"Hektardan 25-30 sentner soya götürürük"
Zaqatala rayonunun fermerləri artıq ikinci ildir ki, soya bitkisinin əkininə maraq göstərirlər. Cari ildə rayonun təsərrüfatlarında 100 hektardan çox sahədə soya yetişdirilib. Ötən il olduğu kimi, bu il də soya əkilən sahələrin böyük hissəsi Muxax kənd sakini Abdulla Mahmudovun rəhbərlik etdiyi “Muxax” İstehsal Kooperativinin payına düşür. Bir neçə gündür ki, bu təsərrüfatda soya yığımına başlanılıb.
Təsərrüfat rəhbəri bildirib ki, hər il ölkəmizə xaricdən min tonlarla soya bitkisi idxal olur. Dövlətimizin başçısının idxaldan asılılığın azaldılması ilə bağlı verdiyi tapşırıq və tövsiyələri nəzərə alaraq, xeyli araşdırmadan sonra o, ötən il öz təsərrüfatında nümunə üçün ilk dəfə soya bitkisi əkib becərib. Gəlirli sahə olduğunu nəzərə alaraq, təsərrüfat rəhbəri builki mövsümdə yenidən 45 hektar sahədə soya yetişdirib. Eyni zamanda, taxıl biçini başa çatdıqdan sonra 50 hektar sahədə təkrar əkin olaraq soya əkib.
Fermerin bildirdiyinə görə, havaların əlverişli keçməsi nəticəsində soya sahəsində bol məhsul yetişib. İndiyədək sahələrdən 70 ton məhsul tədarük olunub və yığım davam edir. Hər hektardan orta hesabla 25-30 sentner məhsul götürülür. Təkrar əkin aparılan sahədə isə məhsul yığımına noyabrın 10-dan sonra başlanılacaq.
Soyanın yüksək rentabelli və qiymətli bitki olduğunu vurğulayan Abdulla Mahmudov deyib ki, heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsində, bu sahələrin yem təminatında, məhsuldarlığın artırılmasında soya bitkisi mühüm rol oynayır. Soya unu mal-qara üçün çox dəyərli yem hesab olunur. Bundan əlavə, soya dənindən yağ, marqarin, pendir, süd, un, qənnadı məmulatı və başqa məhsullar alınır. Soyadan alınan yağ sabunbişirmə sənayesi üçün xammaldır. Ondan lak-boyaq sənayesində də istifadə olunur.
Zaqatalalı fermer, eyni zamanda, uzun illərdir ki, qarğıdalı və günəbaxan istehsalı ilə də məşğul olur. O, bu il 12 hektar qarğıdalı sahəsindən 78 ton məhsul götürüb. Cari mövsümdə bu təsərrüfatda 50 hektar sahədə günəbaxan bitkisi də yetişdirilib, 80 ton günəbaxan tumu istehsal olunub.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 3 saat sonra
-
-
12 d. əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
29 d. əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 39 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
"FINCA Azerbaijan" təminatsız istiqrazlar ilə 1,5 milyon manat borc alır
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
"Group Motors"dan 107 milyon manatlıq satış
Ən çox oxunanlar
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb
Rəsmi məzənnələr açıqlandı
Tikinti şirkətinin gəlirləri 62 milyon manatı, xalis mənfəəti 4 milyon manatı keçib
İlk “IM Motors LS9 Plug-in-Hybrid” “Sea Breeze”-də təqdim olundu
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır





























