Kommersiya və vergi sirrini əldə edə bilən şəxslərin siyahısı açıqlanıb
Vergilər Nazirliyi “Kommersiya və (və ya) vergi sirri təşkil edən məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nı təsdiq edib.
Qərarı nazir Mikayıl Cabbarov imzalayıb.
Sənədə əsasən, Kommersiya və (və ya) vergi sirri təşkil edən məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısına Azərbaycan Vergilər Nazirliyi üzrə: vergilər naziri, vergilər nazirinin birinci müavini, vergilər nazirinin müavinləri, vergilər nazirinin müşavirləri, vergilər nazirinin köməkçisi, Vergilər Nazirliyinin Aparatının rəhbəri, onun müavinləri, Vergilər Nazirliyinin aparatının departamentlərinin (şöbələrinin) baş direktorları (direktorları), onların müavinləri, habelə həmin departamentlərin tərkibində idarələrin direktorları və şöbələrin rəhbərləri, Vergilər Nazirliyinin yanında departamentlərin və ərazi vergilər departamentlərinin baş direktorları, onların müavinləri, habelə həmin departamentlərin tərkibində idarələrin direktorları (rəisləri), şöbələrin (bölmələrin) rəhbərləri (rəisləri), Vergilər Nazirliyinin ərazi vergilər idarələrinin direktorları, onların müavinləri, habelə həmin idarələrin tərkibində şöbələrin (bölmələrin) rəhbərləri, Vergilər Nazirliyinin rayon vergilər şöbələrinin direktorları, onların müavinləri, o cümlədən Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi üzrə: Naxçıvan Muxtar Respublikasının vergilər naziri, Naxçıvan Muxtar Respublikasının vergilər nazirinin müavini, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi Aparatının rəhbəri, Naxçıvan Muxtar Respublikasının vergilər nazirinin köməkçisi, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi aparatının şöbə (bölmə) rəisləri, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin şəhər (rayon) vergilər idarələrinin rəisləri, onların müavinləri, habelə həmin idarələrin tərkibində şöbələrin (bölmələrin) rəisləri, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin rayon vergilər şöbələrinin və həmin şöbələrin tərkibində bölmələrin rəisləri daxildir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
10 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
10 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti



























