İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlandı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - oktyabrın 6-7-də səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.
Departamentdən verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində gündüz əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, səhər və axşam saatlarında qısamüddətli yağış yağacağı ehtimal edilir. Havanın temperaturu dağətəyi rayonlarda 18-23°, dağlıq rayonlarda 9-14° isti olacaq.
Lənkəran-Astara bölgəsinə üz tutanları arabir yağışlı hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 20-25°, dağlıq rayonlarda 11-16° isti olacağı proqnozlaşdırılır.
Aran rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, oktyabrın 7-si gündüz qısamüddətli yağış yağacağı ehtimalı var.
Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturunun 18-23° isti olacağı bildirilir.
Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 22-27° isti olacağı ehtimalı var.
Paytaxtda oktyabrın 6-sı gündüz və 7-si gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 19-21° isti olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
11 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
12 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























