparatı funksiyaları olan aparatı işlədəcəklər”.
İlqar Tağıyev əlavə etdi ki, hazırda bank və prossesinq şirkətləri ilə danışıqlar aparılır. Bu ilin sonundan başlayaraq “AzurPos” aparatının satışına başlanması nəzərdə tutulur.
Qeyd edək kii, “AzurPos” bu ilin əvvəlində Rusiyada tətbiq olunur. Oktyabrın 22-də Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov Moskva şəhərində Rusiyanın Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinlə görüşüb. Görüşdə Federal Vergi Xidmətinin yüksək vəzifəli şəxsləri Rusiyanın vergi inzibatçılığında rəqəmsal texnologiyalar sahəsində tətbiq olunan son yeniliklərlə bağlı təqdimatlarla çıxış ediblər.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
Mikayıl Cabbarovdan Suriyaya ixrac edilən qaz ilə bağlı açıqlama
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda hotellərdə gecələmələrin 20 faizə yaxını Hindistan vətəndaşlarının payına düşüb
-
1 gün əvvəl
Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azər Türk Bank kartlardakı qalıqlara illik 8% kampaniyasını davam etdirir
-
2 gün əvvəl
“Üfüq” Karyera İnkişaf Proqramının qaliblərinin təltif olunma mərasimi keçirilib
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub
Son Xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

Mikayıl Cabbarovdan Suriyaya ixrac edilən qaz ilə bağlı açıqlama

Azərbaycan hotelərindəki yerlərin 79 faizə yaxını boş qalıb

Azərbaycan neftinin son qiyməti

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Coca-Cola həyəcanla gözlənilən yay kampaniyasına davam edir
Ən çox oxunanlar

“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin növbəti məzun günü baş tutub

Dövlət 3 iri bankda 450 milyon manat depozit yerləşdirdi

“Azərbaycan Dəmir Yolları”nın xarici borcu açıqlanıb
.png)
NEQSOL Holding PARLA proqramına görə 2025 Stevie® Awards Qızıl və Gümüş mükafatlarına layiq görülüb

3 Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edildi

SOCAR İstiqrazları üçün 1 milyon 125 min dollarlıq ödəniş
