200 manatdan yüksək maaş alanların nəzərinə - 10% ÖDƏYƏCƏKSİNİZ
2016-cı ildən məcburi sosial sığorta ayırmaları sistemində islahatlar diferensiallaşdırılmış dərəcənin tətbiqini nəzərdə tutulur.
"Marja" xəbər verir ki, əgər muzdlu işçinin aldığı əmək haqqı 200 manatadək təşkil edirsə, o zaman işçi bilavasitə əmək haqqının 3%-i miqdarında, işəgötürən isə 22%-i miqdarında məcburi sosial sığorta haqqı ödəyəcəkdir.
Əgər işçinin aldığı əmək haqqı 200 manatdan çox olarsa, o zaman işçi 6 manat + 200 manatdan artıq məbləğin 10%-i miqdarında sosial sığorta haqqı ödəyəcək. Bu halda işəgötürən 44 manat + 200 manatdan artıq məbləğin 15%-i miqdarında sığorta haqqı ödəyəcək.
8000 MANATADƏK MAAŞ GƏLİR VERGİSİNDƏN AZAD EDİLİR
İslahatlar çərçivəsində 1 yanvar 2019-cu ildən etibarən 7 il müddətinə qeyri-neft-qaz və özəl sektorda çalışan muzdlu əməkdaşların əmək haqqlarından gəlir vergisinin yığılması üzrə 100%-lik güzəşt tətbiq etmək planlaşdırılır. Qeyd olunan güzəşt 8 min manatadək məbləğində əmək haqqına aid olacaq (hazırda vergi tutulan aylıq gəlirin məbləği 2,5 min manatadək olduğu halda verginin məbləği 14% təşkil edir).
Əgər əməkdaşın aldığı əmək haqqı 8 min manatı ötərsə, o zaman güzəştin ümumi həcmi 44% təşkil edəcək. Bu halda əməkdaş 8 min manatdan artıq məbləğdən 14% gəlir vergisi ödəyəcək (hazırda vergi tutulan aylıq gəlirin məbləği 2,5 min manatdan çox olduqda verginin məbləği 25% təşkil edir).
Bundan başqa, 2019-cu ildən etibarən bütün sektorlarda məşğul olan şəxslər üçün vergidən azad olan məbləğin həcmi 173 manatdan 200 manatadək artırılır.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
Hökumətin qiymətləndirmələrinə əsasən, bu islahatlar ilkin mərhələdə dövlət büdcəsinə “Fiziki şəxslərin gəlir vergisi” maddəsi üzrə daxilolmaların bir qədər azalmasına səbəb ola bilər. Lakin, gələcək illərdə ölkədə iqtisadi fəallıq artdıqca, “kölgə iqtisadiyyatının” payının azalması, vergi inzibatçılığının güclənməsi hesabına bu vergi növü üzrə büdcəyə daxilolmaların artımı müşahidə olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
10 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
10 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























