Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Neft daha da ucuzlaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft daha da ucuzlaşdı


Neft ucuzlaşmaqda davam edir.


"Marja" xəbər verir ki, Bakı vaxtı ilə saat 14:50-də Brent nefti 0.6% ucuzlaşma ilə 75,15 dolları, ABŞ xam neftinin qiyməti isə 0,1% düşərək 66,07 dolları görüb.

 

Dünən neft qiymətləri 4,2% düşümüşdü.

 

Neft qiymətlərinin düşməsinə, Səudiyyə Ərəbistanının bazarda kəsr olması vəziyyətində onu bağlayacağına dair açıqlaması səbəb olub. Həmçinin qlobal investorlar riskli aktivlərdən uzaq durmağa başlayıblar.

 

Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falih, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və tərəfdaşlarının "mümkün olduğu qədər istehsal etmə rejimində" olduğunu bildirib.

 

Qeyd edək ki, noyabrdan ABŞ-ın İrana yeni sanksiyalar tətbiq edəcəyi və bunun İranın ixracının kəskin azalacağına səbəb olacağı gözlənilir. İranın ixracı azalacağından neft qiymətlərinin yüksələcəyi ehtimal edilir. İndi Səudiyyə Ərəbistanı bəyan edir ki, OPEC yarana biləcək kəsiri bağlamağa hazırdır.

 

Həmçinin Amerika Neft İnstitutunun (API) məlumatlarına görə, ABŞ-da xam neft ehtiyatları artıb və bu vəziyyət həddindən artıq təklifə dair narahatlıqları gücləndirib.

24.10.2018 13:01
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ